Çətindir, asandır…
Nə bir ürək işlədərək, nə beyin,Laqeyid-laqeyid yaşamağa nə var ki?!
Boş qafanı, boş kəlləni siz deyin,Çiyin üstə daşımağa nə var ki?!
Həssas olub ömr eləmək çətindir,Dayaz yerə baş vurmağa nə var ki,Qəvvas olub ömr eləmək çətindir.Yeyib yağlı vozbaşını, aşınıKeyf üstündə mızıldamaq asandır.
Gecə-gündüz yerə soxub başını,Qoyun kimi fısıldamaq asandır.Tamam atıb vicdanının daşınıGəzmək, içmək, nəşə, dadmaq asandır.Layla ilə uyumağa nə var ki,Süngü altda gecələmək çətindir.
Yad ürəyə burulmağa nə var ki,Öz qəlbinə güc eləmək çətindir.Mən-mən deyib bağırmağa nə var ki,Əsl məni biz eləmək çətindir.Oğulunu, gəlinini, qızını, geyindirmək son dəb ilə asandır.Ömrü boyu, elə ömrü uzunu.
Sürünmək bu mətləb ilə asandır,Çalıb köhnə zurnasını, sazını,Pul qazanmaq bir dəf ilə asandır.Xanım ilə dolanmağa nə var ki,El-obaya dayaq olmaq çətindir.Hər gün səhər oyanmağa nə var ki,Əqidəcə oyaq olmaq çətindir.Köpək kimi yalmanmağa nə var ki,Pələnglərin tayı olmaq çətindir.Vətən deyib, millət deyib hər günü,Baş aldatmaq, göz külləmək asandır.
Qəbul edib hər mühiti, iqlimi,Bir təhərlə baş girləmək asandır.Özgələrin kəlamını, fikriniYeyib, söküb məngirləmək asandır.
«Can, ay qardaş!» çağırmağa nə var ki,bax, o canın özü olmaq çətindir.Kişilikdən dəm vurmağa nə var ki,Çətin gündə kişi olmaq çətindir,Böyük yerdə oturmağa nə var ki,Lazım gəlsə kiçik olmaq çətindir.Yalan ilə ömr etməyə nə var ki,Həqiqətlə ömr eləmək çətindir.Namərdləri öyrətməyə nə var ki,
İgidləri öyrət görək, çətindir.Uşaq boğub törətməyə nə var ki,Əsl övlad yetişdirmək çətindir.Bir formada, bir ölçüdə, biçimdə,Qənfet kimi fikir yemək asandır.
Asta gəzib dırnabının ucunda,Böyüyünə «bəli» demək asandır.Nəvazişli yaltaqlığın içində,Xumarlanmaq, mürgüləmək asandır.Ayı-günü ötürməyə nə var ki,Vaxt üstündə hökmranlıq çətindir.Şair adı götürməyə nə var ki,El qəlbinə tərcümanlıq çətindir.Doğulmağa, ya ölməyə nə var ki,İnsan kimi qəhrəmanlıq çətindir.
1978.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-cetindir-asandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaxşı ki, yırtıldı bütün pərdələr,Yaxşı ki, çoxunun içini gördüm…
Yurduna ağlayan anaSoyuq çadıra sığınıb,Dizin qucaqlayan ana…
Dəli kimi bayılmağım gəlir hərdən…Dava gedir məmləkətdə, qanlı dava,Dava ilə nəfəs alır bu el, oba.
Nə gündəydi, indi qalıb nə günə…Nə gündəydi, indi qalıb nə günə,Gözdən düşüb gözdə olan-bu millət.