Canisin canuma, leykin sən canumun canısın,Ləl kanıdur totağun, sən şəkər dükkanısın.

Eşqdür dinüm bənüm ol sənün ilə rastdur,Pəs həqiqət baxıcax sən dinümün imanısın.

Ağızundan təngü belündən girandur canumuz,Nə ki, canlar çəkər isə yoluna ərzanısın.

Can zənəxdanı çəhində özin azıtdı dedümSana nə gəldi, özün aldurmağıl, mehmanısın.

Səndən özgə könülüm taxtında şah oturmayaÇün bu elün xanısın, sən xanısın, sən xanısın.

Müştəri olmax dilərdi günəş anun eşqinə.Bax gözi tirinə dedüm bil ki, bir keyvanısın.

Zəhr ilə tiryaki həq cəm eyləmiş bir yerdə gör,Vəslü fəsl ilə cəfana dərdünə dərmanısın.

Sən qamu insanı eyni olduğun degül əcəb,Bül əcəb oldur ki, sən bu eynümün insanısın.

Макта — последний бейт с тахаллусом поэта. Bən necə can aparam kol həzrətə ola qəbul,Çün qamu zirələrün sən, ey sənəm, kirmanısın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви