Beşinci pərdə
-Üst qatda həbsxanəyə məxsus büyücək bir oda... Odanın bir qapısı, üç-dört ufaq pəncərəsi var. Rəuf ilə Məs’ud bir tərəfdə yatıyor, Şeyda isə digər tərəfdə, pəncərə önündə, öksürüb inildiyor, hər üçü dutsaq qiyafətindədir. Lampanın donuq və qəsvətli işığı mart sabahına
qarşı getdikcə sönük və ölgün bir tevr alır. Şeydanın solğun çöhrəsi, dağınıq saçları acınacaq bir levhə ərz edər.*
Şeyda (sayıqlar). Bıraqınız, bıraqınız!.. Ah, bəndən nə istiyorsunuz? (Çevrilərək).
Of... (Sinirli və darğın). Xayır, xayır, heyhat! Heyhat!..
Rəuf. Zavallı, zavallı çocuq!
Məs’ud. Ya, ya... məhəbbət fəlakətdir.
Rəuf (qalqıb oturur). Əvət, fəlakət, həm də ən dəhşətli bir fəlakət!..
Məs’ud (qalqar, bir-iki yutum su içərək). Allah həbsxanə müdirinin bəlasını
versin. Bən böylə qaba ruhlu, mərhəmətsiz hərif görmədim. Bir dutsaq bu gün
xəstələndimi, yarın onu xəstəxanəyə alırlar. Halbuki Şeyda bir aydır can çəkişiyor da
kimsənin umurunda deyil.
Rəuf. Məraq etmə, bu gün şübhəsiz alıb götürəcəklər, çünki doctor söz vermiş.
Məs’ud. Eşit, inanma!.. Öylə tatlı sözlər pək çoq, fəqət əməl yoq, nəticə yoq;
hanya? Bir zaman sən də kahinlik ediyordun, “bizi dört günlüyə həbs etmişlər”
diyordun, nə oldu? O sözlər nə oldu? Şimdi doquz aydır burada yatıyoruz da hənuz
qurtuluş ümidi yoq.
Rəuf. Hiç təlaş etmə! Hər nasıl olsa, iki-üç gün sonra çıqarız.
Məs’ud (istehzalı qəhqəhələrlə). Əvət, iki-üç gün sonra!?
Rəuf. Yahu! Bir düşünməli ki, işin əvvəlində məzarçı ilə Musayı bizdən ayırdılar,
həm də aşağı qatda qəsvətli və qaranlıq bir bodruma yerləşdirdilər. Demək ki, biz
cinayətdə pək də müttəhim deyiliz.
Məs’ud. Həp xülya, əfəndim, həp xülya!..
Rəuf. Əvət, xülya, sağlıq olsa, iki gün sonra anlarsın.
Məs’ud (e’timadsız). Baqalım!
Rəuf. Hələ tuhaf bir xəbər var ki, sən deyil, hətta bən kəndim də inanamıyorum.
Söylənən sözlər doğru çıqarsa, yalnız biz deyil, bütün millət, bütün məmləkət
qurtulmuş olur.
Məs’ud (mütəbəssim). O nə imiş, əcəba!?
Rəuf. Böyük və dəhşətli bir inqilab, müstəbid Rusiyayı alt-üst edəcək bir inqilab.
Məs’ud. Əvət! Rö’yan fəna rö’ya deyil (Yorğun bir halda yatağına uzanır).
Rəuf (sevinclə). Aman, rö’ya dedin də, eyi xatirimə gəldi. Şimdicə gözlərimi
qapamışdım, bir də gördüm damın üstü yarıldı, göydən nurani bir zat endi. Onun
küçük bir işarəti ilə, şu böyük divar havaya qalqdı; dərhal üçümüz də quş kibi
qanatlanıb uçmağa başladıq. Fəqət biz ikimiz yuca bir dağ üzərinə endik; Şeyda isə
uçduqca uçdu, yüksəldikcə yüksəldi. Nihayət bulutlara qavuşaraq büsbütün qeyb oldu.
(Məs’udun yanı başında uzanıverir).
Məs’ud (usanmış bir halda). Allahını sevərsən, şu rö’yaları bıraq da azacıq
rahatlanayım, bu gecə gözümə uyqu girdiyi yoq...
(Bu zaman Şeydanın yanındakı pəncərəyə parmaq ucu ilə vurularaq “Şeyda! Şeyda!..” deyə Rozanın səsi eşidilir).
Şeyda. Xayır, xayır, gəlməm. Get, Allah eşqinə, get!
Təkrar pəncərəyə vurularaq “Şeyda! Şeyda!” deyə əvvəlki səs eşidilir.
Şeyda. Nə istiyorsun? Ah, bəndən nə istiyorsun? (Üzgün bir halda qalqıb oturur.
Pəncərəyi açaraq bir qadar alıq-alıq dışarıya baqdıqdan sonra). Roza! Roza! Nerəyə
getdin? Niçin gəldin də, niçin getdin? Ah, niçin bana rahət vermiyorsun? Qəhr olmuş
bir zavallıdan nə istiyorsun?
Rozanın xəyalı yaldızlı nurlar içində, mələk qiyafətində olaraq görünür. Süzgün
və munis baqışlarla Şeydaya doğru ilərilər.
Şeyda (dönüb baqınca). Ah, rö’yamı görüyorum?
Roza (nəvazişlə). Şeyda!
Şeyda (heyrətlə). Aman, yarəbbi!
Roza (həsrətlə). Şeyda!
Şeyda. Ah, nə istiyorsun?
Roza (təbəssümlə). Şeyda!
Şeyda (darğın). Roza, Roza! Allah eşqinə, get!
Bu halda qəhrəman simalı, durğun baqışlı, qara geyimli bir mələk gəlir. Şeyda durmaz.
Roza. Şeyda! Bəni unutdunmu?
Şeyda (göküs keçirərək, sinirli). Xayır, xayır, sana pərəstiş etdiyim günləri, sana
sarıldığım dəqiqələri hənuz unutmadım. İlk eşqimizlə
süzülən baqışlarını, o mə’sumanə təbəssümlərini hala xatırlıyorum. Lakin, uf!.. Bəni
atmış olan vəfasız Rozayı, o mərhəmətsiz afəti bir daha xatırlamam, bir daha görmək
istəməm.
Qarageyimli mələk (yarınəvazişkar, yarı-amiranə bir tevrlə). Nə söylüyorsun,
Şeyda, nə söylüyorsun!? O sənin məftununsa, sən də onun məcnunusun.
Şeyda (müztərib). Ah, sən kimsin?
Qarageyimli mələk. Bən bənim, müstərih ol!.. Bən oyam ki, bütün ağlar gözlər,
yaralı könüllər, bütün iztirablar və həyəcanlar həp bənim sayəmdə rahət bulur, həp
bənimlə mütəsəlli olur.
Şeyda (onun durğun və mə’nalı baqışlarından sarsılaraq). Uf, aman, yarəbbi!
Qarageyimli mələk (mütəbəssim). Şeyda! Sən bəxtiyarsın. Əvət, şimdi,
bəxtiyarsın.
Şeyda. Xayır... xayır... Bən hiç bir təsəlli istəməm (təlaşla). Ah, o munis çöhrən nə
qadar nəvazişkar isə, dərin və durğun baqışların da bir o qadar qorquncdur.
Q a r a g e y i m l i mələk. Qorqma, hiç qorqma! Bən səni sıqmaq için deyil,
yalnız könlünü almaq, acılarını unutdurmaq için gəldim. (Parmaqları arasında
parlamaqda olan yüzüyü göstərir). İştə bu elmas yüzüyü görüyormusun? Əbədi bir
nişan olmaq üzrə Rozaya təqdim ediyorum, sənin tərəfindən təqdim ediyorum. İştə,
bu, qırıq könüllərinizi birləşdirir, küskün ruhlarınızı barışdırır.
Şeyda (Rozaya işarətlə). Xayır, bən ona inanmıyorum, ah, inanmaq istəmiyorum.
Qarageyimli mələk. Əmin ol, Şeyda, əmin ol! Bundan sonar hiç bir maneə, hiç bir
qüvvət sizi bir-birinizdən ayıramaz. (Açıq pəncərəyə işarətlə). Baqsana! İştə bu ilahi
eşqi yıldızlar da alqışlıyor, mələklər də təqdis ediyor.
Şeyda (baqar, son dərəcə heyrət və sevinclə). Aman, yarəbbi! O incə bulutların
toqquşması, şu parlaq yıldızların aqışması nə gözəl!..
Ah, o rəngarəng quşlar, şu al qanatlı mələklər nasıl da oynaşıyor, necə də
uçuşuyor!..
Bu sırada Rozanın xəyalı ilə qara geyimli mələk haman qeyb olurlar.
Rəuf (gözlərini ovuşdurub yerindən qalqar. Şeydayı bu halda görüncə təlaş və
mərhəmətlə). Aman, nə yapıyorsun?
Şeyda (mültəfit olmayaraq). Of.. şu behişti mənzərə nə qadar lətif, nə qadar ülvi...
(Dönüb Rəufu yanında görüncə). Ah, onlar nə oldu? Onlar nerəyə getdi?
Rəuf (heyrətlə). Kimi arıyorsun?
Şeyda (səbirsizliklə). Allah eşqinə, onlar nə oldu?
Rəuf. Kimi soruyorsun?
Şeyda (sinirli). Roza!.. Ah, mərhəmətsiz mələk!..
Rəuf (Şeydanın açmış olduğu pəncərəni qapayaraq). Hiç bu olur şeymi ya!? Sən
nihayət, kəndini xərab edəcəksin.
Yatar. Bu sırada qomşu odadan yaralı bir ahənglə dəşti məqamı üzərinə söylənən aşağıdakı
şərqi eşidilər.
İlahi, biqərarım, biqərarım,
Yanar ruhum, dəmadəm əşkbarım;
Vuruldum bir vəfasız işvəkarə,
Əsirim bən, əsiri-eşqi-yarım.
Bu sırada qara geyimli mələk təkrar görünür.
Şeyda. Uf, bu səs sanki bənim ruhumu tərənnüm ediyor (onu görüncə).
Ah, yenəmi gəldin?
Qarageyimli mələk. Əvət, gəldim də bərabər gedəlim.
Şeyda. Pəki, nerəyə, nerəyə gedəcəyiz?
Qarageyimli mələk. Başqa aləmlərə, daha yüksəklərə.
Şeyda. Xayır, bən yalnız, yalnız Rozayı istərim.
Qarageyimli mələk (Rozanın görünməkdə olan duvaqlı xəyalına işarətlə). İştə,
gəliyor, həm də gəlin duvağında...
Şeyda. Of, gəl, gəl də bərabər gedəlim.
Qarageyimli mələk (Rozanın göksünü süsləməkdə olan pənbə gülü Şeydaya
uzataraq). İştə cənnət fidanlarından dərilmiş bir qönçə... Al, al da qoqla, baq, nə
qadar gözəl qoquyor.
Şeyda (mütərəddid). Ah, xayır... xayır...
Roza. Rədd etmə, al!
Şeyda. Roza, Roza! Şu munis çöhrə könlümə dəhşət veriyor.
Onun gözlərinə əsla inanamıyorum, sanki o bəni səndən ayırmaq istiyor.
Qarageyimli mələk (mə’nalı bir təbəssümdən sonra). Əvət, bən çoq anaları
yavrusuz, çoq yavruları anasız qoydum. Bir düyün, yas
olursa bənim əlimlə olur. Bir məmləkət padşahsız qalırsa, yenə səbəb bənim. Əvət, bir
çoqlarını eşindən ayırdım. Çoq aşiqləri sevgilisinə həsrət qoydum. Lakin, lakin sizi
ayırmaq deyil, bil’əks əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qavuşturmaq istərim.
