Göynərti
Nurəddin Bağır oğlu, bu şeiri atalarımızın xatirəsinə həsr edirəm.
Mənim atamÖz qəlbində dəfn etmişdiöz-özünü.İçəridən alışardıÖz ahıyla, öz dərdiləDağıdardı tüstüsünü.Nə dərdini bildirərdi bir kimsəyə,nə qəmini.Saçlarında ağardardı sitəmini.Hər acıya qatlaşardı,o, aşardıAşılmayan sırtı, dağı,Onun üçün ən dəhşətli bir əzabdı,Əzabından danışmağı...Bir pərdəyə köklənmişdi onun qəlbi -Axşamı da, səhəri də,Sevinci də, kədəri də...Salammadı onu bir anNə ağrısı, nə acısıDayandığı məqamından...Vaxt ötdükcə...İstədiyi yönə salıbZaman onu xamır kimikündələdi.Yaman onu rəndələdi...Qırışlandı illər onunsifətində,Zaman onun qəlbində dəcığır açdı.Ürəyi də yuxalaşdı...Bulud kimi hey boşalıbdoldu kişi,Dəymə-düşər oldu kişi.Görürdük ki, gah açılır,gah tutulur.O, hamıdan sevgi umur,qayğı umur....Mən də onun özü kimiXəsis idimöz sevgimi bildirməyə.Ona təsəlli verməyəUtanırdım, sıxılırdım.Ürəyimi bildirməyiÖz-özümə ar bilirdim.Mənə elə gəlirdi ki,Onu öpüb qucaqlamaqYüngül çıxar,Çox şit çıxar.O, karıxar,O, darıxar.
Nə biləydim,Elə bunu gözləyirmişBəlkə məndəno, dolanda,Bulud kimi tutulanda...Adicə bir övlad kimi,Mən atamanə qayğımı bildirərdim,Nə sevgimi...Ürəyinə baş vurmadım,Qulluğunda heç durmadım...Bilmədim bir istəyini,diləyini,Öz sevgimləİsitmədim ürəyini...
yaşayarkənmənim ona kiçicik bir təbəssümümSüzülərdi ürəyinəkönül açan bir nəğmə tək.O öldümü?Bundan sonraTəəssüflə axıtdığım göz yaşlarımKimə gərək,Nəyə gərək?
Bəli, artıq keçmiş ola!Kim görüb ki,Təəssüflə qəlb boşala?Hayıf! Hayıf! NidasınaÇatır ancaq qüdrətimiz.Əlimizdə olan zamanBiləmmirik heç bir şeyin qədrini biz.Ey övladlar,ayıq salmaq istəyirəmindi sizi.Gizlətməyin atanıza, ananızasevginizi.
Olursunuz, duman olun,sis olmayın,Nədə xəsis olsanız daSevgidə xəsis olmayın!Əbədilik bir ağrı təkSonra sizi yandıracaq,göynədəcək.Toydan sonra bu nağaraKimə gərək,Nəyə gərək?İtirdiyin doğmaları,əzizləriQaytara ki, bilməyəcək.Qəlbinizdə döyünəcəkÖzünüzün özünüzə atdığımıztənə daşı,
Gözünüzdə həsrət tozu...Ondan sonraKimə verə bilərsinizBağrınızda sızıldayanQayğı, sevgi borcunuzu?..
Noyabr, 1973
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-goynerti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zamanın dolanbac pillələrindənKeçmək istəyirəm, keçə bilmirəm.
Yaman sıxır gecə məni...İllər qədər uzun çəkdiBu intizar gecəm mənim.
Ekran qaralanda...– Qurtardı bugünkü verilişlərimizDinləyin sabahın proqramını. ...
Qeyrətmi, ağılmı?Hanı dəlilərin, a nənəm Nigar,Namərdlər doğuldu bu zəmanədə.
Стихи других поэтов
Qönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız