Məlik Məhəmməd
Страница 1 из 3
Biri var imiş, biri yox imiş, bir padşah var imiş. Bu padşahın da bağında bir alma ağacı var imiş ki, bir gündə çiçəkləyib, o bir gün çiçəkini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesə imiş, on beş yaşında oğlan olar imiş.
Sizə kimdən deyim – padşahdan. Bu padşah həmişə səhər vaxtı olanda durub, gedərmiş bağa ki, almanı dərib, yesin, görərmiş ki, alma qırılıb; gör, peşman geri qayıdarmış.
Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib, böyük oğlunu yanına çağırır. Oğul atasının qulluğuna gələn kimi baş əyib, deyir:
– Ata, sənə fəda olum, mənə nə qulluq?
Atası deyir:
– Belə də iş olar ki, mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyim?! Gərək nə təhər olsa, alma oğurlayanı tutsaq ki, tənbeh olunsun!
Oğlan atasının əlindən öpüb, çıxdı və ox-kamanını götürüb, dava libasını geyib, bağa getdi.
Oğlan bir saat gözlədi, iki saat gözlədi, səhər almanın yetişən vaxtı yuxu bunu tutub, yatdı. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdur – dərilmişdi.
Padşahın böyük oğlu gör, peşman evə qayıtdı.
O biri gün padşah ortancıl oğlunu yanına çağırıb, dedi:
– Belə də iş olar ki, mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyim?! Gərək nə təhər olsa, alma oğurlayanı tutsaq ki, tənbeh olunsun!
Ortancıl oğul atasının əlindən öpüb, çıxdı və ox-kamanını götürüb, dava libasını geyib, bağa getdi.
Bu da bir saat gözləyib, iki saat gözləyib, axırda alma yetişən vaxtı yuxuya gedib, yatdı və bir zaman ayılıb gördü ki, alma ağacda yoxdur – yenə dərilmişdi.
Padşahın ortancıl oğlu da gör, peşman evə qayıtdı.
Bu xəbəri padşahın balaca oğlu Məlik Məhəmməd eşidicək, atasının yanına gəldi və çox ədəblə baş əyib, dedi:
– Ata, izn ver bu səfərdə alma ağacının keşiyini mən çəkim.
Atası dedi:
– Səndən böyük qardaşların deyirdilər, alma ağacının keşiyini çəkib, oğrunu tutacağıq; heç zad çıxmadı. İndi sən gedib nə qayıracaqsan?
Məlik Məhəmməd bir də atasından təvəqqe elədi ki, ona izn versin. Atası izn verdi və Məlik Məhəmməd kefi kök, damağı çağ qayıdıb, öz otağına gəldi. Elə ki gün batdı, axşam oldu, Məlik Məhəmməd qıvraq geyinib, ox-kamanını götürüb, bağa getdi.
Məlik Məhəmməd də o biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Nə eləsin? – Xəncərini cəld qından çıxardıb, barmağının başını yardı və yerinə isti ot, duz tökdü. Gecə tə sübhə kimi barmağının ağrısından yata bilmədi. Sübhə yaxın gördü ki, bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ edir. Durub, cəld ağacın dalında gizləndi ki, görsün bu nədir? Və bir vaxt gördü ki, bir div gəlir, adam baxanda bağrı yarılır.
Məlik Məhəmməd o saat barmağını dişlədi: Ay hay, almanı aparan bu imiş!
Div gəlib alma ağacına yaxınlaşanda Məlik Məhəmməd birdən qılıncı onun başına elə vurdu ki, qılınc zərbdən iki parça oldu. Div o saat qayıdıb, nərə vura-vura qaçdı.
Sabah olan kimi Məlik Məhəmməd almaları yığıb, bir məcməyiyə qoydu və üstünə də bir örtük çəkib, atasına apardı. Padşah almaları görcək, çox şad oldu; oğlunun əlindən öpdü.
Məlik Məhəmməd atasına dedi:
– Ay ata, izn ver qanın izi ilə gedib, divi öldürüm.
Padşah razı oldu. Məlik Məhəmmədə bir qədər qoşun verib, o biri oğlanları yenə də ona qoşub, yola saldı.
Az gedib, uz gedib, dərə-təpə düz gedib, bunlar bir quyuya rast gəldilər. Bu quyunun ağzında bir dəyirman daşı qoyulmuşdu. Padşah oğlanları istədilər bu daşı götürüb, içəri girsinlər.
Əvvəl böyük oğlan daşa yapışdı və nə qədər çalışdı yerindən tərpədə bilmədi. Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdısa da, daşa gücü çatmadı. Növbət Məlik Məhəmmədə yetişdi: bu daşa yapışdı və bir dəfə güc verib, daşı götürdü, kənara atdı.
Daşı atandan sonra, divin dalınca quyuya girmək lazım idi. Yenə böyük oğlan qabağa yeriyib, dedi ki, gərək məni sallayasınız. Dedilər «yaxşı». O saat bir kəndir götürüb, bunun belinə bağladılar, quyuya sallamağa başladılar.
Bir az getmişdi ki, bərk çığırdı:
– Ay yandım, çəkin!
Padşahın böyük oğlunu quyudan çəkdilər.
Ortancıl oğlan qabağa yeriyib, dedi:
– Məni quyuya sallayın, divin dalınca gedim.
Yenə razı oldular; kəndiri belinə bağlayıb, quyuya salladılar.
Padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar, quyudan bərk səs gəldi:
– Ay yandım, çəkin!
Yenə çəkdilər.
Axırda növbət Məlik Məhəmmədə yetişdi. Məlik Məhəmməd qabağa yeriyib, dedi:
– Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın!
Məlik Məhəmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çığırmağa başladı:
– Ay yandım, çəkin!
Bu sözlərə qulaq asmadılar.
Məlik Məhəmməd bir az aşağı enmişdi, gördü ki, daha quyuda yavaş-yavaş isti azalır. Quyunun təkinə çatan kimi o yana bu yana baxıb, gördü bir yol var. Belindən kəndiri açıb, yolu ilə getdi.
Məlik Məhəmməd bir az getdi, qabağına bir qapı çıxdı. Qapını açıb, bir boş otağa girdi. Bu otağın qapısını açdı, bir ayrısına girdi. Onun qapısını açdı… Belə-belə Məlik Məhəmməd altı qapı açdı, yeddincisini açdıqda, az qaldı ağlı başından çıxsın: burada sandal taxtın üstə elə bir nazənin sənəm əyləşmişdi ki, yemə, içmə, onun xət-xalına, gül camalına tamaşa et. Bu qızın dizi üstə bir div başını qoyub, yatmışdı.
Qız Məlik Məhəmmədi görcək dedi:
– Ay cavan, kimsən, nə karasan? Heyfsən, qaç gizlən, div yaralanıb, acığı tutub, ayılar, səni bir dəqiqə sağ qoymaz.
Məlik Məhəmməd dedi:
– Mən elə bu divi öldürməkdən ötrü bura gəlmişəm.
Məlik Məhəmməd xəncərini çıxardıb, divin ayağını dələməyə başladı. Div gözlərini açıb, qıza dedi:
– Qoyma ayağımı mılçıq yedi.
Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div gözlərini açıb, çığırdı:
– Qoyma, ayağımı mılçıq yedi!
Üçüncü dəfə Məlik Məhəmməd divin ayağını dələndə, div yerdən qalxıb, qıza bir şapalaq vurdu ki «Sənə demirəmmi, ayağımı mılçıq yedi?!»
Bu halda Məlik Məhəmməd yerindən şir kimi sıçrayıb, div ilə güləşməyə başladı. Bunlar qırx gün qırx gecə güləşdilər. Heç biri o birisini yıxa bilmədi. Axırda div gücdən düşüb, dedi:
– Hər kəssən, bura gəlmisən, bir az möhlət ver yatım, sonra yenə güləşərik.
Məlik Məhəmməd razı oldu.
Div başını yenə qızın dizi üstə qoyub, yatdı.
Qız Məlik Məhəmmədə dedi:
– Ay cavan, o taxçada bir şüşə var, bu divin canı o şüşədədir. Onu sındırmasan, bu divə güc gətirə bilməyəcəksən.
Məlik Məhəmməd sıçrayıb, taxçadakı şüşəni yerə çırpdı. Şüşənin içindən bir göyərçin çıxıb, uçanda, Məlik Məhəmməd göyərçini tutdu. Bu halda div yerindən qalxıb, yalvarmağa başladı:
– O göyərçinə dəymə, dünyada nə istəyirsən sənə verim, o göyərçini öldürmə – o mənim canımdır.
Məlik Məhəmməd qəbul etməyib, dedi:
– Mən elə axtardığım bu göyərçin idi!
Sonra göyərçinin başını üzüb, yerə atdı, həmən saat div gurultu ilə taxtdan düşüb, öldü.
Sizə kimdən deyim, Məlik Məhəmməddən – divi öldürəndən sonra, başını qızın dizi üstə qoyub, doyuncə rahat oldu və sonra durub, o biri otağa keçdi.
Məlik Məhəmməd bir də gördü ki, burada əvvəlkindən gözəl bir qız oturubdur; bunun da dizi üstə bir div yatıb. Qız Məlik Məhəmmədi görcək dedi:
– Ay cavan, yazıqsan, qayıt gizlən: indicə div ayılar, səni parça-parça edər.
Məlik Məhəmməd dedi:
– Qorxma, ay qız, bunu da öldürəcəyəm!
Məlik Məhəmməd xəncərini çıxardıb, divin ayağını dələməyə başladı. Div gözlərini açıb, qıza dedi:
– Qoyma ayağımı mılçıq yedi.
Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div yenə gözlərini açıb çığırdı:
– Qoyma ayağımı mılçıq yedi!
Məlik Məhəmməd üçüncü dəfə divin ayağını dələndə, div yerdən qalxıb, qıza bir şapalaq vurdu ki «Sənə demirəmmi, ayağımı mılçıq yedi?!»
Məlik Məhəmməd bu halda yenə sıçrayıb, div ilə güləşməyə başladı.
Bunlar yenə qırx gün qırx gecə güləşib, bir-birini yıxa bilmədilər. Axırda Məlik Məhəmməd divi yuxuya verib, taxçadakı şüşəni sındırıb və göyərçini tutub, başını üzən kimi div gurultu ilə yıxılıb, öldü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-melik-mehemmed
Другие произведения автора
Usta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi.Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»…
VKərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi:– Usta, axır başıma bir iş gəlib.
VIUsta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…
VIIVeylabad şəhəri elə bil dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmaqda idi; ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fağırlar da damlara doluşub allah sədasını göyə qovzayırdılar.Qoşun kişilik idi. Düşmənlər hər tərəfdən şəhəri ihatə etmiş idi. Şəhər darvazaları təmamən bağlanıb dallarına qalın torpaq çəkilmiş idi. Qoşun fövc-fövc düşmənin hücumunu dəf etməyə çalışırdı. Qalabəndlik ili idi, Usta Ağabala yenicə anadan olmuşdu, bələyinin üstə göz yaşları sel kibi axırdı. Arvatlar buna baxdıqda deyirdilər, «suya dönmüş oldu olmadı, şəhərin nuraqı döndü». Elə arvatların haqları var idi. Ağabala çox ağlağan uşaq idi. Ağlayanda üzünü turşaldırdı. Elə bil mərsiyyə deyəcək idi. Birdə usta Ağabala gördü ki, bunu bələkdə bir biyabana atıblar, qalıb çığıra-çığıra. Səs küy təmam kəsilib; dağlar, daşlar, duman ilə bürünüb, bircə xırda çığır gözə görünürdü. Bu yol ilə bir addım enirdi. Yavıqlaşdıqda Əli-Əsgər-ağa olduğu mə’lum oldu. Axund yetişən kibi ustanı qucağına götürüb bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «al bu kağızı, tapşırdım cənnətin kənarından sənə bir parça yer versinlər orada ye, iç, huri və ğılmanlar ilə axirət ləzzətini apar».
Стихи других поэтов
Gərək oğul olan qorusun dili,Dilə xor baxanın qurusun dili!
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Bayram gəlirEylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,Yoxdu tila kisədə zad-mad alım külfətə.
Гульшан-и раз, глава 36وصال ممکن و واجب به هم چیستحدیث قرب و بعد و بیش و کم چیست