Страница 3 из 3 · 67%

Birinciyaralı (qadın... yıqılaraq). Ah, xainlər, alçaqlar!

İk inciyaralı. Hər şey bitdi, gözəl vətən ayaqlar altında çignənib getdi.

Miaxa. Haydi geriyə, nizam ilə geriyə!.. Düşmanı hər tərəfdən araya almalı, daha kəskin və ağır zərbə endirməli!..

Səhnədən çəkilirlər. İspanyol, mərakeşli, alman və italyan qiyafətli qiyamçılar atışaraq
ilərilər. General Franko da onların arasında görünür.

Birispanyol. Çəkilin, yol verin!

Mərakeşli. O kimdir?

Ispanyol (əlilə göstərir). Baş komandan general Franko!

Franko (gəlir). Qəhrəman silahdaşlar! Xalqı sosializmaya və kommunizmaya doğru sürükləyənlər əzildi. Tanrının yardımilə cümhuriyyətçilərə üstün gəldik. Ordumuzdakı almanlar və italyanlar böyük cəsarət göstərdilər. Yigit mərakeşlilər də qaplan kibi çarpışdılar.

Biralmanzabiti. Yaşasın birlik və yenilməz qüvvət!

Franko. Yaşasın müzəffər ordumuz!

Tuncər (kənarda durub dinlədikdən sonra sərt və kəskin). Xayır, bu zəfərlər sizi öyündürməsin. Bu sərxoşluq və sevinciniz çoq sürməz. Sizin yardımçınız bir yığın cihangirlərsə, bizim arqamızda bütün cihan əməkçiləri durmuş.

Franko. Bu nə azğınlıq, bu nə cəsarət?

Almanzabiti. Onun gözlərində kin və xəyanət dalğalanır.

Tuncər. Sizə xain olsam da sınıfdaşlarıma xain deyilim.

Franko (qızğın). Sən kimsin?

Tuncər. Mən əmək dünyasının yenilməz bir əskəri, inqilab cəbhəsinin sarsılmaz bir nəfəriyim. Mən qabarlı əllərin, tərli alınların yılmaz bir rəmzi, sarsılmaz bir nümayəndəsiyim.

Franko. Bu hərif susdurulsun.

Ətrafdakılar. Oh!.. (Deyə hücum edərlər)

Tuncər. Durun! Mənə qulaq verin. Əcəba sərxoşmusunuz, kormusunuz? Xain generallara uyub da qardaş qanına susamaqda bir şərəfmi var? Niçin ana-bacılarınızı, qadın və çocuqlarınızı düşünməyirsiniz? Əcəba siz də bizim kibi əmək yavruları deyilmisiniz? Qırıb-çatdığınız qurbanlar öz yurtdaşlarınız deyilmi? Yaqıb-yıqdığınız bu gözəl vətən sizin deyilmi?

Franko. Bizimdir. Lakin bıraqmarıq ki, hər baldırı çıplaq bu ölkədə ixtilal çıqarsın, hər gün yeni bir tufan qoparsın. Biz yalnız vətənin səadət və istiqlalını istəyiriz.

Natella (xəstəxanədən çıqar, son sözləri eşidərək çılğınca ahəng ilə). Aman o xaini dinləməyin! Onu izləyən cəlladlara qulaq verməyin! Onlar taundan, vəbadan qorqulu, qıtlıqdan və ölümdən dəhşətlidir.

İt alyanzabiti. Sus, bir cılız qurşun səni susdurar. (Revolverini çıqarır, atarkən açılmaz)

Natella (önə atılaraq xəncərlə onu köksündən yaralar). Haydı

gəbər! Xain canavar!.. (Natellayı boğazından yaqalar)

Tuncər. Bıraq onu, şərəfsiz (Revolverlə atəş açar)

İt alyanzabiti. Ax, axx... (deyə yıqılır)

Tuncər. Qardaşlar! Bu qanlı cənazələrdən ibrət alın! O vəhşi komandanlardan, o vicdansız qatillərdən uzaqlaşın!

Franko. Yetər, bu xain cəzasına yetirilsin.

Birdəliqanlı (faşist zabiti). Xayır, o xain deyil.

Birbölük (Zabitin əskərləri). Xayır, o xain deyil.

Franko. Sapqın sənsin!..

Dəliqanlı. Yetər, biz bundan sonra hər alçağa qul olmayacayıq.

Bölük. Biz cəllad deyilik. (Dəliqanlı ilə bərabər Tuncər tərəfinə keçərlər)

Dəliqanlı. Biz qardaş qanı aqıtmayacayıq. Vətən xainlərinə uymayacayıq.

