Kərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi:

– Usta, axır başıma bir iş gəlib.

Usta gözünün altınca dəlləyə baxıb yenə başını aşağı saldı. Ustanın bu sual nəzəri elə bil dəlləyin sözünün mabə’dinə səbəb oldu.

– Dünən gecə namaz üstə çox dualar oxudum, allahu-təbarək və tə’aladan çox istixarələr elədim, ay usta Ağabala dahı bizim əlimizdən, bundan savayı nə gələr. Dünya işinə başımız qarışıb, axirət lap yaddan çıxıb, xülasə gecə yatdım.

Bu sözlərdən sonra kərbəlayı Qulu bir az geri çəkildi və başını iləri uzadıb, silkələdi, naehmal damcılar gəlib, rədd oldular və bir neçə dəqiqə sükut edib dedi:

– Usta Ağabala and olsun səni məni xəlq eləyənə, gördüm bir səbətdi, bilmirəm təndirdi nədi, bunun qırağında durmuşam. Bir adam gəlib acıqlı, mənə bir təpik vurdu, düşdüm səbətə. İstədim çığıram, birdə gördüm gözümə, qurban olduğumuzdan biri görükdü. Usta and olsun getdiyim ağaya! Bir əl gəlib məni səbətdən çıxartdı, ağzıma da bir dolma qoydu. Amma onu deyim ki, Usta dolmanı yeməmiş ayıldım, gördüm sübh açılır, həyətdə xoruzlar banlaşır, Usta kişi gərək doğru söz danışsın, tikə elə ağzımda qaldı, dahı yeyə bilmədim!

Usta Ağabala yavaş səs ilə «e’tiqadın kamildir, amma ruzin kəm» deyib fikirə ğərq oldu.

Kərbəlayı Qulu usta Ağabalanın saqqalının altını təraş edə-edə deyirdi:

– Biz üzü qara bəndələrin əlindən də nə gələr ki; allah-taaladan nə qədərlənib o olacaq məni kəm ruzi xəlq eliyib o öz əlindədir. Lap ac çılpaq qoysa sözüm nədir…

– Ay Kərbəlayı yavaş, boğazımı kəsdin! – usta Ağabalanın zarıltısı gəldi. Dəllək qulaq vermiyib, deyirdi;

– Biz gərək naşükür olmayaq və onun yolunda hər bir şeydən keçək ki, qiyamət günü üzümüzə qara çəkməsinlər! Yə’ni mən, ay Usta elə əlimdən də gələni eləmişəm: iki dəfə Karbalaya getmişəm üç dəfə Məşhədə…

– Kərbəlayı Qulu, qayçı burnumu deşdi, – birdə Ustanın səsi gəldi.


Kərbəlayı Qulu qurtarıb ülgücü belindəki qayış kisbəndə qoydu. Usta Ağabala güzgüdə birdə özünə zənn ilə baxdı: doğrudan başı çox səliqə ilə təraş olmuşdu; saqqalın ucu qarmaq şəklində qulaqlarına yapışmağı Ustanın simasına bir ayrı lətafət verirdi. Kərbəlayı Qulu bığların qabağını vurmaqda da artıq mahirlik göstərmişdi: Ustanın qalın dodaqları tükdən tamam ayrılıb onun bilaixtiyar nəzərini özünə cəlb edirdi.

Usta Ağabala özünə zənn etdikdə «görəsən bu nurani sima hamıyamı müyəssərdir»? deyib kərbəlayı Quluya bir şahı verdi və başladı səkidə soyunmağa. Dola ha dola neçə arşın qurşağını açıb tökdü və sonra çuxa arxalıq, can arxalığı, hamısını birdən çıxardıb tappıltı ilə saldı keçənin üstə. (Ustanın yay və qış libası, biri birindən seçilmiyib həmişə üç-dörd geymədən ibarət olardı). Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükən sayaq bir fitəyə bükub qoydu səkiyə və papağını da lap fitənin üstündən qoyub səkidən aşağı düşdü. O biri səkilərdə də Usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürə-bə-cürə papaqlar qoymuşdular. Papağın bə’zisi uzun, qovun çeşnisində idi, bunların sahibi molla və ə’yandan olmağı aşkar idi – bə’zisinin qarpıza oxşarı vardı; bunlar əsnaf papağı idi. Bir iki də təkərə bənzər cavan papağı görünürdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci şəkil

Naum əfəndinin iş otağı. Gözəl yazı masası üzərində gümüş yazı takımı, lampa və kitablar var.*Masanın önündə iki qayış qoltuk qoyulmuşdur. Divarın dibində meşinlə örtülü taxt və kitab dolabları*

11 мин
Üçüncü şəkil

Qəhvəxana. Yuxarı başda yüksək bir piştaxta arxasında qəhvə sahibi xanım əyləşmişdir. Ağ*döşlüklü qarsonlar tez-tez ona yanaşır, marka alırlar və yanındakı sol açıq qapıya girib, oradan*

6 мин
Dördüncü şəkil

“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*

9 мин
Beşinci şəkil

“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.

9 мин

Стихи других поэтов