Özüm-özümü dandım...
O gün... o müdhiş gün...sevərək səni,Üstünə təhqirdən od ələdim mən.Sənin on beş illik ümidləriniArzunu, hissini güllələdim mən.İndi mən özümü dandım büsbütün,Başqa cür baxıram indi aləmə.Mənim söhbətimin, mənim sözümünDadı da, duzu da sənsənmiş, demə...Söndü sinəmdəki o od, o ocaq,Boş bir qovuq kimi havadayam mən.İnsan nəfəsindən uzaq, çox uzaq,Vulkanı soyuyan bir adayam mən.Ağlım ürəyimə necə qıyıbdır,Mən özüm-özümə bir yük olmuşam.Sinəmdə ürəyim buz bağlayıbdır,Budağı budanmış kötük olmuşam.
Nə çiçək oxşayır, nə ulduz məniFikirlər dağılmış, xəyallar enmiş.Yerin də, göyün də gözəlliyini,Sənin gözlərinlə mən görürəmmiş.
Gecələr düzülür sapa fikirlər,Yorğanım daş olur, döşəyim tikan.Səhərlər gözümü açıb dünyayaQalxmaq istəmirəm heç yatağımdan.
Yatmaq istəyirəm, yatmaq, bax eləGözümü zilləyib tavana baxım.Mən hansı arzunun təlatümüyləƏynimi geyinib qapıdan çıxım?
Qaçıram, qaçıram, səhərlər mənəBir deyən olmasın - "Sabahın xeyir".Axı, sabahını itirən yazıq,Sabahdan şər umur, xeyir istəmir.
Elə bil dayandı yolu ömrümün.Buna can atırdım... bəs arzu nəydi?..Həsrətlə, vüsalla dolu ömrümün,Mənası itincə, özü itəydi...
İndi yolum düzdür... nə dağ, nə dərə...Bu başdan baxanda, o baş görünür.Kaş qismət olaydı istəyənlərəEnişsiz, yoxuşsuz, dalğasız ömür...
Həyat çırpıntıymış... onun hər günü,İllərin yükünü çəksə, nə dərdim...Mən Qorqud olsaydım, sevgi sözünüYaşamaq sözünə cinas edərdim.
Sentyabr 1968
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-ozum-ozumu-dandim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hikmət kitabıdır sənin surətin.Onu sona qədər oxumaq çətin!
İşıq sürətiXəyalım yenə də öz səfərində,Onun söykək yeri dərdim, məlalım.
ÖmürY. Məmmədəliyevə ithaf*Deyirlər, çox ardır yüz il, əlli il,
Qara saçlar, ağ saçlarSaçlarıma dən düşür, dən düşür, yaman düşür,Hər baxanda anamın ürəyinə qan düşür.
Стихи других поэтов
Axı, hər vaxt şən idin sənİndi susdun, nədən, təbim?
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.