Roza. Şeyda! Bütün səadət və fəlakətlər onun əlində... O, lətifə bilməz, həm də
hər sözü dəyişməz bir qanundur.
Şeyda (şaşqın və sarsılmış bir halda). Roza, Roza! Ah, fəqət, heyhat!..
Roza. Məraq etmə, hiç məraq etmə!..
Qarageyimli mələk (gülü Şeydanın burnuna tutaraq). İştə baq, nə müəttər çiçək!
Nə gözəl rayihə!
Şeyda (qoqladıqdan sonra, azacıq arqa tərəfə mail olaraq). Of... Əvət...
Qarageyimli mələk (bir az daha yaqlaşaraq). İştə görüyormusun? Nə qadar
sevimli, nə qadar ruhaşina!..
Şeyda (bir daha qoqlar, dərəcə-dərəcə arqaya mail olaraq sönükvə titrək bir səslə).
Əvət, pək lətif, pək gözəl... Lakin, lakin (müztərib və bitab). Roza!.. Roza!..
Rozaya doğru qollarını açmış olduğu halda, arqası üstü düşər, təslimi-ruh edər. Bu
sırada həbsxanə saəti bir kilisə çanı kibi vurmağa başlar. Sabah olur.
Rəuf. Haydı, Məs’ud, qalq!
Hər ikisi əcələ geyinib hazırlanır.
Məs’ud. Artıq yatıb-qalqmaqdan usandıq, Allah Şeydayə insaf versin.
Rəuf.Mə’yus olma, əzizim, mə’yus şeytandır. Bir gün gəlir ki, şu qaranlıq
pərdələr qalqar. Zalımlar, müstəbidlər xudkam sərmayədarlar, həp əkdiklərini
biçərlər, həp intiqam şərbətini içərlər.
Bu sırada uzaqdan Marselyozu andırır gurultulu və həyəcanlı bir ahənglə
aşağıdakı marş eşidilir. Hər ikisi son dərəcə heyrətlə pəncərəyi açıb dinlərlər.
Marş
Arqadaş! Əlverir bunca zillət,
Bunca qəflət yetər, qalq, oyan!
Qəhr olub getdi zülmü fəlakət,
Artıq fürsət! Gözəl bir zaman...
Çoq əzildin yetər, haydı doğrul, ər ol!
Haq sənindir bu gün, arqadaş! Hazır ol!
Haq sənin, çünki zəhmət sənin...
Güc sənin, sə’yü qeyrət sənin...
Rəuf. İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi.
Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi.
Məs’ud. Əvət, bu da başqa bir xülya, bu da başqa bir rö’ya!
Rəuf. Yahu! Çoq keçməz, sən günəşi də inkar edərsin, hətta öz varlığına da
inanmazsın.
Dışarıda gurultulu səslər eşidilər.
Qara Musa (şiddətlə qapıyı açar). Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini
buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün
məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür
(Şeydaya yaqlaşır). Şeyda!.. Şeyda!..
(Qolundan tutub qaldırmaq istər, hərəkətsiz bir halda yanına düşdüyünü görüncə
heyrətlə). Ah, ölmüş... Şeyda... Şeyda... (deyə acı bir fəryad ilə qucaqlar).
Pərdə
На верхнем этаже большая тюрекмая камера с одной дверью я тремя окнами. Рауф и Масуд лежат в углу, Шейда в противоположной стороне у окна кашляет и стонет. Все трое в арестантской одежде. Свет лампы перед ранним мартовским утром слабеет и обретает мертвенный оттенок.
Шейда (бредит). Отпустите, отпустите!.. Ах, чего вы все от меня хотите? (Поворачиваясь, раздраженно). Нет, какая жалость! Какая жалость!..
Рауф. Бедняга, он как несчастный несмышленыш...
Масуд. Да, любовь-это несчастье.
