Buludlar nə yaman gözəl olurmuş
Komamız meşənin qalın yerində,Dağda salamlardı hər günü babam.Odun daşımadı, çiyinlərindəDaşıdı həyatın yükünü babam.
Səksən il, ömrünün hər bir anındaQəmi şərbət kimi içərdi babam.Ömrünün tarlasına qəm kotanındaHəmişə gül əkdi, vay dərdi babam.
Ancaq darılmadı, çalışdı yenə,Dərdi, tabaqladı, dərdi üyütdü.Qatlaşıb dünyanın hər möhnətinəYeddi lay divarlı oğul böyütdü.
Dedi, şərəfidir hər kəsin adı –Yaşa gülə-gülə, öl gülə-gülə.Yeddi tərlanına o, əl açmadı,Ölüncə yaşadı öz əməyilə.
Dinməzcə dolaşdı bir gün o, kəndi,Gəlib yatağına girdi nagahan.Ömründə bir dəfə o xəstələndi,Həmən azarla da köçdü dünyadan.
Yatdı üzü üstə, yatdı iki ay,Dinmədi.Nəyisə andı və yandı.Nəhayət çöllərə düşdü hay-haray,Yazın nəğməsinə kişi oynadı.
Dedi, çöldə salın yerimi, çöldə,Son dəfə seyr edim çölü-çəməni.Gör nə yaman yerdə gəldi əcəl də,Arxası üstünə çevirin məni.Yerini saldılar göy çəmən üstə.Uzandı, dərindən köks ötürərək.Göydə ağ buludlar dəstəbədəstə,Yerdə badə tutan gül ləçək-ləçək.
Üfüqdə yanardı buludlar par-par,O baxdı göylərə... axşam çağında. –Mən indi görürəm, - dedi - buludlarNə gözəl olurmuş göyün tağında.
Babam niyə baxdı göyə son kərə?Getdi damağında dünyanın dadı.Səksən il yaşadı,ancaq göylərəDoyunca baxmağa macal tapmadı.
Avqust, 1968
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-buludlar-ne-yaman-gozel-olurmus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İlləri dən kimi zaman üyütdü,Ocaq heydən düşüb, köz qaralıbdır.
Tapmaq - itirməkBir eniş varsonunda
Cavabİranda Azərbaycan xalqının milli varlığını danan, xalqımızı farslardan dönmə hesab edən "alimlər" peyda olmuşlar. Bunlardan biri də milliyyətcə azərbaycanlı olan Yəhya Zəkadır.*Özgə qapısına daş atan – azğın,
Ləzzəti - ağrısıGülün ləçəyində od varaq-varaq,Bilmirik hardandır bu rəng, bu ətir.
Стихи других поэтов · О природе
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
MəniTərlandı baxışın, gözün can alan,De çək caynağına, di darə məni.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.