Sən, ey sariban...
Vətən torpağında lalə dərənlər,Sanın lalə üstdə qara xal məni.Qızıl qönçələrə heyran olanlarBilin, onlar edib belə lal məni.
Deyin, kim eşqində kamına çatdı?Kim hicran yükünü çiynindən atdı?Vüsal üfüqlərdə göründü, batdı,Çəkdi arxasınca o xəyal məni.
Bir quzey qarıdır saçım, saqqalım,Sıxmır ürəyimi, fəqət, bu halım.Arxamda ümidim, arzum, iqbalım,Yüz il də yaşadar bu calal məni.Fəqət həsrət odum dilim-dilimdir,Yanıb şölə çəkən öz niskilimdir.Vətənin vüsalı son mənzilimdir,Nə vaxtdır görməmiş o mahal məni.
Sən, ey bu yerlərdən ötən sariban,Belə sakit ötmə, dayan bircə an.Hicrandan vüsala qədəm qoyarkənYolunun üstündə körpü sal məni...
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-sen-ey-sariban
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Qəlbimdə şaxta var, çöldə bahardır,Ayrılıq saçımda gümüşü qardır.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
Yar bizim ilə yenə gör ki, ne al eylədiYar bizim ilə yenə gör ki, ne al eylədi,Ta ki, yaşım qan ola, yanağın al eylədi.