Страница 2 из 3 · 33%

İb lis. Alqış sana, alqış səndəki baş-qulağa!

Birincişeytan. Halbuki sən mənə başarıqsız, yaramaz deyirdin.

İb lis. İncimə, quzum, pişik balasını sevdiyindən dişlər.

Birincişeytan (əyilir). Təşəkkür edirəm. Çoq lütfkarsınız.

İb lis. Haydi, sən yenə Almaniya tərəflərinə dön, hiç bir zaman iş başından ayrılma!

Birincişeytan. Göz üstə, baş üstə! (Hoplayaraq uzaqlaşır)

İb lis (yapon qılıqlı ikinci şeytana). Ehe, sən burada nə gəzirsən?

İk incişeytan. Təcrübəmi artırmaq istəyirəm.

İb lis. Nə sarsaqlıq!? Niçin Mancuriya və Çin tərəflərini bıraqıb gəldin? Oralarda az işmi var?

İk incişeytan. Məraq etmə, oradakı yapon generalları, yapon diplomatları fitnəkarlıqda bizdən daha açıqgözlü və mahirdirlər. Hər gün yeni bir fırıldaqla çinliləri bir-biri üzərinə saldırırlar. Hər gün yeni qırğınlar törədib soyğunçuluqdan, qan içməkdən doymayırlar.

İb lis. Saqın, o cəbhəyi unutmaq olmaz. Həmən oraya uçmalı! Həm də radio kibi, elektrik kibi, eşitdinmi? (Ayağını yerə vurur) Haydı, rədd ol!

İk incişeytan. Bu saət. (Əyilib gedər)

İb lis (italyan tipli üçüncü şeytana). İmdi sən söylə!

Üçüncüşeytan. Mən Italiyada girib çıqmamış bir yer bıraqmadım. Ordakı başçılar sizin iltifat və mükafatınıza layiq insanlardır. Onlar gecə-gündüz almanlarla bərabər tanklar, aeroplanlar, zəhərli qazlar, yaqıcı bombalar göndərib Ispaniya faşistlərinə yardım edirlər

İb lis. Çoq gözəl. (İspanyol tipli dördüncü şeytana) Səndə nə xəbərlər var?

Dördüncüşeytan. Hər şey yerində. Bütün faşizm çetələri general Frankoya, o da mənim göstərişlərimə tabedir. Bu saət Madrid üç tərəfdən araya alınmış. Xalq ordusu, milis və işçi alayları qorqu altındadır. (Uzaqda iki-üç top patlar. Təyyarə uçuşları eşidilir)

İb lis. Bu nə?

Dördüncüşeytan. General Franko gecə hücumuna başlayır.

İb lis. Daha durmaq yaramaz. Siz də onlara yardımçı olun! Hər tərəfdən bombalar, güllələr yağdırılsın, gözəl paytaxt yanğın yerlərinə dönsün.

Üçüncüşeytan. Əmin ol, daş daş üstündə qalmayacaq.

Dördüncüşeytan. Gedəlim. (Qoşaraq gedərlər, səhnə

işıqlanır)

R ə’ n a (gəlir). Nə oldu Arif? Gəlib çıqmadımı?

İb lis (qarşıda görünən əli sarılı Ariflə həmşirə qiyafətli Simayı göstərir). İştə yeni vurulduğu Sima ilə bərabər!

R ə’ n a (sinirli). Uf, bütün vücudum sarsılmağa başladı. Məndə qüdrət olsaydı, hər ikisini əlimlə parçalardım.

İb lis. Səbirsiz olma, yeri gəldikdə hər ikisindən intiqam alarsın. (Bir yana çəkilib görünməz olur)

R ə’ n a (Simayı qısqanc və kinli baqışla süzərək). Ah, nə qadar nazlı və məğrur!.. O, Püsküllü yıldız qadar zəhərli və şairanədir. (Kəskin adımlarla ona yaqlaşaraq) Gözəl qız! Məni dinlə!.. Sən kimsin? Şeytanmısın? Pərimisin? Cəlladmısın?.. Söylə, məndən nə istəyirsən?

Arif (şaşqın). Rə’na! Səni buraya kim gətirdi? Hansı duyğular sürüklədi.

R ə’ n a (nifrətlə). Söylətmə məni, çəkil! (Simayı yaqalar) Ah, sən məndən nə istəyirsən? Söylə, mənim suçum nədir ki, zəhərli dırnaqlarınla könlümü parçalayırsın?

Sima. Bil’əks, mən yaralı gönüllərə hörmət bəslərəm, kimsəsiz və öksüzləri sevindirmək istərəm.

Arif. Əvət, o, insan üzüntülərinə şəfqət nuru sərpən yüksək və nəcib bir simadır.

R ə’ n a. Sən sus, yaralarımı yenidən qanatma!

Sima. Rə’na! Könlünü mənə açsaydın, bəlkə bir təsəlli, bir çarə bulurdum.

R ə’ n a. İstəməm. Mən mərhəmət dilənçisi deyilim.