Рауф (садится). Да, да, несчастье, причем страшное несчастье.
Масуд {встает, выпив один-два глотка воды). Да накажет бог начальника тюрьмы! В жизни не видел такого неотесанного, безжалостного типа. Стоит кому-нибудь из заключенных заболеть, его назавтра же забирают в больницу. А Шейда вот уже месяц как агонизирует, но никому до него нет дела.
Рауф. Сегодня, наконец, его заберут, доктор обещал.
Масуд. Не верь ушам своим! Много расточается сладких слов, однако толку-то что от них, где результат? Было время, и ты выступал прорицателем, говорил «нас продержат не больше трех дней», а что вышло? Вот уже девять месяцев, как мы торчим тут взаперти, и нет никакой надежды на спасение.
Рауф. Ничего, не волнуйся. Как бы там ни было, через два-три дня мы выйдем отсюда.
Масуд (усмехаясь). Вот как, опять два-три дня?
Рауф. Сам рассуди. Нас с самого начала разъединили с могильщиком и Мусой. Поместили нас наверху, а их внизу, в темном подвале. Следовательно, мы не столь причастны к преступлению.
Масуд. Все это иллюзии, мой эфенди, иллюзии.
Рауф. Как же, иллюзии! Будем живы-здоровы, через два-три дня сам убедишься.
Масуд (недоверчиво). Посмотрим!
Рауф. Есть еще одна весть, но в нее, сказать по правде, и мне самому не очень верится. Если дошедшие сюда слухи подтвердятся, освободимся не только мы, но и весь народ, вся страна.
Масуд (с улыбкой). Интересно, что это за слухи?
Рауф. Великая и страшная революция, революция, которая перевернет всю страну.
Масуд. Пожалуй, неплох твой сон... (Устало ложится на свое место).
Рауф (радостно). Вот-вот, ты сказал сон, и я вспомнил! Недавно я только закрыл глаза, как мне приснилось, что крыша проломилась, и в этот пролом с небес спустилось какое-то светозарное существо. По одному его знаку эта большая стена отворилась, и тут же все мы трое обрели крылья и начали летать как птицы. Но мы вдвоем с тобой вскоре опустились на вершину высокой горы, а Шейда все летел и летел ввысь, и, наконец, слившись с облаками, исчез из глаз. (Ложится рядом с Масудом).
Масуд (устало). Ради аллаха, оставь свои пустячные грезы, дай мне немного отдохнуть, сегодня ночью я глаз не сомкнул...
В этот момент в окно рядом с Шейдой раздается тихий стук в слышится голос Розы: «Шейда! Шейда!»
Шейда. Нет, нет, я не приду. Уходи, ради аллаха, уходи!
Вновь стук в окно и слышится прежний голос: «Шейда! Шейда!»
Шейда. Чего ты хочешь? Ах, чего ты хочешь от меня? (Встает и, открыв окно, напряженно всматривается в даль). Роза! Роза! Куда ты ушла? Зачем приходила и зачем ушла? Ах, почему ты мне не даешь покоя? Чего ты хочешь от несчастного мученика?
Призрак Розы является в виде ангела в ореоле золотистого света. Приветливо, ободряюще глядя на Шейду, приближается.
Шейда. Ах, неужели это сон?
Роза (ласково). Шейда!
Шейда. О, боже мой!
Роза (с тоскою). Шейда!
Шейда. Ах, чего ты хочешь?
Роза (с улыбкой). Шейда!
Шейда (отчаянно). Роза! Роза! Ради аллаха, уйди!
В это время появляется ангел в черном одеянии, с грозным недвижным взглядом. Шейда не замечает его.
Роза. Шейда, ты забыл меня?
Шейда (глубоко вздыхая, проникновенно). Нет, нет, еще не забыты дни, когда я обожал тебя, дни, когда я стремился в твои объятья... Я до сих пор помню твои взгляды, в которых сквозило утро нашей любви, еще вспоминаю невинные улыбки твои... Я не хочу больше помнить о неверной Розе, о той безжалостной красавице, что бросила меня. Я не хочу больше видеть ее.
Ангел в черном одеянии (мягко, но повелительно).
Что ты говоришь, Шейда, что ты говоришь? Ведь она влюблена в тебя, а ты одержим ею.
Шейда (страдающе). Ах, кто ты?
Ангел в черном одеянии.
Я - это я, успокойся. Я тот, благодаря кому все плачущие глаза и раненые сердца обретают покой. Я - тот, в ком бесследно растворяются все страдания и волнения. Я-всеобщий утешитель.
Шейда (потрясен его спокойствием и многозначительным взглядом). О, пощади меня, боже!
Ангел в черном одеянии (с улыбкой).
Шейда, ты счастлив. Да, теперь ты счастлив.
Шейда. Нет, нет... Я не хочу никакого утешения. (С волнением). Ах, насколько ласков твой дружественный лик, настолько страшен твой глубокий и недвижный взгляд.
Ангел в черном одеянии.
Не бойся, совершенно не бойся! Я явился не мучить, а только утешить тебя, заставить тебя забыть все горести. (Показывая зажатое в пальцах сверкающее кольцо). Видишь ли ты это алмазное кольцо? В знак вечного обручения вручаю его Розе, вручаю от твоего имени. Оно соединит ваши разбитые сердца, примирит ваши обиженные души.
Шейда (указывая на Розу). Нет, я ей не верю, не хочу верить.
Ангел в черном одеянии.
Будь уверен Шейда, будь уверен. Впредь никакие преграды, никакие силы не смогут разлучить вас друг с другом. (Указывая на открытое окно). Смотри-ка, эту божественную любовь благословляют звезды, осеняют ангелы.
Шейда (с крайним изумлением и радостью). О боже, как прекрасны переливы этих нежных облаков и струение мерцающих звезд! Ах, как прекрасно парение ангелов в окружении радужных пестрокрылых птиц!
В это время призраки Розы и ангела в черном одеянии исчезают одновременно.
Рауф (протирая глаза, встает. Увидев Шейду в состоянии экстаза, с состраданием). Что с тобой, что ты там делаешь?
Шейда (не обращая внимания). О, этот райский пейзаж! Как он умиротворяют, как божественен... (Поворачивается, увидев Рауфа рядом с собой). Ах, где ж они? Куда исчезли?
Рауф (с волнением). Кого ты ищешь?
Шейда (нетерпеливо). Ради бога, куда они делись?
Рауф. О ком ты спрашиваешь?
Шейда. Роза! О, безжалостный ангел!..
Рауф (закрывая окно). Разве так можно? Ты же губишь себя.
Возвращаются на свое место. В этот момент из соседней комнаты слышится песня, исполняемая печальным голосом на мотив дешти.
О боже, я не нахожу покоя, не нахожу покоя.
Горит дух мой, я постоянно лью слезы.
Я влюбился в одну неверную красавицу,
Я пленен, я пленник своей любви.
Снова показывается ангел в черном одеянии.
Шейда. Этот голос будто поет обо мне. (Заметив ангела). А, ты опять явился?
Ангел в черном о деянии. Да, явился, чтобы вернуться вместе с тобой.
Шейда. Прекрасно, но куда, куда мы пойдем?
Ангел в черном одеянии. В иные миры, более высокие.
Шейда. Нет, я хочу только Розу, только ее одну.
Ангел в черном одеянии (указывая на появившийся призрак Розы в свадебной фате). Вон она идет в одеянии невесты.
Шейда. О, приди, приди, мы отправимся вместе.
Ангел в черном одеянии (протягивая. Шейде цветок, украшавший Розу). Вот бутон, сорванный в райском цветнике... Возьми, вдохни его. аромат, он прекрасен.
Шейда (нерешительно). О, нет, нет!
Роза. Не отказывайся, бери!
Шейда. Роза, Роза! Этот дружелюбный лик ввергает мою душу в ужас. Я не верю, его глазам... Мне кажется, что он хочет разлучить меня с тобой.
