Müsyö Timofeyevə
Hörmətli ağam müsyö Timofeyev!
29.VIII-1858-ci il
Sizinlə şəxsi tanış olmaq şərəfinə nail olmasam da, mən qulluğumuzun eyni olmasını nəzərə alaraq, sizə acizanə bir xahişlə müraciət etməyə özümə icazə verib, şübhə etmirəm ki, siz onu dostcasına qəbul edəcəksiniz.
Keçən dekabr ayında həzrət-əşrəf stats-sekretar Kruzenştern, Qafqaz canişini knyaz Aleksandr İvanoviç Baryatinskinin icazəsi ilə mənim ərəb, türk və fars dillərinin yazısını sadələşdirmək üçün tərtib etdiyim əlifbanı Osmanlı dövlətinin dərbarındakı imperatorluq səlahiyyətli nazirimiz, həqiqi gizli müşavir Butenova göndərdi ki, o alinəsəb cənab da həmin əlifbanı nəzərdən keçirmək üçün Türkiyə Divanına versin. İndiyə qədər bu işin vəziyyəti barədə heç bir məlumat almadığıma görə mərhəmətli cənabınızdan acizanə xahiş edirəm ki, mənim əlifbamın Türkiyə Divanına verilməsi və onun həmin ölkənin alimləri tərəfindən nəzərdən keçirilməsi, sözün qısası, əlifbamın taleyinin nə yerdə olması barədə mənə yazıb bildirəsiniz.
Siz bu dostluğunuzla məni həmişəlik özünüzə hörmət etməyə borclu edəcəksiniz və sizin hörmətli adınız daim mənim təşəkkürlə dolu olan qəlbimdə yaşayacaqdır.
Sizə dərin ehtiramımı bildirmək əlaməti olaraq, öz komediyalarımdan bir nüsxəsini sizə göndərərək, xahiş edirəm ki, bu kiçik hədiyyəni məndən sizə səmimi və sadiq olan bir şəxsin hədiyyəsi təki qəbul edəsiniz.
Mənim çapa hazırlanan “Aldanmış kəvakib” sərlövhəli hekayəm və “Şərq mürafiə vəkilləri” pyesim də çapdan çıxdıqdan sonra dərhal xidmətinizə göndəriləcəkdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-musyo-timofeyeve
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əzizim Əsgərxan bəy!**Mən burada təbrizlilər arasında elə bir adam axtarırdım ki, Təbrizə qayıtdıqdan sonra yeni əlifbanı sizə öyrətmək üçün ona öyrədim. Bu axtarış nəticəsində axund Molla Əliməhəmməd rövzəxandan başqa adam tapa bilmədim. Əlifbanı ona öyrətdim ki, Təbrizə yetişən kimi bu xüsusda sizinlə danışıb bəzi şeyləri sizə göstərsin. Eyni zamanda mən sizin fitri bacarığınıza bələd olduğumdan əminəm ki, onun köməyi olmadan belə, [sizə göndərdiyim] kitabçanın üzündən bu yeni əlifbanı öyrənə biləcəksiniz. Məhz buna görə də adı yuxarıda çəkilən axundun çox bədbəxt olmasına baxmayaraq, yeni əlifba kitabçasını onun əlilə köçürtdürüb həmin məktubla sizə göndərirəm. Xahiş edirəm ki, bu nüsxəni aldıqdan sonra onu üzköçürən xoşnəvislərdən birinin vasitəsilə çox gözəl yazdırıb özünüzdə saxlayasınız. Bundan sonra sizə göndərdiyim nüsxəni axund Molla Əliməhəmmədə verərsiniz.
Aleksey Fyodoroviç KruzenşternəQafqaz canişini dəftərxanasının direktoru, həqiqi mülki müşavir və Kavaler, həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına**Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 23 sentyabr 1857-ci il, Tiflis*
Apolinari Petroviç ButenovaƏlahəzrət Sultanın dərbarında xüsusi tapşırıqların İcraçısı, Konstantinopolda Rusiya Nümayəndəliyinin müdiri, həqiqi gizli müşavir və Kavaler Apolinari Petroviç Butenov zati-alilərinin yüksək hüzuruna**Qafqaz Canişinliyi dəftərxanasının mütərcimi kapitan Mirzə Fətəli Axund- zadədən*
Hüseyn xan NizamüddövləyəXaqanın yaxın adamı və cəlal sahibi olan cənab, səadətiniz əbədi olsun!**Tehran şəhərində Hüseyn Nizamüddövləyə yazılmışdır.*