Arif. Saqın! Yersiz şübhələrə qapılma! Sima insaniyyət sevgisilə, mərhəmət duyğusuyla çırpınan bir xilqətdir. Yalnız deyil mən, hər vicdan sahibi, hətta hissiyyata qapılan Rə’na belə, bir çocuq kibi ona sarılmalıdır. Sən bugünkü İspaniyayı başdan-başa gəzib görsəydin, bizim nə acılar, nə üzüntülər çəkdiyimizi anlardın. (Bu sırada sədyələr

üzərində universiteyə daşınan yaralıları göstərir) İştə, gözlərini aç da seyr et! Bu ölkədə yüz minlərcə yaralı döyüşçülər, yoqsulluq içində çırpınan xəstə qadınlar, kimsəsiz çocuqlar qəhr olub getməkdədir. Onlara yardım əlini uzatmaq bir günah isə, gerçəkdən

Sima da, mən də suçluyuq. Niçin düşünməyirsən? Bütün dünya əməkçiləri hər yerdən, hər diyardan buraya yeyəcək, geyəcək göndərirlər. Hər yandan yığın-yığın könüllülər kömək için aqışırlar. Yalnız bizmi bu yüksək duyğulardan məhrum olacayıq? Yalnız bizmi amansız qırğınlara seyrçi qalacayıq?

Sima (kömləyinin qolunu yuqarı çəkərək sarılı yeri göstərir). Baqsana! Bu mənim qolum, o da Arifin əli!.. Iştə bizim mükafat! Qanlı faşistlərdən aldığımız mükafat!..

R ə’ n a (ah çəkər). Əvət hqlısınız, mən xain İblisə uydum. (İblisi göstərmək için arqaya baqaraq) O mənim yüksək duyğularımı zəhərlədi, həm də bir anda hiçliklərə gömülüb yoq oldu.

Sima (onun əlini əlləri içinə alaraq). Hiç zərər yoq, keçən yanlışlar için üzülmə! Bir həqiqət gec anlaşılsa da, yenə həqiqətdir.

Gəl sən də, mən də bir həmşirə kibi uca diləklər uğrunda çalışalım. Baq bütün evlər başdan-başa yaralıdır. Gəl, o fədakar qəhrəmanlara, onların xəstəlik və aclıq pəncəsində qıvrılan ailələrinə yardım edəlim. (Qoltuğundakı ağ, uzun kömləyi ona geydirir) Al, bu da sənin. Baq, nə gözəl yaraşır.

R ə’ n a. Təşəkkür edirəm.

Sima. Gəliniz, Rə’na bir az rahtlansın. (İçəri girərlər)

Muzika. Silahlanmış zabitlər, əskərlər, işçiqadınlarvəerkəklər, dürlü
qiyafətli avropalıgönüllülərTuncərlə bərabər gəlir.

Ema (şəfqət bacılarilə bir yerdə tamaşaya çıqar, ən sonra gələnləri əlilə göstərir). Baqsana, o zabitlərlə gələn baş komandan general Miaxadır. (Yanındakılara) Dinləyəlim. Görünür, nitq söyləyəcək.

Miaxa (kəskin və kinli ahəng ilə). Vətəndaşlar! İsyançı faşizm ordusu getdikcə azmağa başlayır. Gecə-gündüz vəhşi hücumlardan vaz keçmirlər. Inkvizisyon cəlladları kimi önlərinə gələni yaqıb-yıqmaqdan çəkinmirlər. Universitetlər, muzeylər, xəstəxanələr tiyatrolar top güllələrilə dağılır. Bütün mədəniyyət ocaqları alman və italyan bombalarilə yanıb külləri göylərə savrulur. Vaqtilə keçmiş ərəblər Tariq ibn Ziyad ordusilə bu ölkəyi sardılar. Lakin mevhumatçı papaslarquyruğunda sürünən xalqımızı tənbəllik və cəhalət uyqusundan diksindirdilər. Onların göstərişilə sən’ət və əkin işlərimiz ilərilədi. Tibb və fəlsəfə fakültələrimiz yüksəldi. Halbuki, imdiki mərakeşlilər faşistlərə uyaraq qadın və çocuq tanımayırlar. Yaqıb-yıqmaqdan başqa bir şey bilməyirlər.

Tuncər. Qəhr olsun oğrular, quldurlar!

Camaat (yumruqlarını havada sallayaraq). Qəhr olsun!

Miaxa. Almanlar, italyanlar hüququmuzu ayaqlar altında çignəyir. Biz bu vicdansız, bu amansız soyğunçuları ölkəmizdən qovmalıyıq.

Tuncər. Rədd olsun qanlı cihangirlər!

Camaat. Rədd olsun!

Miaxa. Asi generallar ölkəyi aclıqdan qırmaq istəyirlər.

Camaat. Məhv olsun!

Natella (saçları dağınıq, başı alavlı, köksü yaralı olduğu halda gələrək dəhşət və həyəcanlar içində bağırır). Ah, eyvah! Onlar bizi qəhr etdilər. Yurdumuzu, yuvamızı dağıtdılar. Onlar!.. O yırtıcı haydutlar evimizə benzin səpib atəşlədilər. General Miaxanın əsir düşmüş ailəsini məhv etdilər.

