Страница 3 из 3 · 67%

Əhməd. Ay doktor, axı mən tərpənə bilməyirəm. Onu da qonşunun köməyi ilə gəlmişəm.

Əhməd in qonşusu. Doktor, bu yazıq yeddi aydır bu qapılarda can çəkişir. Nəhayət, buna bir çarə ediləcəkmi? Siz ki, görürsünüz naxoşdur, işi bitmişdir. Daha nə vəqti keçibdir, nə təzə kağız?

Doktor. Çox da mən görürəm. Yoldaş, hiddət lazım deyildir. Müəyyən bir qayda, bir qanun vardır. Qayda-qanunsuz iş olmaz.

Əhməd. Doktor, başına dönüm, mənim nəfəsim gəlməyir.

Doktor. Olmaz, olmaz. Kağızı təzələ, sabah da zavoda gəl, qurtarsın getsin. (Bu halda bir nəfər içəri soxulur.)

Yeddincixəstə. Doktor, mənə deyirlər gərək mən yaylağa gedəm. Çünki çox zəifəm.

Doktor. Kağızın var?

Yeddincixəstə. Var, var.

Doktor (alıb baxır). Çox gözəl. Hər şey yerindədir. Yaz bu yoldaşı yaylaq komisyonuna. İmdidən gələn yay üçün yer tutsun. (Əhmə də) Bax, sən gərək bu kağızdan alasan. Tez get al, sonra gəl.

Əhməd. Doktor, qurban olum sənə, vallah gözüm qorxub. Məni öldür, bir də geri qaytarma.

Doktor. Yoldaş, olmaz axı. Mən qanunsuz iş görə bilmərəm. Hər şeyin bir qanunu, qaydası vardır. Sabah təftiş gəldi nə deyəcəm. Get yazdır, sonra gələrsən.

Əhməd. Get yazdır gəl, pozdur get. Lənət sənə kor şeytan. (Deyə çıxır)

Yaylaq komisyonunda

Əhməd pək zəif, kürk geyinmiş olaraq dayanmışdır.

Kom is yon sədri. Zavallının vərəm ciyərlərini dağıtmışdır. Səkkiz aydır onu bu gün-sabah salmışlardır. Böylə də iş olurmu? (Əhmə də) Neçin sən orada etiraz etmədin?

Əhməd. Qurbanın olum, nəfəsim gəlməyir. (Öskürür) Danışmayıram, kimə deyəydim. Hər kimə deyirdim, deyirdi mənim işim deyil, o biridir. Axırda da deyirdilər, get sabah gəl. Gələn həftə gəl, hamı sənin kimi deyil ki, başına dönüm.

Sədr. Sən gərək səkkiz ay bundan əvvəl yaylağa gedəydin. Bu lap ağdır. Mən sabah bu məsələni yığıncaqda qaldıraram. Al, sən apar, de bu kağıza möhür vursunlar, gəl işini düzəldək.

Əhməd. Harada möhür vursunlar, başına dönüm?

Sədr. Sığorta Şurasında. Çünki kağızı yazıblar, amma möhür vurmayıblar.

Əhməd. Qurban olum sənə, yəni mən yenə ora gedim?

Sədr. Ora, ora. Çünki kağız yaxşı yazılmamışdır.

Əhməd. Yenə yaxşı yazılmamışdır?

Sədr. Bəli, bəli, yaxşı yazılmamışdır, yaxşı yazılmamışdır!

Əhməd. Mən daha ayağımı kandarda qoymayacağam. Veriniz, atam, kağızımı. Ürəyim döyünür, nəfəsim də darıxır. Qoy gedim evimdə rahatca ölüm. Mənim daha bir də oraya getməyə taqətim qalmamışdır.

Sədr. Yoldaş, axı qanunsuz iş görmək olmaz. Mən də görürəm sən xəstəsən, gərək tez gedəsən. Axı bir qanun-qayda da vardır. Həmkarlar nümayəndəsi. Canım, sən özün süründürəndən şikayət edirsən, özün də kişini süründürməyə salırsan. Haraya göndərirsən onu? Görməyirsən ki, kişi tərpənə bilməyir?

Sədr. Di yaxşı, onda get dur bayırda. Mən kağızı yazdırım.

Əhməd. A yoldaş, bir ay doktor, üç ay zafkom, dörd ay surxavay, iki ay banlerol qəmisiyəsi, bir aydır da buraya gəlib-gedirəm.

Nümayəndə. Yaxşı, yoldaş, daha bigüman, yazılar, arxayın ol.

Sədr. Yaxşı, sən bir az bayırda gözlə, yazsın. Oçeredin çatanda çağırarlar, gəlib kağızını alarsan. Sonra gedib pulunu alarsan gedərsən.

Əhməd. Pulu haradan alacağam?

Sədr. Sığorta kassasından. Buradan kağızı alarsan, gedərsən sayozgizə, oradan kağız alıb gedərsən sığorta şurasına, orada da təsdiq edərlər, gedərsən kassaya, oradan da kağızlarını yazıb yola salarlar.

Əhməd. Vay dədəm, vay. Yenə zafkom, kassa. Yenə on beş ay get-gəl. Vay dədəm, vay. (Bayıra çıxır)

Sədr. Bu adam mühəqqəq gərək Yaltaya getsin. Onsuz da vəqti keçib, orada bəlkə bir şey oldu.

Katib. Qurban Səməd oğlu. (Xəstə girir) Al, bu kağızınız, gediniz sayuza, oradan da sığorta şurasına. (Xəstə çıxır)

Sədr. Bu nə oldu?

Növbədəduranlardan biri. Hələ buradan çıxdı. Gəldi durdu növbədə, başladı öz-özünə danışmağa; təzədən soyuz, zafkom, damkom, həkim, rayon, kassa, surxavay... Vay dədəm vay – deyə birdən yıxıldı öldü.

Sədr. Yəni lap öldü?

Növbətçi. Öldü də, görmürsən ki, öldü?!

Nümayəndə. İmdi bu haraya aparılacaqdır?

Sədr. Yox, yox, aparmaq olmaz. Gərək bəratəl-qövl yazılsın. Yoxsa qoymazlar basdırmağa.

Növbətçi. Kişi daha öldü, qurtardı. Necə qoymazlar basdırmağa? Yəni ölüsünü də dəftərdən-dəftərə, mizdən-mizə salmaq lazımdır?

Sədr. Yoldaş, müəyyən bir qayda vardır. Qaydanı pozmaq olmaz. Bəratəlqövlsüz yaramaz.

Növbətçi. O da yaxşı sözdür. Yoxsa basdırmaq üçün surxavaydan pul verməzlər. Onda siz yazınız, biz də gedib evlərinə xəbər verək, gəlib aparsınlar.

Sədr. Əlbəttə, əlbəttə. Bəratəl-qövlsüz, şəhadətnaməsiz sığortadan pul verməzlər.

Növbətçi. Yəni iş ki, sığortaya düşdü, bu gün-sabah qiyamətin özünədək basdırılmamış qalacaqdır.

Nümayəndə. Canım, daha yazığın ölüsünü təzədən bu günsabaha salmayınız. Tez yazınız, buradan göndəriniz kassadan alıb gətirsinlər.

Növbətçi. Yazıq öldü. Allah rəhmət eləsin.

Pərdə

Konferansye. Əhmədin yola düşmək vəqti yaxınlaşırdı. Doğrudur, çox zəhmət çəkdi, eybi yoxdur. Gedib lazımi yerində dincələr, hamısının ağrısı canından çıxar. Lap elə yaxşı deyiblər ki, o olmasın, bu olsun. Yaylaq olmasın, qəbiristanlıq olsun. Hər ikisində adam dincəlir.

Bu yazıq əlləşdi, bir iş görə bilmədi. Amma elələri də olur ki, güc ilə yaylağa göndərmək istəyirlər, amma xəstə getmək istəmir. Siz ola bilər ki, buna inanmayırsınız. Odur ki, mən istəyirəm ki, siz öz gözlərinizlə görəsiniz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов