Страница 3 из 6 · 33%

Bu ölkədə ürəyim min yerə parçalanmış,

Hər biri min nazənin dilbər əlində qalmış.

Bu, bir işarədir. Mədəniyyətə həsr edilmiş bu əsrdə hamı elm əldə etməyə rəğbət və hər kəs mə’rifət qazanmağa qeyrət göstərir, heç

Mənim salamımı haqq danışanlara və haqq yolunda ölənlərə yetirin. (farsca)

insafdır ki, biz bəsirət gözümüzü yumaq, qəflətə, cəhalətə cumaq? Bu, bir fürsətdir ki, halhazırda əlimə çatıb, tale üzümə səadət qapısı açıbdır. Lakin təəssüf, min təəssüf! Bu qədər çoxlu məşğələlərlə bərabər, Əlirzanın məktubları ürəyimi solğun və əhvalımı pozğun edir. O, arası kəsilmədən yazır ki, beş-altı aydır qardaşım Şeyx məni nə oxumağa göndərir, nə də bir işə düzəldir! Bilmirəm nə edim, nə çarə qılım? Nəyin dalınca gedim?! Az qalır ki, qüssədən həlak olum.

Xülasə, bu dərdə nə edim, nə çarə qılım, tutulmuşam, vəssəlam. Mənə bir çarə yolu göstərin ki, işsizlikdən ciyərim qana dönmüşdür, ya bir tədbir görün İstanbula gəlim, ya da haraya məsləhət bilirsiniz, oraya gedim? Cəvab.

Mənim ağam! Başınızı ağrıtsam da, cənabınıza mə’lumdur ki, onun nə İstanbula getməsinə, nə də başqa yerə getməsinə mən qısqanmıram.

Lakin Siz bildiyiniz kimi, əgər o da mənimtək oxumaq üçün qürbət vilayətə gedərsə, anam ikimizin ayrılığına tab gətirməyəcək, “Həyat” qəzeti kimi diri-diri vəfat edəcəkdir. Sözün qısası, Sizə bu baş ağrısı verməkdən məqsəd budur ki, öz yüksək mərhəmətinizlə məni minnətdar edib, lütf qılıb ya Şeyx Məhəmmədi yanınıza çağırasınız, ya da özünüz onun yanına gedib, Əlirzanın oxuması haqqında onunla bir-iki saat məsləhətləşəsiniz. Hər növ ilə olursa, Naxçıvanda onu inspektoriya nəzdində qorodskoye uçilişşenin iste’dadlı müəllimlərindən birinin, ya Mirzə Abbasın, ya da cənabınızın məsləhət gördüyünüz hər kimin yanına qoyasınız oxusun. Aylıq nə olarsa, Şeyx cənabları bankda onun öz pulundan götürüb ödəyər. Xülasə, əgər onu bir işlə məşğul etsəniz, bu qiymətsiz qulunuzu sevindirir və məni kədərli xəyallardan xilas edərsiniz. Onun sinə qəfəsi çox dardır və bə’zi hadisələr ürəyinə sığmaz. Onun haqqında bir qədər də ehmalkarlıq və e’tinasızlıq olarsa, özünü itirər. Gümanım budur ki, ürəyini ələ almağa nail olacaq və boş xəyalları başından çıxaracaqsınız. Rus dilini təkmilləşdirməyi ona tövsiyə edin. Mümkün olarsa, fars və türk dillərini də təkmilləşdirsin. Vaxtı imkan verməzsə, mən Naxçıvana qayıdandan sonra özüm onu bu işə təşviq edərəm, vəssəlam. Məndən ağzını haq sözlərlə açan və həqiqət danışmış olanlara salam.

Ən kiçik duaçınız Hüseyn Rasizadə

Təsadümi-əfkardan bariqəyi-həqiqət parlar. Ümidim fəqət Sizin lütfünüzədir, əfəndim!

4

Naxçıvanda. Miri-möhtərəm, vətəndusti-müəzzəm Məşədi Qurbanəli ağa Şərifov həzrətlərinə təqdimeyi-acizanəm.

Eydi-əzha 1326.

Əfəndim! Məktubunuzu – o səmimiyyətpərvər məktubu keçən gün postadan aldım (Xeyir, kantordan aldım). Bəndənizi məs’ud Türkiyənin böyük bayramı ilə, Məclisiməb’usan güşadı ilə təbrik ediyorsunuz. Filhəqiqə məs’ud kibiyim, bəlkə də məs’udum, fəqət bəhərhal bu məs’udiyyət, bu şərəf şərifovların, sidqilərin tərbiyeyi-nikbinanələrinin nəticeyi-şə’şədarı ilə təşviqati-qiymətdarına racedir. Sizlər ülüvv cənablarınızla pəriyihürriyyət və mədəniyyətin yüzünü qaplamış o müciç pərdələri, o qaranlıq örtüləri yırtdınız, parçaladınız da, təhsili-mə’rifət, ülüvvü əzəmət, məhəbbəti-hüriyyət nə olduğunu bana anlatdınız, yoqsa... ilələbəd zəlalət uçrumlarında, cəhalət bataqlıqlarında məhv olub gedəcəkdim. Bən daima sizə minnətdarım, əfəndim!

Unutulmasın da, “bayram təbrikiylə əllərinizi sıqar, ərzisəmimiyyətə müsaraat edərim”.

On beş gündə bir Hacı Baba ağa kantoruna getməklə mö’tadam. Hacının Süleyman bəy ismində bir böyük oğlu var. Qayət nazik və düşüncəli, fəzilət və kəmalata malik bir zati-möhtərəmdir. Bə’zən məktub üçün kantorlarına getdiyim zaman (xüsusi) və başqa bir odada müşarileyhlə bir-iki saat söhbət və məhəbbətə baqarız. Keçən gün də bər mö’tad və bayram təbriki için kantora getdim, əfəndilərin həpsilə birər-birər görüşdüm. Sonra Süleyman bəy Ağa Zeynal ilə bəndəni görüşdürdü və məktubu da verdi. Oquduqdan sonra ixlasım Ağa Zeynala bin qat ziyadə artdı, səlamınızı ərz etdim. Sonra Süleyman bəyin nəzakəti-muşikafanəsilə ikinci odaya keçdik, bol-bol, geniş-geniş söhbət etdik. Maşallah, eyi cavandır. Pək çapuq islah olunur. Hasili, bizə həmməslək (?) bir zatdır. Tərəqqiyə müstəidd, həqiqətə müştaq bir gəncdir. Bir-iki saət həsbi-hal etdikdən sonra vida edib, Hacı Rəsul ağaya getdim, odada yoq, kart bıraqdım. “Müşarileyhi şimdiyə qədər ancaq iki-üç dəfə xüsusi görə bilmişəm. Əksəriyyən getdiyim zaman odada bulamam, bulduğum zaman da bir qaç həşəratül-ərzlə bulurum

Miladi 1908

ki, işimizə gəlmiyor, quru-boş lafdan başqa bir şey zikr olunmuyor. Mümkün olsa bir daha sizin səlamınızı yetirmək için görəcəyim”.

Sonra Tağızadə Mir Cavad ağaya da bir kart bıraqdım. Sonra bir evə getdim ki, orada İran əhrarından Naci bəy ismində bir zatı ziyarət edəcəkdim. İçəri girdim, məgərsə Hacı Rəsuldan maəda bildiyim gənc İran əhrarının ən həmiyyət pərvərlərindən yeddi-səkkizini orada buldum. Eyicə söhbət etdik, yemək yedik, sona doğru Boğaz içi vaporlar ilə həpimiz bir yerdə Kazı köyü ismində bir köyə getdik ki, Mirzə Məhəmmədəli xan (Seyid Həsənin yoldaşı) orada iqamət ediyor. Müşarileyhlə bir qiraətxanədə buluşduq, kəmaliməhəbbət və səmimiyyətlə iki-üç saət qədər söhbətə məşğul olduq. Bən də Mirzə Məhəmmədəli xanın yanında oturmuşdum. Söhbətlərimizin nisfi zatialinizə dair oldu. Və müfəssəl surətdə sizin başınıza gələn bəlaların (daha doğrusu, vicdan və insaniyyət naminə yapdığınız alicənablıqdan dolayı çəkdiyiniz üzüntülərin, düçar olduğunuz sıqıntıların) həpsinin birər-birər yanaraq nəql etdi. Doğrusu, bən bir az eşitmişdim. Fəqət, bu dərəcə bilmiyordum. Nə qədər mütəəssir olacağımı, qəlbimin və qəlbimizin nə böyük alan və ikdara hədəf olacağını kəndi qəlbinizə müraciətlə pək eyi bilə bilirsiniz. Minəl qəlb iləlqəlb... fəqət, şimdidən sonra quldurlara, haydutlara – bir az olsun – e’timaddan çəkinəcəkmisiniz? Haşa! Qabil deyil, imkan xaricində bir şey. Bu hal, bu vicdan, bu ülüvv cənab sizdə (ba şir əndərun şod və ba can bə dər rəvəd). Hər şey dəyişsə, təbiət dəyişməz.

Nə isə, miri-müəzzəmileyhdən də kəmali-təhəssürlə ayrıldıq. İstanbula gəldik. Qürubun o hüznalud bulutları, o kədərnümud qaranlıqları arasında, yuvarlana-yuvarlana doğru otelimizə gəlib, odamızın xəfagah sükununa çəkildik. Və bir-iki kəlmə ilə sizi tə’ciz və təsdi etmək için yorğun bir halda şu ərizəyi qaralamağa qərar verdik. İştə bir günlük ruznaməm. Və bunu da unutmuyalım ki, Məmmədovların, Mirzə Məhəmmədəli xanın və s. əhrari-İraninin zati-vətənpərvəranələrinə xüluskaranə səlamları, səmimanə ərziehtiramları var... Səid Səlmasi isə bir qaç gün bundan iləri o tərəfə əzimət etmişdir.

Şimdi, – arzu buyurduğunuz vəchlə, – bir qaç kəlmə də öz məişətimə dair yazım.

Ürəkdən ürəyə (ərəbcə)
Südlə gəlib, canla çıqar (farsca).

Əfəndim! Bəndəniz ta Ramazana qədər beş-altı ay (e’dadi) proqramını ikmala çalışırdım və hər həftə də məşhur filosof Riza Tevfiq bəydən bə’zi həqayiqə dair bir-iki dərs proqram xaricində oquyurdum. Sonra hürriyyət alınır-alınmaz Riza Tevfiq bəy Ədirnə məb’usu intixab edildi. Bə’zi asari-nafiə nəşrinə başladı, darülfünunun ədəbiyyat şö’bəsinə professor tə’yin edildi. İttidad-tərəqqi cəmiyyəti tərəfindən millət vəkalətinə namizəd oldu. Xülasə, iş iş üstündən aşdı, daşdı, bizə vaqt qalmadı. Sonra Ramazanda darülfünuna istida təqdimilə ədəbiyyat şö’bəsinə qeyd və qəbul olundum. Şimdiyə qədər də davam ediyorum. Şimdilik bənim tə’qib etdiyim dərslər: ədəbiyyati-osmani, ədəbiyyatifarsi, tarixi-ədəbiyyat, məbadiyi-fəlsəfə, tarixi-ümumi və siyasi, coğrafiyayitarixi, təbii və ümrani, həftədə on dörd dərs birinci sınıfda oquyorum. Fürsəti fevt etməmək için yeddi dərs də ikinci sınıfa dəvam ediyorum. Məktəbimiz üç sənəlik və üç sınıfdən ibarətdir. Əgər bu sənə birincidən imtihan verəcək olursam və keçinəcəyim biəyyi nəhvin kanə yolunda olursa, gələcək sənə də, həftədə yeddi dərs ikincidə və on dörd dərs üçüncüdə istima edib mə’lumati-laziməni əldə etmiş olurum. Fəqət ikincidən şəhadətnaməyə müvəffəq olsam belə, ehtimal ki, üçüncüdən olamam. Fəqət, bə hər hal hər üç sənəlik mə’lumata dəstrəs olurum. Çünki hər sənənin dərslərini çocuq kibi əzbərləmək lazım (madam ki, bana elm lazımdır, şəhadətnamə lazım deyil), o surətdə əgər müqtədir olursam, ikisini çocuqcasına imtihana hazırlanırım, fəqət üçüncüsünü bilib öyrənərim. Zəhəmati-məşaqqəsinə paybənd olmam. Bu proqram ustadi-möhtərəm Riza Tevfiq bəyin səlah gördüyü bir proqramdır (Şəb abistənəst, ta çi zayəd səhər).

Demək ki, bərhəyat olursam və keçinəcəkdə zorluq çəkməzsəm, topu-topu bənim İstanbuldakı övqati-təhsiliyyəm bir buçuq sənə qədər küçük bir müddətdən ibarət olacaqdır.

Fəqət?!

İştə məsələnin ən yaralı nöqtəsi bu istifhamlı, bu heyrətli “fəqət?!”dən ibarətdir: çünki bu fəqət bəndənizi çocuqluğumdan bəri görmədiyim, bilmədiyim, sevmədiyim, sevmiyəcəyim o qorqunc, o müdhiş hiçliyə... (dilənçilik) denilən o quduz illətə yalvartmaq istiyor.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов