İkinci hissə
Страница 11 из 17 · 59%
11
Səfərin buduna güllə dəymişdi, evində yatırdı. Telli və Gülnaz onun yatağının dibini kəsib, oturmuşdular. Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. Səfər bir az rahat olub, mütəkkəyə söykənərək yatağında oturmuşdu. O zarafatla Gülnaza tərəf yönəldi:
– A Gülnaz, – dedi, – hananı kəsdiniz?
Gülnaz qızararaq:
– Yox, Səfər qardaş, hələ kəsməmişik, iki-üç günə kəsəcəyik.
Səfər gülümsədi:
– Telli ilə yaxşı qazanc yolu tapmısınız. Telli məndən gizləyən kimi, sən də pulu atandan gizləyirsənmi?
Gülnaz Tellinin üzünə baxıb gülümsədi:
– Niyə ki? – dedi.
Pərizadın içəri girməsi zarafatı kəsdi. Salam verdi, sonra Səfərin halını xəbər aldı:
– Necəsən, ay Səfər qardaş? – dedi.
Səfər onun cavabında:
– Yaram axşam məni çox incitdi, – dedi, – indi dincəlib, sağ ol.
Pərizad Tellinin qulağına nə isə pıçıldadı; görünür, borc istəyirdi.
Telli məmnun bir çöhrə ilə:
– Ay Pərizad xala, – dedi, – bir azdan sonra gün günorta yerinə gələcək, yetirməzsən, uşaqlar səni əldən salar. Yeri onları da yığ gətir, bir yerdə yeyək, bozbaş asmışam. Səfər də darıxır, danışarıq, onun da kefi açılar.
Pərizad bir az tərəddüd göstərdisə də, axırda razı oldu. Əyilib, Tellinin qulağına pıçıldadı:
– Onda bir parça çörək ver, uşaqları hələ kiridim, sonra gələrik. Telli durub, təhnədən bir təndir çörəyi çıxartdı, Pərizada verib, yola saldı.
Günorta əzanı verilməyə başladıqda, Tellinin süfrəsi salınmışdı, çörəklə bərabər vəzəri və açıqca da qoyulmuşdu. Pərizad iki körpəsi ilə gəlib çıxdı. Oturub yeməyə başladılar. Bozbaşın suyuna çörək doğrayıb yemişdilər, ətinə keçmək istəyirdilər ki, qapıdan cırın-cındırın içində, saqqal-bığ basmış bir adam girdi. Hər kəs onu heyrətlə qarşılayıb sonra birdən:
– Allahqulu! – deyə içini çəkdi.
Pərizadın əri idi: neçə aydan bəri itib-batmışdı. Allahqulu uşaqlarını bağrına basıb ağladı. Sevinc yaşlarından sonra Allahqulunu həyətə aparıb, əl-üzünü yudurdub gətirdilər. Indi hamı süfrə başında oturub, şad bir halda yemək yeyirdi. Kazım kişi də arvadı ilə gəlib, çıxdı.
O, Allahqulunu görcək:
– Ay bildir gedən bildirçin, hanı sənin bir qılçın? – dedi və görüşdülər.
– Aşna, bir dəri bir sümük olmusan ki, deməli, qır satıb, qazanc eləyəcəkdin, dağarcığı da bada verdin.
Kazım qəhqəhə çəkib ürəkdən gülür, Allahqulu da çörəklə mətrətin dibini siyirib, ağzına apara-apara:
– Məzhəb haqqı, doğru deyirsən, elə də oldu! – dedi.
Telli ilə Gülnaz süfrəni yığışdırıb, piyalələrdə quluncan çayı verdilər.
Hava isti idi. Açıq pəncərədən gələn hava dar otağa təsir etməyirdi: hamı tər tökürdü. Səfər davalardan baş açıb, hələ artırmasını qayırda bilməmişdi, həyətdə də əkdiyi ağaclar körpə idi, kölgəlikləri yox idi. Qonaqlar Səfərin xatirəsi üçün bu dar, çubuq otağa tıxanıb, qalmışdılar.
Kazım pəncərə taxtasına dirsəklənib, özünəməxsus zarafatla:
– Ay Allahqulu, – dedi, – gətirdiyin sovqat özünün olsun, de görək, bəs indiyəcən harada idin?
Allahqulu başına gələnlərdən xəcalət çəkən kimi:
– Əşi, gedib Tiflisə çıxdım, – dedi, – gedəndə pis olmadı. Bir iki də xalça və ayın-oyun aparmışdım, uruslara satdım. Gördüm işlərim yaxşı gedir, ətrafdan arpasaman alıb, gətirdim, yaxşı pul qazandım.
Fikrim vardı Tiflisdə bir ev alım, gəlim arvad-uşağı da ora aparım.
Ev də aldım. Əlimdəki pullara da bir az şey-mey alıb, bir karvana qoşuldum... Di nə eliyəsən ki, yolu mərdimazar ləzgilər kəsdilər...
Allahqulu piyaləni dodaqlarına yapışdırıb, bir qurtum aldı, həyəcan keçirən bir adam kimi, bir az düşünüb, sözlərinə davam etdi:
– Köpək uşaqları yaman şeylər imişlər: karvanı gülləyə basıb, qırdıqlarını qırıb, qırmadıqlarının da qollarını bağlayıb, qabaqlarına qatdılar. Karvanı da apardılar. Gəlib bir yerə çatdıq, alış-verişçilər həndəvərimizi aldı. Bizi bir tacir satın alıb apardı. Hamımızı bir daxmaya doldurub, qabağımıza da bir parça çörəklə su qoydular. O biri gün bizə atlılar qoşub, hara isə apardılar. Iki gün yol getdik. Bir də bir dəstə köçəri qabağımızı kəsdi, atışma düşdü. Gördük ara qarışıb, məzhəb itib, bir-birimizin qolunu açıb, “tu qara dabanımıza” deyib əkildik.
Sonra bildim ki, bizi Rum torpağına aparırmışlar. Məxləs, bir neçə gün dağıdaşı ac-susuz dolanıb, bir düzə çıxdım. Gördüm köç gedir, dedim nə olur-olsun onların yanına gedəcəyəm. Getdim, demə bunlar da Qazaxdan Qarabağa köçürlər. Allah onlara kömək eləsin, onların kölgəsində gəlib çıxdım...
Kazım dinləyərək başını bulayırdı:
– Tanrı axırını xeyr eləsin, – dedi, – dünyanın növrağı dönüb.
– Kazım duruxdu və istehza ilə: – Bəs urus böyükləri bu işlərə nə deyir?
Axı topu-topxanası, zoru, var.
Allahqulu məyus bir halda:
– Əh, Allah kəssin onların işini! Bir az qoşun gətiriblər, o da Tiflisdən çölə çıxmaq istəmir. Bir tərəfdən ləzgilər, o biri tərəfdən də Süleyman paşanın adamları Açıqbaşı dağıdırlar. It yiyəsini tanımır.
Mən ordan çıxanda, dedilər ki, Ömər xan on beş min qoşunla Alazan çayını keçib. Tiflis camaatı qorxusundan tir-tir əsirdi. Valinin işi həmişə Qazax- Şəmşəddin elindən aşırdı. Indi onlar da qoşuna adam vermir, çox bərkə düşəndə, köçüb buralara gəlirlər... Məxləs, usta Kazım, dünya yaman qarışıb, tanrıya pənah!
Allahqulu piyalədəki quluncan çayını başına çəkib, yanıqlı bir halda piyaləni Telliyə uzatdı:
– Qızım, birisini də ver, ağ günlü olasan! – dedi.
Allahqulunun sanki hələ ürəyi boşalmamışdı, Tiflisdə eşitdiyi və gördüyü şeyləri söyləmək ehtiyacı ona rahatlıq verməyirdi.
Telli gətirən isti piyaləni alıb, pəncərənin taxtasına qoydu və alnının tərini cırıq qolunun ucu ilə silib, davam etdi:
– Hər yerdən betər Dağıstandır, – dedi. – Oradan bir erməni qaçıb gəlmişdi, deyirdi ki, Şeyx Mənsur adında birisi çıxıb cahad eləyib, böyük qoşunla urusun üstünə yeriyib. Özü çoban imiş, amma indi camaat başına and içir. Usta Kazım, məxləs, səndən ağıllı adam yox imiş, məzhəb haqqı doğru deyirəm... Neçə dəfə ölümdən qurtarmışam...
Kazım müzəffər bir gülüşlə:
– Bəs necə bildin bu qara lələşini, mən “azacıq aşım, ağrımaz başım” – deyəndə gülürdün. Bilirsən, at təpiyinə at dözər. Bu saat başını salamat saxlamaq istəyirsənsə, başını aşağı sal, kasıbkarlığına qurşan, bu tifilləri saxla. Vəssalam! Mən dünya görmüş adamam: yetim qızsan, büzül yat!
Söhbət qızışdı. Səfər də başına gələnləri nağıl elədi. Sonra ailədən, məişətdən danışdılar. Allahqulu, külfətinə yaxşı baxdıqları üçün Kazımdan və Səfərdən razılıq elədi:
– Məzhəb haqqı, – dedi, – külfətdən nigarançılığım yox idi, bilirdim ki, duzçörək yemişik, gor qonşusuyuq.
Kazım məhcub bir halda:
– O nə sözdür, – dedi, – heç Gülnazı Tellidən seçərəmmi? Pərizad razı baxışla Kazımı və arvadını süzür və minnətdar bir halda gözləri yaşarırdı.
Birdən Kazım mərd bir səslə:
– Allahqulu, – dedi, – indi yaxşı dur, üst-başını dəyiş, adam içinə çıxacaqsan.
– Var ki, dəyişəsən. Mərdimazar ləzgilər...
– Yoxdu, mənimkini gey. Tərpən, ayrılığımız ki yoxdur.
Kazım arvadına yönələrək, qara çuxa və arxalığını, göy şalvarını Allahquluya verməsini tapşırdı.
12
Fətəli xanın Aranı talayıb, geri çəkilməsi həftələr çəkdi. Bu zaman İbrahim xan da Fətəli xanın geri qayıtdıqda Şişəyə hücum edəcəyi ehtimalına qarşı qoşunu ilə bərabər Əsgəranda oturub qalırdı. Vaqif də xanın hüzurunda olmaq məcburiyyətində idi, lakin bu məcburiyyət onu üzüb bitirirdi. Hər saat, hər dəqiqə ruhu bədənindən ayrılıb, şəhərə doğru uçurdu.
Gözəl bir gün idi. Xəfif yel yamacları xalı kimi bəzəmiş çiçəklərə toxunur, saf havanı rayihə ilə doldururdu. Vaqif çadırdan çıxıb, yaşıl fərşlər üzəri ilə gedirdi. Onun daim gənc, parlaq və zərif təbəssümlə çevrələnmiş gözlərinə indi kədər pəlməsi çökmüşdü. Getdikcə günəş qüruba doğru enir, üfüqün narıncı boyaları qırmızıya çalır, uzaq meşələrin mavi pərdələri tündləşir, göydən yerə sirli bir hədiyyə enəcək kimi, hər şey kainatın əlvan boyalarına dolaraq susurdu. Vaqif ayaq saxlayıb, axşamın dəbdəbəsini seyr etməyə başladı. İki dağın arasına sərilmiş Qarqar çayı əsrarəngiz şırıltısı ilə ona sanki: “Dünyada yalnız bircə dəfə yaşanılır”, – deyə anlaşılmaz kədərlər təlqin etdi. Başını sağ tərəfə çevirdi: mavi kölgələrə bürünmüş minlərcə çiçəklər ona dərdli məxluq kimi göründü. Sanki ağ geyimli məsum qızlar diz çökərək ətrafdakı əzəmətə tapınırdı.
Uzaqdan sanki həzin bir səs gəldi, kim isə ağlayırdı: sönük saz simləri nalə edirdi. Həsrət və ayrılıq hissi bütün dəhşətilə şairin qəlbini qapladı. Dəruni iztirabını susdurmaq üçün geri dönmək istədi, bir də nökərini arxada durmuş gördü. Heyrətlə diksinib:
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Стихи других поэтов
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.