Xatalı yuxu
Adların üstünə adlar calandı,Bu nədir?!Gözlərim alacalandı.Şöhrət cədvəlində ad böyüdükcəİstedad büküldü, balacalandı.
Xatalı yuxudur şöhrət yuxusu,Canıma od saldı onun qorxusu.Bu yuxuya uyan yatar, oyanmaz.Dəbdəbə axtarar, təmtəraq gəzər,Sürət qatarına necə də bənzər,Kiçik obalardan ötər, dayanmaz.Ancaq qulaqlarda qalar fıt səsi.Amandır, qorxuram, şöhrət zirvəsiRazılıq təxtinə qaldıra məni.Zirvə saymamışam, mən bir zirvəni.
Hara tələsirsən, dayan, ey qatar,Ayağım altından torpaq qaçmasın.Böyüklü, kiçikli ellər, obalarOlarmı şairə könül açmasın!
Ağrıdan, acıdan yaranır əsər,Ölər yaşanmamış söz bələyində.Bitməmiş,bitəmməz böyük bir əsərÖzündən razılıq kölgəliyində.
Şöhrətin yükünü düşündünmü bəs?!Min şöhrət bir borcu ödəyə bilməz.Qorxum ondandır ki,ömrün qışındaBahar çiçəkləri üzə gülməsin.Sənətlə şöhrətin bu yarışındaŞerim şöhrətimə çata bilməsin.Min şöhrət yaradır bəzən bir şeir,Min şöhrət bir şeiri yarada bilmir.Sənəti şöhrətə yedək olanlarSonsuz olduğunu görunda anlar.
Rahatlıq gəldimi,Könül dincələr,Xəzanı gəlməmiş susar söz bağım.Bütün bu fikirlər, bu düşüncələr –Özümün özümə xəbərdarlığım!
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-xatali-yuxu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Siz məni özümdən xəbər almayın,Gördüyün ellərdə axtarın məni.
Yenə bır mahlıqa şolə salıb bag içrəYenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
EləməQadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,
Müddəi qövlilə çün kim salmadın gözdən bəniMüddəi qövlilə çün kim salmadın gözdən bəni,Saxlasun, ey sevdügim, Tanrı yəman gözdən səni.