Təbrizdəki rus konsulxanasının mütərcimi Mirzə Ələkbərə yazılmış məktubun surəti

Mənim hörmətli ağam, səadətiniz daimi olsun!

Çoxdandır vəziyyətinizdən və əhvalınızdan xəbərim yoxdur. Amma xasiyyətinizin gözəlliyini bildiyimə görə, həmişə adınızı xeyirlə yad edirəm.

Son günlərdə kürəkənim Əsgərxan bəy Ordubadiyə bir kitabça göndərmək istəyirdim. Hüseyn Sultanın oğlu olan bu şəxs sizə tanışdır. Özü Məqsudiyyə küçəsində yaşayır. Kitabça yolda itib-batmasın deyə, mən onu ora gələn şəxslərin vasitəsilə göndərmədim. Ona görə də sizin dostluğunuza bel bağlayıb kitabçanı dövlət poçtu ilə cənabınızın adresinə göndərirəm və xahiş edirəm ki, kitabça çatan kimi nökərlərinizdən birinin vasitəsilə onu Əsgərxana göndərib yetişməsi haqqında qəbz alasınız. Ya da ki, Əsgərxan bəyi çağırıb kitabçanı özünə təslim edəsiniz.

Qəlbən sizə bəslədiyim ixlas və məhəbbətə əsasən hərdən bu cür başağrısı verməyi özüm üçün mümkün hesab edirəm. Başqa əlacım yoxdur. Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər də adam tanımıram. Məni bağışlamağınızı xahiş edirəm.

Tiflisdə, kapitan Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı, 1858.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов