Страница 4 из 6 · 50%

Fəqət əfsus, həzar əfsus, bənim təbiətim, yaradılışım bütün-bütünə bu

Keçmişdə olduğu kimi.
Gecə boyludur, kim bilir səhər nə doğacaq.

illətdən qaçar, bu zillətdən qorqar. Bən hamallığı, xidmətkarlığı pək ziyadə sevərim. Fəqət böylə bir devri-hürriyyət və zəmani-səadətə bənliyimi satmaq, əsir almaq istəməm (əsir olduğum bir şey varsa o da həqiqət və məhəbbətdir). Əsarət zəncirinə bağlanmaq, o müləvvəs qeydi çəkməyə razı olamıyorum. Səbəbi isə ağır yük taşımaq, məğruranə bir minnət çəkməyə bir dürlü könlüm qane olamıyor. Məşhur Kəmal bəy demiş ki “kimsənin lütfünə olma talib, – əvəzi cevhərihürriyyətdir”. Bilməm hiç ki, ömrünüzdə özgələrə ehtiyac hissilə mütəhəssis oldunuzmu?

Bəndəniz sizin Tiflisdən yazdığınız məktubu aldıqdan sonra Rəhim xana iki məvəddəti məktub yazdım. Fəqət para, filan için bir işarət etmədim, ba həmeyi-in yazdığım məktub guya bəni əzir, bəni boğuyordu. (Sonra Tiflisdən Hacı Seyid Bağır ağadan üçər-beşər rublələrlə toplanan məbləğin surətini istədim. Ondan da bir cəvab alamadım. Pək ziyadə sıqıldım) Çünki siz bana iqraz deyə yazmışdınız, onun için bilmək istədim, mütəəssif ki, biləmədim. Sözün ən qısası bəndəniz şimdilik əlimdə olan beş-üç lirədən yemiyə-yemiyə (daha doğrusu, həftələrlə penir-əkməklə qənaət edərək) kamalisəfalətlə artıra bildiyim cüz’i bir məbləğlə bir qaç ay kəndimi idarə edə bilirim. Yalnız burası bilinməli ki, həyatım fəlasifeyi-kəlbiyyun ki, yaşayışları kəlb yaşıyışından təfriq olunmaz – həyatından pək fərqli deyil. Lakin keçən sənə yazdığınız proqrama tevfiqən və o təəhhüdata istinadən yapdığım ən böyük yanlış üç sənəlik geniş bir proqramdan iləri gəlmə bir xəta oldu ki, onu təhvil etmək imkan xaricində ədd olunacaq qədər gücdür. Fəqət bununla bərabər şu müddəti-mə’luməyi hər dürlü fəlakətə köks gərməli olsam belə dəvam etdirəcəyim, bu xüsusda hər məşəqqəti biryolluq gözə aldırmışım.

Hacı Rəsula şimdiyə qədər bir söz söyləmədiyim kibi – yazdığınıza rəğmən – Təbrizə də əsla bir kəlmə işarət etmədim və etməyə də cəsarətim gəlmədi, çünki cavanmərdanə təəhhüd edilən bir sözə – bir və’də – istər iqraz, istər həmiyyət olsun – təkrar-təkrar biz batırmaqdamı lazım?! Bu bəncə bir zilldir. Həqiqətən, dünyada hər bir şeyin də bir qanunu var. Əgər iqraz məsələsi isə, ona kəfil, zamin lazım, ac, biilac tələbədən nə bəklənir. Əgər həmiyyət və üxüvvətə məbna bir təsəvvür isə tələbəlik naminə isə, o da seyiddən, molladan bir şey olmalı ki, o təhsilin dünyasına mənffəti olmasa belə, axirətini abad edər ki! Deyilmi? Mühəqqəq böylə!

Nə isə, bu dərəcədə kədərli və sıqıntılı bir zamanınızda mə’mulunuzun xaricində olaraq tə’ciz və təsdiq ediyorum isə də (Cormi ke mirəvəd bəomid-e ət-ye tost) misrası istinadgahımdır. Bütün vətəndaşlara səlam və ərzi-ehtiram, baqi xülus və səmimiyyət. Müntəziricəvabım.

H.Rasizadə

İlk istid’ayi-acizanəm xəttimin çirkinliyini əfv etmənizdir, çünki bir dəfə sür’ətlə yazmağa alışdıqda, sonra tərki gücdür.

5

Naxçıvanda.Cənab məxdum və möhtərəm ağayi-Şərifzadə Qurbanəli həzrətlərinə ərizeyi-acizanəmdir.

23 şubat – fevral 1909

Eydi-səidi-novruzunuzu bilxassə təbrik edərim.

Həqayiqpərvər əfəndim həzrətləri! Şərəfsüdur buyurulan iltifatnamənizi iki gün əvvəl günortadan aldım. Oracıqda açıb oqumağa başladım. Süleyman və Zeynal bəylərə səlamınızı söylədim, hər ikisi izhari-təşəkkür etdilər. Sonra oradan odama gəldim, məktubu çıqarıb bir daha kəmali-diqqət və əhəmiyyətlə nəzəri-tədqiqdən keçirdim. Oqudum, bir daha oqudum. Oquduqca məsrur və məmnun oldum, məmnun olduğum qədər də məhzun oldum. Məktubunuz qevsi-qüzehli hava kibi bir anda, bir baqışda həm bahar çiçəklərini tənzirə qalqışır, gözəl və mütəməvvic əlvan sərpiyordu, həm də o rənglər, o qevsiqüzehli, o ləm’ədar və fərəhli rənglər arasında bir rəngi-matəm, bir levheyi-nürələm, bir barani-sitəm sisləri yağdırıyordu. (Fəqət heyhat!.. İnsan daima aldanmağa məhkumdur)

Əfəndim! Başqalarına məktub yazdığım zaman nasıl isə hiç özənməm, xeyir, yanlış söylədim, hiç düşünərək yazmam, yə’ni düşünüb də yazmaq istəməm. Fəqət sizə gəlincə, bir yapraq kağız əlimə aldımmı? Dərhal geniş-geniş sahələr, parlaq-parlaq ülviyyətlər, acı-acı həqiqətlər, xüsusən təsvir və təsəvvürü güc bir çoq fikirlər alay-alay gözümdə təcəssüm edər kibi olur. Nə qədər mə’nalı bir şey yazmağı arzu ediyorum isə də ən sonunda hiç bir şey yazamadığımı görərək, hiddətləniyorum, çünki sizə məktb yazarkən, düşünüyorum ki, kaş mümkün olaydı da bir səhifədə, bir sətirdə, bəlkə bir kəlmədə fikrimi,

Sizin bağışlayacağınızı ümid edərək, təqsirə yol verirəm.

duyğumu, məhsulati-təcrübiyyəmi sizə ərz edə biləydim, heyhat, olmuyor, olamıyor ki! Fəqət, bir həftə yan-yana, diz-dizə oturulsa, yenə bir dürlü kəşfi-həqiqətə doğru bir qədəm, bir addım atılmaq ehtimalı var. Əfsus ki, o da şimdilik namümkün!..

Bə’zən vicdanınızın nazik və pak səhifələrini oquyorum da, dərin

bir inşirah, geniş bir səfvət aləmində yaşıyorum, zənn olunur. Fəqət o saf vicdanın bir az daha ifratını hiss etdiyim zaman tüklərim ürpəşiyor. Sonra bütün-bütün safdərunluğun əleyhində bulunacağım gəliyor. Daha doğrusu, bulunuyorum da. Məsələn, “əmmamə”, “came”, “məsəleyixilafət”, “mədəniyyət”, “həmiyyət” və “tərəqqi” kəlmələri bir-birinə qarışaraq, bir mühəssələ təşkil edəcəyini, yaxud edə biləcəyini düşünürkən, bütün-bütün bir xəyal, bir kölgə, bir namütənahilik, bir hiçlik qarşısında bulunduğuma hiç şübhə etmiyorum. Və möhtəşəm bir filosofi-kəbirin dediyi kibi: “təbiətdə hiç bad-hava (müftə) bir şey olmadığını, qeyri-təbii olaraq, şö’ləpaş olan həqiqətlərin puç bir xəyaldan ibarət olduğunu” göz önünə gətirərək, hiç bir şeyə dərhal etimad edərək, göydən zənbil ilə nazil olduğuna etiraf edəmiyorum. Hasiliəhbablıq, mədənilik, gözəllik, hissi-mərhəmət, ruhaniyyət həp birər incə teldən, şəxsi və adi, qırılacaq qədər çürük bir teldən asılıdır ki, tədqiq və təcrübəyə qalxışsan, dərhal qarılır! Dərhal pozulur, dərhal sönər... (Mən günğixabdidəvü aləm...)

Nə isə, əfv edərsiniz. Dilimin pəltəkliyindən, kəkələməsindən naşi sükutu daha mürəccəh görüyorum. Bən sözlərimdən mə’na çıqaramadığım kibi, ehtimal ki, siz də düşünməyə, özənməyə məcbur olacaqsınız.

Artıq yenə kəndimizə, kəndi əhvalımıza dair qonuşalım.

Əfəndim! Hacı Rəsulun məktubunu yapışdırılmamış bulduğum için kəndi-kəndimə müsaidəkaranə bir hiss duydum, sonra zərfin yapışqanına diqqət etdim, yerində, yə’ni əvvəlindən yapışdırılmamış... Sonra sizdən istizan edər kibi bir vəziyyət alaraq, məktubu oqudum. Ayrı, qeyri bir şey bulamadığım için sərbəst bir məktub olduğunu anladım. Fəqət kəndimə aid olan qismini bütün-bütün qələmlə cizdim və lüzumsuz bir adi dilənçilikdən fərqsiz olduğuna hökm edərək, naqabilli-təsəvvür bir halda müğbərr oldum, çünki bəndəniz məktəbitərbiyəyə girdiyim zaman “əməleyi-mevtalıq” təbiətini kəndimdən atmışdım və şimdiyə qədər də o hal ilə, yə’ni o saf və pak vicdanla yaşıyorum və yaşadım. Halbuki hal-hazırkı vəziyyətim bütün-bütün

Bən yuxu görmüş bir lalam, aləm isə... (farsca)

bəni şaşırtdı. Şu vəziyyətlə yaşamağı hiç bir surətdə, hiç bir zaman sevməm, sevəməm. Və sonra təcaribi-tüccariyyəmdən də bana çoq istifadələr olmuşdur. Ən birincisi isə hər şeyə, əvət, hər adi bir şeyə, hətta çürük soğan qabığına belə bir fiyat, bir qiymət vardır. Qiymətsiz bir şey olmaz. Olsa-olsa, Kuhkəmər seyidləri ilə Nəcəf mollalarının məzhəbində, məsləkində olur. Iştə bu qədər!..

Doğrusu, həm Hacı Rəsulun məktubunda, həm bənimkindəki əsəfamiz, sıqıntılı sözləriniz və “qələm inca rəsid sər beşikəst!..” kibi mərhəmətpərvərliyiniz mükəmməl bir makina (maşın) təzyiqilə bəni sıqdı, sıqdı və ruhumu, hissiyyatımı parça-parça etdi. Ciddən sizin bu qədər məhviyyətinizə mütəəssif oldum... Bən kəndim o qədər əczaizm bir hal ilə ianə tələbinə qalqışsam, buracıqda bilmədiyim və bildiyim osmanlılardan istədiyim qədər istianə edə bilirim, yə’ni dilənə bilirim.

Sözün açığı, şu rəzalətdən bu qaç gündə bütün-bütün kəndimi şaşırdım. Üç-dörd sənələr ilə hər sənə altmış-yetmiş lirə sərf edən sair Qafqaz tələbləri şimdiyə qədər bizim bu dibsiz, hiçahiç rəzalətimiz qədər böyük və çirkin bir zillətə hədəf olmadılar.

Şimdi bən, ən lazımlı təhsilimə bitmiş nəzərilə baqıyorum. Bundan sonrası isə darülfünün dərsləri peydərpey məcmuə surətində nəşr olunacaqdır. Ha məktəbdə xocadan dinləmək, ha dəftərdən, məcmuədən tədqiq və tətəbbö etmək – hər ikisi bəncə müsavidir. O da həm burada mümkün, həm Qafqazda.

Şimdi bu təslimdən məqsəd bu ki, artıq xalqa boyunduruq olmaq istəməm və istəmiyəcəyim və ianə torbasını da yırtdım, parçaladım ki, bir də həm gözüm görməsin, həm də hissiyyatım xırpalanmasın. Biz istiqraza talib idik, ianəyə isə talib olmadığımı təkrar ərz edərim. Bir də xulasə olaraq, acizanə, həm də pək acizanə rica edirim və pak vicdanınıza and veririm, bir daha nə Rəhim xana, na Hacıyevə, nə Hacı Rəsula, nə cəmiyyəti-xeyriyyəyə, nə də cəmiyyəti-şəriyyəyə müraciət etməyəsiniz, edəcək olsanız, həm sizdən inciyərim, həm də qəbul etməm. Burada qalmaq iqtidarım bitdikdən sonra orada ərzi-vücud edərim. Bütün qardaşlara salam. Ələlxüsus Əzizimin əllərini sıqarım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов