Əlahəzrət Sultanın dərbarında xüsusi tapşırıqların İcraçısı, Konstantinopolda Rusiya Nümayəndəliyinin müdiri, həqiqi gizli müşavir və Kavaler Apolinari Petroviç Butenov zati-alilərinin yüksək hüzuruna

Qafqaz Canişinliyi dəftərxanasının mütərcimi kapitan Mirzə Fətəli Axund- zadədən

Ərizə

Müsəlman əlifbasının natamamlığı bir çox şərqşünaslara məlumdur. Demək olar ki, müsəlman yazıları tamamilə heroqliflərlə oxunur. Buna görə də dildəki bir çox səslər əlifbada xüsusi hərflərlə qeyd olunmur. İkincisi, sait hərflərin çoxu onların köməyi ilə ifadə olunan samit hərflərlə bir sırada yazılmır. Buna görə də oxucu sait hərfləri özü ehtimal yolu ilə təyin etməlidir. Oxucu bu sait hərflərin təyinində düzgün ehtimala gəlməyi öyrənincəyə qədər illərlə çalışmalı və öz qiymətli vaxtını boş işlərə sərf etməlidir. Üçüncüsü, bir çox hərflərin şəkli yazıda eynidir. Onlar biri digərindən ancaq nöqtələrlə fərqlənirlər. Çox zaman isə katiblər bu nöqtələri qoymağı unudaraq, hərfləri bir-birindən fərqləndirməyi oxucunun öz öhdəsinə buraxırlar.

Əlifbanın bu vəziyyətdə olması nəticəsində belə bir xoşagəlməz şərait yaranmışdır ki, müsəlman xalqları içərisində on minlərlə nəfərdən ancaq bir nəfər savadlıya təsadüf etmək olar. Əlbəttə, bu, onların savad öyrənmək işindəki tənbəlliyindən deyil, savadlanmağın imkan xaricində olmasından irəli gəlmişdir. Bir çox hallarda təhsil almağa başlayan adamların əksəriyyəti bu işin çətinliyini başa düşərək, oxumağı tərk edirlər. Çünki bu çətinlik ancaq uzun illər boyu təhsili davam etdirmək və bu yazıya adət etmək üçün çoxlu vəsait sərf etmək nəticəsində aradan qaldırıla bilər. Müsəlman xalqları içərisində elə bir uşaq tapılmaz ki, müsəlman əliybasına nifrət bəsləməmiş olsun. Çünki bu əlifbanı öyrənmək ona birinci günlərdə riyaziyyat məsələlərini öyrənmək qədər çətin gəlir.

Xaricilərə gəlincə, cəsarətlə deyə bilərəm ki, onlardan bir nəfəri də indiyə qədər müsəlman yazısını mükəmiməl öyrənə bilməmişdir. Onlar bu yazhını qismən və səthi öyrənirlər. Bütün bunlara səbəb əlifbanın yarıtmazlığıdır.

Müsəlmanların yazısındakı belə bir qeyri-təbii vəziyyətə gec-tez son qoyulmalıdır. Müsəlmanların ədəbityyatını ağır vəziyyətdə saxlayan əlifbanın həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan sonra belə olsa, bu əlifbada mütləq bir dəyişiklik əmələ gətirmək lazım idi. Ancaq mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim. Ona görə də mən bu əlifbadan bütün nöqtələri atdım. Saitlərin hər birinə gözəl şəkillər düşünüb onları samitlərin cərgəsinə saldım. Əlfibanı çatışmayan hərflərlə tamamladım. Hər bir hərf üçün nöqtələrin yardımına ehtiyac hiss etmədən xüsusi şəkil tapdım. Bir neçə lazımlı vurğu işarələri düşündüm. Əlifbanı asan öyrənmək üçün xüsusi orfoqrafiya və yazı üsullarını göstərdim və beləliklə də, fars və türk dilləri üçün tamamilə məqsədəuyğun, lakin hələ öz xüsusiyyəti ilə köhnə əlifbaya yabançı olmayan yeni bir əlifba düzəltdim.

Yeni əlifba o qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illərlə vaxt tələb edən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən çox cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman xalqlarının ədəbiyyatında belə bir dönüşə razı olacaqlarmı? Çünki razı olsalar, indiyə qədər mövcud olan milyonlarla kitab gələcəkdə tamamilə gərəksiz qalacaqdır.

Hər halda mən bu işin müvəffəqiyyətlə başa çatıb-çatmayacağını düşünmədən, həmin ilin noyabr ayında həmin əlifbanı Türkiyə Divanında müzakirəyə vermək üçün həzrət-əşrəf knyaz Canişinin icazəsi ilə sizin yüksək cənabınıza göndərməyi Qafqaz canişininin diplomatik dəftərxanasından xahiş etdim.

Əgər Osmanlı dövləti mənim yeni əlifbamı istifadə etmək üçün qəbul edərsə, mən xahiş edirəm ki, mənim bu ixtiramın müqabilində 15 il müddətində bu əlifba hər dəfə mətbəədə çap edildikdə, ondan əldə edilən gəlirin beşdə bir hissəsini mükafat olaraq mənə və ya mənim varislərimə versinlər.

Hal-hazırda mən sizin zati-alilərinizin iltifatına ümid edirəm. Eyni zamanda mənim bu təşəbbüsümün nəticəsini öyrənməyi və lütfən Qafqaz canişinliyinin diplomatik dəftərxanası vasitəsilə bu nəticəni mənə bildirməyi sizdən acizanə xahiş etməyi özümə borc bilirəm. Çünki mən belə qərara gəlmişəm ki, təşəbbüsüm müvəffəqiyyətsizliyə uğrasa, bu əlifbanın birər nüsxəsini Avropa dövlətlərinin bütün akademiyalarına göndərib onlara Şərq dillərini sevən insanların hamısı üçün faydalı olan belə bir layihənin rədd edilməsi haqqında səmimi təəssüflərimi bildirim.

Kapitan Mirzə Fətəli Axundzadə
12 noyabr 1857 ci il, Tiflis

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur

Действующия лица:МУСЬЕ ЖОРДАН, ботаник, Парижанин, 40 лет.

18501 мин
Birinci məclis

ДЕЙСТВИЕ ПЕРВОЕ(Сцена происходит в Карабаге в 1848 году, в зимнем кочевье Такле-Муганлу. Шараф-Ниса-Ханум, во 2-й комнате дома чешет шерсть и плачет; возле нея младшая сестра Гюльчегре играет.)

18507 мин
İkinci məclis

ДЕЙСТВИЕ ВТОРОЕ(Сцена происходит в тот же день в первой комнате дома. На полу постланы паласы и ковры; в одном углу лежат мешки с мукою, в другом бурдюки с маслом, в третьем чемоданы с шерстью. В сакле сидят: Гатам-Хан-Ага; жена его Шахрабану-Ханум, закрыв нижнюю часть лица своего и подняв колено; Шахбаз-Бек, облокотившись на рукоятку кинжала; мусье Жордан, на чемодане, скрестивши ноги и куря сигару. За паласным занавесом, повешенным пред постелью, скрывается Шараф-Ниса-Ханум, пришедшая туда с целию подслушать разговор их.)

18508 мин
Üçüncü məclis

ДЕЙСТВИЕ ТРЕТИЕ(Сцена происходит там же. Шахрабану-Ханум сидит в землянке; возле нея Шараф-Ниса-Ханум расчесывает шерсть; отворяется дверь и входит босая кормилица Шараф-Нисы-Ханум — Хан-Пари).

18505 мин

Стихи других поэтов