Ангел в черном одеянии (многозначительно улыбнувшись).
Пожалуй, да, я оставил многих матерей без детей, многих детей без матерей... Если какая-либо свадьба оборачивается трауром, то это свершается по мановению моей руки. Если какая-то страна остается без правителя, то причиной этому снова я. Да, я разлучил много супружеских пар, многих влюбленных заставил томиться в разлуке. Но вас, вас я не разлучить, а наоборот, соединить хочу-вечной неугасимой любовью.
Роза. Шейда! Все счастья и беды находятся в его власти! Он не знает колебаний, и каждое слово его - непреложный закон.
Шейда (потрясенно). Роза, Роза! Но, увы!..
Роза. Не волнуйся, не тревожься ни о чем.
Ангел в черном одеянии (приближает цветок к ноздрям Шейды).
Вдохни, увидишь, как ароматен этот цветок! Какое благовоние!
Шейда (понюхав цветок, чуть отступает назад). О-о!.. И все же...
Ангел в черном одеянии (подходя еще ближе).
Чувствуешь ли ты? Насколько он желанен, как близок духу твоему!
Шейда (еще раз понюхав и постепенно отодвигаясь назад, слабым и дрожащим голосом). Но... Но... (Печально и изнемогающе). Роза!.. Роза!...
Протягивая руку к Розе, падает навзничь. В тот же миг тюремные часы начинают звонить, как церковные колокола. Наступает утро.
Рауф. Пора, Масуд, вставай! Оба быстро одеваются и приводят себя в порядок,
Масуд. Надоело уже ложиться и просыпаться... Да смилостивится аллах над Шейдой!
Рауф. Не теряй надежды, мой дууг, отчаявшийся-это тот же сатана. Наступит день, и поднимутся эти черные завесы. А поработители, насильники, жадные стяжатели что посеяли, то и пожнут, захлебнутся горьким шербетом мести.
В это время громко и волнующе звучит напоминающая. Марсельезу песня-марш. Оба с крайним изумлением открывают окно и слушают.
МАРШ
Товарищ! Довольно с нас унижений!
Достаточно сна, проснись, поднимайся!
Уничтожены, сгинули гнет и несчастья!
Настало, настало прекрасное время.
Долго был угнетен ты. Выпрямись, стойким будь!
Правда твоя, товарищ! Будь готов!
Правда твоя, ибо труд - твой.
Сила - твоя, усердие - твое, рвение - твое!
Рауф. Это же революционный марш, песня революции! О, наконец-то свергнут идол порабощения, уничтожен русский царизм, рассеялись черные тучи.
Масуд. Наверное, это еще одна фантазия, еще один сон!
Рауф. Послушай, друг, скоро ты и само солнце станешь отрицать, и даже в свое существование перестанешь верить.
Снаружи доносятся громкие голоса.
Муса (резко открывая дверь). Товарищи, сорваны цепи, справедливость восторжествовала! Нам светит солнце счастья, улыбается ангел свободы. Воистину сегодня - светлый праздник для порабощенных и страшный день для угнетателей - день возмездия! (Приближается к Шейде). Шейда!.. Шейда!... (Берет за руку и хочет поднять его, но увидев, что рука холодна и недвижна, изумленно). О, он умер! Шейда, Шейда! (Со слезами обнимает его).
Занавес
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-seyda-besinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İştə novruz! Yetişdi fəsli-bahar.Gəldi işrət zamanı, qardaşlar!
Öksüz ƏnvərDoquz yaşında zəki, uslu bir çocuq: Ənvər...Sinifdə tam iki ildir, birincilikdə onun
Otuz yaşındaOtuz yaşında saralmaq, açılmadan solmaq;Bu iştə bir mələyin virdi-şairanəsidir.
Pənbə çarşafPənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saət
Стихи других поэтов
Oturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Poçtalyonun şikayətiAy Kirpi, mənim dərdimi yaz fürsət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.