Hacıbaba Şərifzadə
Bu noyabr ayının 3-də türk səhnəsinin ən dəyərli zəhmətkeşlərindən biri olan Hacıbaba Şərifzadəni əbədilik itirdik. Hacıbaba Şərifzadə kimdir? Ümumiyyətlə, vəfat edənlər üçün təziyət məqaləsi yazırkən, adətən, bu sorğunu verir və bunun ardınca mərhumun tərcümeyi-halını yazırlar. Biz isə bu adətdən keçib, mərhum Hacıbabanın səhnəmizdə tutduğu mövqeyi və ona etdiyi xidmətləri bir neçə kəlmə ilə qeyd edəcəyik ki, bununla da, zənnimizcə, həyatının bütün əsası və canlı nöqtələrimi demiş olarıq. Çünki diqqət olunursa, mərhumun bütün yaşayışı Azərbaycan səhnəsi ilə mərbut olduğu təzahür edər.
İndilik səhnəmizdə iki yüz aktyor vardır ki, bunlardan bir qrupu yalnız pul xatirəsi üçün, maddi bir mənfəət üçün səhnəyə gəlmiş, onun, səhnənin mənəvi cəhətləri ilə işi yox, təkcə pulunu güdər və bu gün səhnə onun maddi tələblərinə cavab verməz olursa, buraxar, gedər, baqqallığı, ya bəzzazlığı tərcih edər. İkinci qrup isə bunun əksinə olaraq, səhnədən maddi heç bir şey gözləməz, ancaq oradan aldığı mənəvi bir zövq ilə yaşayar, bütün diriliyini səhnəyə vəqf edər, bütün dolanacağını səhnə ilə mərbut edər. Belə ki, tox da olsa səhnədə, ac da olsa səhnədə, yaxşı da yaşarsa səhnədə, ac qalırsa da, ölərsə də səhnədə.
Dünyada bundan artıq əziz onun üçün heç bir şey yoxdur. Təbii və məəttəəssüfanə, belə şəxsiyyətlər səhnəmizdə tək-tükdür ki, onlardan biri də mərhum Hacıbaba Şərifzadə idi. Bu adam özündə çırpınan həvəs və şövq nəticəsində ta çocuqluqdan bütün varlığını səhnəyə, daha doğrusu, sənayeinəfisəyə vəqf etmiş, Azərbaycan səhnəsinin fəlakətləri ilə ağlamış, müvəffəqiyyətlərilə sevinmiş və bir vaxt səhnəmizdə çalışmaq üçün ağır şəraitə və sıxıntılara baxmayaraq, bir addım geri atmamış və öz göz yaşlarına bulanmış bir parça çörəyə qənaətlə daima irəli irəli getdikcə, sıxlaşan əzab və məşəqqətlər içərisinə doğru irəliləmişdir. Və bu uğurda ac qaldığını görənlər nə qədər çox olsa da, borcsuz qaldığını bizcə görən olmamışdır.
Bütün var-yoxunu, son bir dəst paltarınadək satıb səhnə zərərlərini əvəz etdiyi adi şeylərdən idi. Bir kəlmə çocuqluqdan bəri bütün tarix-həyatını yarpaq-yarpaq çevirsək, səhnədə çəkdiyi əzab və iztirablardan başqa heç bir şeyə bəlkə də təsadüf etmərik, yorğunluq bilmədən bu qədər çalışdığını və özündə olan istedad nəticəsində gəncliyinə baxmayaraq, səhnə quruluşunda birinci mövqe tutduğunu cəsarətlə deyə bilərik.
Bu işdə səhnəmizdə bu vaxta qədər kimsə onun kimi cəsarət göstərməmişdir.
Bundan əlavə, mərhum yoldaşımız opera və drama yazmağa dəxi həvəs etmişdir ki, bir neçə əsərləri də vardır. Bu əsərlərindən “Mehr və mah” operası dəfələrlə tamaşaya qoyulmuşdur.
Səhnəmiz və xalqımız mərhumun bu qədər çalışqanlıq nəticəsində aldığı təcrübələrindən və parlaq istedadından indi istifadə edəcək idi. Fəqət heyhat!
Bu qaya yastı qaya,
Kölgəsin atmış aya.
Yaxşı məhsulum gəlmişdi,
Əməyim getdi zaya.
Bəli, ölüm! O, minlərlə rəqsan xəyalları, parlaq ümidləri əbədi bir yoxluğa məhkum edən acıqlı kölgə, onsuz da möhtac səhnəmizə Hacıbabanı çox görüb, vaxtından əvvəl qara torpaqlara gömdü. Hacı Hacınskidən, Vəlidən və Hüseyn Ərəblinskidən sonra səhnəmizə ikinci müdhiş zərbədir ki, bir sənət xadimi kimi, bütün varlığımızla təəssüf edər və mərhumun əqrəbalarına olduğu kimi xalqımıza, səhnəmizə və bütün sənayei-nəfisə xadimlərinə izhar təziyət edərik.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-hacibaba-serifzade
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
DilarəGünəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı.Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir?
DilbərHər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: “Müəllimə mən deyim, mən deyim”, – deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.– Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?
PapaqGecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.– Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...
Стихи других поэтов
Kim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı
تیرهگون شد کوکبِ بختِ همایونفالِ منواژگون گشت از سپهر واژگون اقبالِ من
Gözün qadasın alım, sən nə yaxşı dilbərsən!Gözün qadasın alım, sən nə yaxşı dilbərsən!Deyil xilaf, desəm: Leyliyə bərabərsən.