Bölük. Yaşasın vətən! Yaşasın istiqlal!

Bu sırada Sima ilə R ə’ n a xəstəxanədən çıqar, onları dinlərlər.

Franko (yanındakı əskərlərə). Gözləriniz kormu? Qulaqlarınız sağırmı? Haydı, yaylım atəş!.. (Tüfənglər nişan alır)

Sima. Durun, siz dəli olmuşsunuz. Siz insanlıq şərəfini ayaq altında çignəyən vəhşilərsiniz. Sizdə vicdan yoqsa, düşüncə dəmi yoqdur?

Almanzabiti. Al, bu sana ən parlaq cəvab (Revolver patlar)

Sima (yaralanıb düşər). Ah, alçaq!

Tuncər. Barbarlar! Vicdansızlar!

R ə’ n a. Onlar çıldırdılar.

Natella. Yardım et, içəri götürək. Simayı qaldırıb xətəxanəyə götürürlər.

Tuncər (bölüklə bərabər silaha sarılaraq). Rədd olsun cəlladlar!

Bölük. Rədd olsun!

Franko. Haydı atəş!..

Hər iki tərəf hücuma keçərək atışırlar, coşğun muzika...

Miaxa (gur səslə). Xırsızlar!.. Uğursuzlar!..

Deyə xalq alayları və könüllülərlə bərabər arqadan hücum edər. Kastilyo ilə Xalid
də onların arasında görünür. Faşistlərdən bir neçəsi yaralanıb düşər.

Birinciyaralı. Ah, dəhşət!.. Məhv olduq.

İk inciyaralı. Bizi aldatdılar. Xəyanət bizi məhv etdi. Bu sırada qaçanlardan biri Kastilyoyu qurşunla köksündən yaralar.

Kastilyo (yıqılaraq). Ah, namərd! Məni namurad qoydun. Ona... Sevgili Emaya... Həsrət qaldım.

Ema (çıqıb onun vurulduğunu görür. Söylədiyi sözlərdən mütəəssir olaraq yaqınlaşır. Yaralı fəryad ilə). Ah, Kastilyo! Məni yalnız bıraqma! Mən sənsiz yaşayamam. (Onun başını qolları arasına alıb hönkürhönkür ağlar)

Kastilyo. Xayır, sən yaşa!.. Düşmanlardan mənim... qanımı... al. Ema!.. Ağlama!.. (Ölür)

Ema. Ah, o susdu, bir şam kibi parlayıb söndü. (Kinli) Xayır Kastilyo, xayır, mən daha ağlamayacayam. (Kastilyonun tüfəngini qaparaq) Sənin qanını öz silahınla alacayam.

Miaxa. Haydı vətəndaşlar! Bu qız sizə örnək olsun! Hücum!..

İləriyə hücum!..

Coşğun muzika...

Hərtərəfdən. Urra, urra, urra!..

Deyə Emayı izləyərək qaçanları qovarlar.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci pərdə

Майский день, ботанический сад в Тифлисе. Бассейн, увитый цветами. Слышится пенье соловьев.Лена (Входит с Марго, оглядывая окрестности). —

192811 мин
Üçüncü pərdə

Зал в тифлисском доме. Мебель и ковры в грузинском стиле. В центре стены дверь с полураспахпутой шелковой портьерой. За нею видна гостиная, полная гостей. Слышны звуки «шура», исполняемого на кеманче. Февральская ночь. Полупьяный Шакро выходит из гостиной в зал. Из другой двери появляется опечаленная Марго с пустым подносом в руках.Шакро Печаль свою ты носишь, словно шаль.

192813 мин
Dördüncü pərdə

Два года спустя. Берлин. На верхнем этаже просторная комната, обставленная в немецком стиле. Две двери: слева и справа. Прямо посредине - дверь, ведущая на обширный балкон. По обе стороны балконной двери большие окна. На балконе и в комнате у окон цветы. На правой и левой стенах портреты Шиллера и Гете. В углу за столом Соломон что-то пишет, листает лежащие перед ним тетради и книги. Князь в европейской одежде любуется с балкона видом города. Входит в салон приближается к Соломону.Князь Берлин... Что может быть, скажи,

192812 мин
Beşinci pərdə

Кафе-ресторан в Берлине. Справа и слева — двери. В углу небольшая сцена с окрестром из пяти-шести музыкантов. В центре площадка для танцев, по стенам столики и кресла для посетителей. Первый день мая.Соломон у буфетной стойки читает газету. Официантки — женщины и девушки — убирают со столиков. Женщины болезненно тучны с нездоровым цветом лица, девушки слабы и бледны.

192819 мин

Стихи других поэтов