Həyatımın 20 ili
Страница 5 из 10 · 40%
Şuşadakı realni məktəbi tədris və təchizat e tibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı. Mükəmməl fizika kabinəsi, böyük kitabxanası vardı. Direktoru və bütün müəllimləri rus idi. Yalnız fransızca Əhmədbəy Ağayevə, almanca da bir erməni müəlliminə verilmişdi. Erməninin olması təbii idi, çünki onların orta məktəbdə dərs deməyə ixtiyarları vardı, amma bu haqdan türklər məhrum idi. Deməli, Əhmədbəyin müəllim olması təsadüfi bir iş idi. Elmi-ilahi dərsini həkim Mirzə Sadıq və hazırlıqda türkcəni Haşımbəy verirdi. Məktəbdə üçdörd yüz erməniyə müqabil yalnız otuza qədər türk tələbəsi vardı. Xalq çocuqlarını rusca öyrədib, məktəbə verməyə hələ alışmamışdı. Ancaq get-gedə türkün sayı aşağı siniflərdə artmağa baş-
Bürünc, tunc
layırdı. Çünki türk burjuaziyası qüvvətlənir, onu dədə-baba baqqallıq və bəzzazlıq artıq qane etmirdi, türk tacirləri malı erməni topçularından deyil, bilavasitə Moskvadan almağa başlamışdı. Onlar elmə praktiki olaraq yanaşırdılar, çox pul qazanıb, rəqabətdə müvəffəq olmaq üçün rusca bilmək və elmli olmaq lazım idi. Odur ki, balalarının hazırlığı üçün çox pul xərcləyirdilər, bir çoxları uşaqlarını leyli olaraq rus ailələrinə verirdilər. Qəribə burasıdır ki, ruhanilər minbərlərdən şapkaya qarşı küfr yağdırdıqları halda, çocuqlarını realni məktəbə göndərməkdən çəkinmirdilər.
Zatən ruhanilərin xalq arasındakı nüfuzu sarsılmada idi. Irəlilər şəhər əhalisi üsuli və şeyxi deyə, iki təriqətə bölünmüşdü. Yuxarı Gövhər ağa məscidi şeyxilərin, aşağısı da üsulilərin inhisarında idi. Bütün başmaqçı bazarı, hamballar və başqa əsnaf şeyxiliyə, tacirlərin bir qismi, az-çox oxumuşlar və bəylər üsuliliyə mənsub idi. Aralarındakı mübahisəli məsələlər qəribə idi: şeyxilər deyirdilər ki, əşya mükəlləfdir, yəni bütün yaradılmış şeylərə dinin qəbulu təklif olunmuşdur. Məsələn, sərçə qəbul etməmiş və ziyankarlığa başlayaraq Ibrahim peyğəmbəri oda atanda dimdiyində çöp gətirib ocağa tökmüşdür, qarpız, badımcan, xiyar... dini qəbul etmiş, ya etməmiş, ancaq etmələri vacib imiş... üsulilər bu nəzəriyyəni inkar edirdilər. Şeyxilər kişmişin bütöv olaraq xörəyə qatılmasını haram bilirdilər, çünki kişmiş şişdikdə içində dönüklük əmələ gəlib, çaxır ola bilərdi. Haramzadə üsulilər bunu da inkar edirdilər... Əhalini belə “mühüm” məsələlər məşğul edər və sabahdan axşama qədər bazarda, bilxassə dəllək dükanlarında, xeyir-şər məclislərində əşya mükəlləfdir, mükəlləf deyil, – deyə camaat bir-birilə deyişərdi.
Mirzə C... Irandan döndükdən sonra bu da Şuşaya kərimxanilik gətirdi, şəhərin 17 məscidinin birinə də bu çəkilib başına mürid toplamağa çalışdı. Bunun Xorasandan gətirdiyi ideyaya görə papiros tüstüsü orucu batil eləməzmiş. Camaatın bir qismi də günün günorta çağı bazardan sivişib, ayaqyollarında xəlvətcə papiros çəkməyə başladı.
Bu oyunlar artıq keçmirdi. XX əsrin gəlişi özü ilə də bir yeni hava gətirmişdi. Bu hava xalqı ayıltmada idi. Ziyalılar məclislərə yeni mövzular atırdı, türk xalqının geridə qalmasının səbəbləri aranırdı, mollalara hücum etməkdən çəkinmirdilər. Molla da bazarın başqa ba-
Gecəli-gündüzlü
zar olduğunu duyaraq yeni müştərini razı etməyə meyl göstərirdi. Artıq üsuli-şeyxi məsələsi deyil, əsrlərdən bəri kök atmış sünni-şiə məsələsi belə danışılmaz oldu. Kütlənin özündə, kimsənin rəhbərliyi olmadan, bu məsələlərə qarşı bir nifrət oyanmışdı. Məsələn, bayramlarda rus əsgərlərinə qarışmış tatar soldatları məscidə namaza gələrdilər, bunları hörmətlə qarşılar və evlərə qonaq aparardılar.
Məktəblərin hamısında olduğu kimi, bizim məktəbdə də elmi-ilahi dərsi gülünc bir vəziyyətdə idi. Həkim Mirzə Sadıq dərs deməzdi, olsa-olsa görkəm üçün əlhəmin tərcüməsini söylərdi. Bu adam çox kamil və volteri bir adam idi, istehzalı danışığı zəhər saçardı. Elmi-ilahidən çox bizim təhsilimizlə maraqlanardı, sülüs nömrələrimizi tələb edib, baxar və pis nömrəsi olanı məzəmmət edərdi. Çox da obrazlı danışardı. Naxçıvan xanlarından birisi bizimlə oxurdu, onun nömrələrinə baxıb məmnun qalmadı:
– Xan, – dedi – sizə tapşırıblar ki, ildə dörd girvənkə qırxbuğum yığasınız, özü də səni qırxbuğum dalınca Naxçıvandan Qarabağa göndərmişlər. Hamı yığıb, amma sənin dəsmalın boşdur, Naxçıvana dönəndə xəcalət çəkməyəcəksənmi?
Yakuş adlı bir tələbənin qız dalınca qoşduğunu sevməzdi, bir gün dərsdə demiş:
– “Ya” ərəbcə “ey” deməkdir, quş da ki, quşdur. İndi de görüm ey quş, sən hansı yuvanın quşusan?
Bir gün yenə xalqın cəhalətinə darılaraq demiş:
– Bizdə hər şey baş-ayaqdır: “papaq” ayaqqabı deməkdir, başmaq baş qabı deməkdir, bir xalq ki, ayaqqabını başına, baş qabını da ayağına geyə, onun işi həmişə baş-ayaq olar.
Mirzə Sadıqla Əhmədbəy Ağayev bir məclisdə olduqda orada zəka hakimiyyəti duyulurdu, heç bir mövhum fikirlərə yer qalmırdı.
Camaat Əhmədbəyin Fransada təhsil aldığını bilirdi, ona “firəng Əhmədbəy” – deyərdilər. Islam və türk tarixinə hər kəsdən artıq vaqif idi... Məclisdə danışanla heç bir molla cəsarət edib onun fikirlərinə qarşı çıxa bilmirdi. Əhmədbəy sərt və əsəbi bir adamdı, bilxassə bəylərin qudurğanlıqlarına dözə bilməzdi, onlarla bir məclisdə qarşı-qar-
Mirzə Sadığın ədəbi fəaliyyəti haqqında “Riyazül-aşiqin”ə baxmalı (müəllif)
Aşa tökülən bir bitki (müəllif)
“Pa” farsca ayaq deməkdir (müəllif)
şıya gəldimi, həmişə dalaşardı, həmişə də tapançasını hazırda saxlardı. Bəylər də ona qarşı intriqalar çevirərdilər, bir gün onu təhqir etmək üçün klubdan şapkasını və paltosunu oğurlatmışdılar, evinə başıaçıq dönməyə məcbur olmuşdu.
1896-cı ildə Əhmədbəy Şuşada türk hissəsində, birinci olaraq qiraətxana və kitabxana təşkil etdi, o biri il Bakıya getdikdə bu müəssisə qapandı.
O zaman ziyalının nüfuzu olduqca artmışdı, xaricdə və Rusiyada təhsilini bitirib geri dönmüşləri bütün şəhər ziyarət edərdi. Üç-dörd gün davam edən bu görüşdə təhsildən gələn adama bir çox suallar verərdilər, elm və fənnin müvəffəqiyyətləri ilə olduqca maraqlanardılar. Realni məktəbi bitirənlərin şərəfinə ziyafət vermək də ənənəvi bir şəkil almışdı.
Ziyalıların nüfuzuna baxmayaraq hələ xalqın geniş kütləsi qaranlıqda çırpınırdı. Bilxassə qadına qarşı olan zülmün həddi-hüdudu yox idi. Qadın çarşabda, qadın tərbiyə və təhsildən məhrum, qadını görmədiyi adama ərə verirlər, qadını götürüb qaçırlar... Qadına qarşı nə zorbalıqlar yapılmırdı. “Qızın oldu – qara donunu gey” məsələsi səbəbsiz olaraq meydana çıxmamışdı, qızı olan ailənin min bir əndişəsi vardı: Bizim ailə də bu əndişəlilərin ən əndişəlisi idi, çünki evdə üç bacım vardı. Böyük bacım Aşqabada köçmüşdü, lakin evdəki qayınata və başqaları ilə yola gedə bilməyib, arabir acıq eləyib, üstümüzə gəlirdi. Ondan kiçiyi yetişmiş, qapını elçilər kəsdirmişdi. Hər kəsdən də çox bir sərsəri israr edirdi, bizi evimizə basqın yapmaqla hədələyirdilər. Evimiz mühasirə vəziyyəti almışdı – darvaza qıfıllanıb, növbə ilə qarovul çəkilir. Anam gecə sabaha qədər yatmayıb, əlində tapança evi
güdür. Bəzən qızı çarşaba bürüyüb, babamgilə göndəririk. Bir neçə gün rahat yatırıq, sonra casusluq edən məşşatələr qızın yerini bilib, xəbər verir, bir də eşidirik ki, babamın evinə hücum olur. Qızı təkrar bizə göndərirlər, camaxatana qoyub bağlayırıq, cürbəcür bəhanə ilə evimizə gələn qadınlara evi göstəririk və qızın burada olmadığını sezdiririk.
Bir gecə darvazanın önündə gurultu eşidildi, hasardan aşıb həyətə düşmək istəyirmişlər. Anam tapancanı götürüb getdi, biz də qorxa-
Yataq yığmaq üçün divar dolabı (müəllif)
qorxa arxasına düzüldük. Darvazanın çatlağından baxırdıq, dışarıda bir dəstə sərsəri durmuşdu. Anam bağıraraq:
– Hünəriniz var, gəlin, hamınızı qıracağam.
Ansızın eşidilən bu qadın səsindən hər kəs qorxuya düşüb dağıldı.
Bu vəziyyət bir ay davam etdikdən sonra sərsərilərin başqa bir ev basıb, qız apardıqlarını eşidib sakit olduq. Sonra bacım başqasına ərə getdi, ondan kiçiyini isə götürüb qaçdılar.
Bu sahədə dəhşətlər olurdu, qaçırılan qızlara zorluqla təcavüz olunduqdan sonra qız polis qarşısında öz razılığı ilə gəldiyini söyləməyə məcbur olurdu. Bəzi qızlar bütün hədələrə və zorbalıqlara baxmayaraq axıra qədər mübarizə edirdi. Birisini qaçırdılar, razılıq göstərmədi və oğlanı yaxın buraxmadığı üçün üç ay kəndlərdə və dağlarda dolaşdırdılar. Nəhayət, bir bəy evinə gətirib, nökərlərin vasitəsilə əl-ayağını bağlayıb, oğlanı yanına buraxırlar. Buna baxmayaraq qız yenə razılıq verməyib, atası evinə dönmüşdü.
Camaat arasında kök salmış fəna adətlərdən biri də aşura büsatı idi. Bu həngamə neçə əsr əvvəl Iran tarixində təsadüf edilən şəbihgərdanlıq şəklində qalsaydı, etiraz edilməzdi. Çünki orta əsr Avropa misteriyası kimi, bu da bir xalq teatrı, xalq tamaşası idi. Heyf ki, bu tamaşa vəhşi bir şəkil almışdı. Şəbihlə bərabər, başyarma (ağköynək), ələmdar, bədənə zəncir və daş vurmaqla özünə əziyyət vermək də ifrata varmışdı. Şəbihgərdanlıq tam mənasilə xalq teatrı idi: xalq geniş meydana toplanır, ortada xeymə qurulur, tarixi libas geymiş şəbihlər gəlir, hər kəs öz rolunu əlindəki kağıza baxaraq söyləyirdi. Qadın rollarını da kişilər oynardılar. Tamaşanın can nöqtəsi Hüseynin məğlub olması, arvad-uşağın əsir getməsi, çocuqların su istəyərək mələşməsi olardı. Bu əsnada xeyməyə od vurulardı, ərəb şəbihləri saman sovuraraq yanan xeymənin ətrafına fırlanardılar. Faytonda “firəng səfiri” gələrdi, taxtda əyləşmiş “yezidi” çiyinlərində gəzdirərdilər...
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-heyatimin-20-ili
Другие произведения автора
Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Стихи других поэтов
Ov bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,
Çağır məniNə zaman ki, bir həsrətdən yandı sinən,Nə zaman ki, yollar üstə dayandın sən,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
AlmasınBimürvət yar məni candan elədi,Tutubdu dəstində ay ağ almasın.