Dəbə düşüb…
Xalqı sevmək indi yamanDəbə düşüb,Xalqım deyir təhə lotu,Köhnə, düşük…Ağızları köpüklənirDanışanda,Timsah kimi yaş tökürlərGildir, gildir,Ən çox xalqı satanlardır ən çoxXalqdan danışanlar,Yazıq xalq da sadəlövhdür,Sadədildir,Yazıq xalq da inanandır,Yazıq xalq da taleyiləƏl-amanda…Yazıq xalq da olub rəzil,Batıb qana…Heç oğul da anasına yaltaqlanar?..Əsl oğul öz xalqınaFəda olar,Belələri danışanda qəzəb,Nifrət boğur məni…Yaltaq adam satqın olur,Gəda olur…Belə milli həpəndlərəMəsləhətimBudur mənim…Əvvəl onlar öz qanınıTəmizləsin,
Vicdanları varsa əgərVicdanınıTəmizləsin…Əsl xidmət budur xalqa,Məmləkətə,Başı min bir bəla çəkənBu millətə…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-debe-dusub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaxşı ki, yırtıldı bütün pərdələr,Yaxşı ki, çoxunun içini gördüm…
Yurduna ağlayan anaSoyuq çadıra sığınıb,Dizin qucaqlayan ana…
Dəli kimi bayılmağım gəlir hərdən…Dava gedir məmləkətdə, qanlı dava,Dava ilə nəfəs alır bu el, oba.
Nə gündəydi, indi qalıb nə günə…Nə gündəydi, indi qalıb nə günə,Gözdən düşüb gözdə olan-bu millət.