Miaxa (yana). Oh... Alçaqlar!.. Rəzillər!

Natella. Onlar mənim ağsaçlı anamı, xəstə qardaşımı süngü altında parçaladılar. Südəmər çocuğum, o mə’sum yavrucuğum beşikdə qaldı, alavlar içində külü havaya savruldu. (Çılğınca fəryad ilə) Ah, yavrum! Talesiz yavrum!.. (Hıçqırıqlar içində bayılıb düşər, alıb içəri götürürlər)

Bu sırada pulemyot və təyyarə səsləri eşidilir. Ətrafda bombalar patlar,
alav dalğaları yüksəlir.

Miaxa. Vətəndaşlar! Erkək-qadın, sosialist-bitərəf, bütün cümhuriyyətçilər bilməlidir ki, mənim həlak olmuş ailəmin acı sərgüzəşti vətən fəlakətləri qarşısında hiçdir. Hər kəs ölkə müdafiəsi uğrunda, hüquq və hürriyyət yolunda birləşməli, Ispaniya faşizm məzarı olmalı, haydi, arş iləri!

Camaat. Ya zəfər, ya ölüm!

Coşğun muzika... Kinli adımlarla savaş meydanına doğru hərəkət edərlər.

İb lis (qızıl qiyafətdə görünür, daşqın sevinc ilə). Aman, nə dəhşətli yanğınlar! Nə parlaq mənzərələr!.. Artıq qəsvətli qaranlıqlardan əsər yoq. Gecə-gündüzdən seçilməyir. İki dəniz, iki tufan bir-birilə çarpışır. İki aqın, iki sinif qarşı-qarşıya gəlmiş. Oğul babayı, qardaş qardaşı tanımayır. Bir yanda əmək qəhrəmanları, bir yanda faşizm cəngavərləri birbirini boğazlayır. Kimsə kimsəyə aman verməyir, kimsə kimsəyə acımayır. Neron sağ olsaydı bu parlaq mənzərəyə məftun olurdu. Həm də özünü yeni əsrin neronları yanında pək küçük bulurdu.

Gurultu və çarpışmalar getdikcə qızışır, top güllələri bir-birinin ardınca patlar. Ətrafdakı
pəncərələrdən, divarlardan bir neçəsi devrilir. Üçüncü və dördüncü şeytan
qoşaraq gəlir, İblisə qarşı əyilirlər.

Üçüncüşeytan. Aman, nə qorqulu döyüşlər!..

İb lis. Cümhuriyyət ordusu nə halda?

Üçüncüşeytan. Dəhşət!.. İçlərində öylə qəhrəmanlar var ki, tanklar üzərinə atılmaqdan çəkinməyirlər.

Dördüncüşeytan. Buna baqmayaraq, faşistlər bu saət onları geri püskürtdülər.

İb lis. Niçin? Bu olur şeymi?

Dördüncüşeytan. Onlar texnika və silahca daha güclüdür. (Əlilə göstərir) Baqsana, xalq alayları geri çəkilməkdədir.

İb lis (iləriləyib baqar). Əvət, doğru, haydi bir yana çəkiləlim (Uzaqlaşırlar) Xalq ordusu və gönüllülər çarpışa-çarpışa səhnəyə çəkilir. Vuruşan erkək və qadınlardan yaralanıb düşənlər olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci pərdə

Майский день, ботанический сад в Тифлисе. Бассейн, увитый цветами. Слышится пенье соловьев.Лена (Входит с Марго, оглядывая окрестности). —

192811 мин
Üçüncü pərdə

Зал в тифлисском доме. Мебель и ковры в грузинском стиле. В центре стены дверь с полураспахпутой шелковой портьерой. За нею видна гостиная, полная гостей. Слышны звуки «шура», исполняемого на кеманче. Февральская ночь. Полупьяный Шакро выходит из гостиной в зал. Из другой двери появляется опечаленная Марго с пустым подносом в руках.Шакро Печаль свою ты носишь, словно шаль.

192813 мин
Dördüncü pərdə

Два года спустя. Берлин. На верхнем этаже просторная комната, обставленная в немецком стиле. Две двери: слева и справа. Прямо посредине - дверь, ведущая на обширный балкон. По обе стороны балконной двери большие окна. На балконе и в комнате у окон цветы. На правой и левой стенах портреты Шиллера и Гете. В углу за столом Соломон что-то пишет, листает лежащие перед ним тетради и книги. Князь в европейской одежде любуется с балкона видом города. Входит в салон приближается к Соломону.Князь Берлин... Что может быть, скажи,

192812 мин
Beşinci pərdə

Кафе-ресторан в Берлине. Справа и слева — двери. В углу небольшая сцена с окрестром из пяти-шести музыкантов. В центре площадка для танцев, по стенам столики и кресла для посетителей. Первый день мая.Соломон у буфетной стойки читает газету. Официантки — женщины и девушки — убирают со столиков. Женщины болезненно тучны с нездоровым цветом лица, девушки слабы и бледны.

192819 мин

Стихи других поэтов