İranda Azərbaycan xalqının milli varlığını danan, xalqımızı farslardan dönmə hesab edən "alimlər" peyda olmuşlar. Bunlardan biri də milliyyətcə azərbaycanlı olan Yəhya Zəkadır.

Özgə qapısına daş atan – azğın,Sən özgə daşını özünə atdın.Özgəyə qənimi çox eşitmişik,Özünə qənimi sənmi yaratdın?

Nədir bu böhtanlar, bu uydurmalar?Fitnə kökündədir çaldığın bu saz.Siyasət fitinə könülsüz, naçarZaman oynasa da, tarix oynamaz.

Zamanın süzgəci narından narın,Keçirir hər sözü neçə ələkdən.Özünə qalacaq uydurmaların,Gördünmü zir-zibil keçə ələkdən?

Mən yaxşı bilirəm məqsədin nədir,Uydurma tarixin məramı nəymiş.Nəsimi, Füzuli, Xətai, Sabir Səncə,Firdovsinin yetimləriymiş.

Sənin şanın hanı, şərəfin hanı?Əyilmə özgəyə öz mənzilində.Nənən bayatını, anan laylanıNiyə çağırmadı bəs fars dilində?

Altay dağlarını baban aşanda,Ağan bu cürəti heç danmamışdı.Qorqud öz dilində nəğmə qoşandaSədinin qəzəli yaranmamışdı.Tarixlər yaradıb tarixdən qədimBu xalqın qılıncı,Bu xalqın sözü.Bəs necə oldu ki, ey dönük alim,Biz olduq özgənin tör-töküntüsü?

Cırtdan nağılını danışdı nənən,Bu nağıl qanana ibrətdir bu gün.Divə əyilmədi Cırtdan...Amma sənQarğa qabağında sərçəyə döndün.

Ey sözündən əmin, özündən razı,Yalanı söylədin kimin adından?Ananın laylası, atanın sazı,Babanın ocağı çıxdı yadından?

Anan duasında dedi: "Ya Allah,Balamın həmişə üzü ağ olsun.Elə yaşasın ki, el ona pənah,O da el-obaya bir dayaq olsun".

Dayaq olmalıykən öz elinə sən,Elin kürəyində bir bıçaq oldun.Sən igid olmalı, ər olmalıykən,Özgənin əlində oyuncaq oldun.

Bu halda sən kimsən, nəçisən, düşün,Xalqının başında özgə yumruğu!Ömrünü-gününü qoltuqda sürdün,Səni isitdimi özgə qoltuğu?Su töküb özgənin dəyirmanına,Özün inandınmı öz yalanına?

Çəkdiyin boyalar pozuldu yenə,Yağanda zamanın gur yağışları.Tarix sillə kimi çəkdi üzünəÖzgədən aldığın o alqışları.

Özgənin şoruna sən qaymaq deyib,Demə öz südünə bulama, Yəhya,Sən bu gün tüpürüb öz boşqabına,Özgə boşqabını yalama, Yəhya!

De, hardan öyrəndin sən bu oyunu?Qamış tapılmadı ölçəm boyunu.Sən öz bostanının kəsib suyunu,Özgə bostanını sulama, Yəhya.

Onsuz da özgəyə sən yadsan, oyan,Canını versən də boyatsan, oyan.Sən onun əlində alətsən, oyan,Özünü özgəyə calama, Yəhya!

Ağan hökm elədi... haqq bildin onu,Yerinə yetirdin hər buyruğunu.Söyüb öz dədəni, sən quyruğunuÖzgənin önündə bulama, Yəhya!

Sən ki, inanansan Allaha, dinə,Bəs bu nə lotuluq, bəs bu nə fitnə?Sən öz çirkabına,üfunətinəGəl, bu boyda xalqı bulama, Yəhya!Qatma yad mayası sən öz nehrənə,Söymə təndirinə, söymə təhnənə.Özgə məhləsindən sən öz məhlənəBelə cani-dildən ulama, Yəhya!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине