Məlik Məhəmməd
Страница 3 из 3 · 67%
Məlik Məhəmməd atı meydana salıb, bir o başa bir bu başa çapdı, sonra padşahın ortancıl oğlunun başını qılınc ilə vurub, qaçdı. Qoşun nə qədər onun dalınca çapdısa, tuta bilmədi və ox atdılarsa da dəymədi.
Camaat, qoşun təzədən qara geyib, yasa batdı.
Məlik Məhəmməd paltarını dəyişib, dükana gəldi. Yenə dərzi başına gözünə döyə-döyə geri qayıtdı.
Məlik Məhəmməd dedi:
– Ay usta, sənə nə olubdur ki, elə hər yerə gedəndə baş-gözünə döyə-döyə qayıdırsan?
Usta dedi:
– Mərdümazar kimdirsə, qırmızı paltarlı bir atlı gəlib, padşahın gözünün ağı, qarası bircə oğlu qalmışdı, onun başını vurub, qaçdı. Dalınca nə qədər tökülüdülər də tapa bilmədilər; ox da atdılar, dəymədi.
Bu işdən bir neçə vaxt keçdi. İl ötdü, ay dolandı, günlərin bir günü yenə usta ilə şagird dükanda oturmuşdu. Birdən şagird ustaya dedi:
– Dur get, padşahı muştuluqla ki, balaca oğlunu tapmışam.
Usta cavabında:
– Ədə, dəli olmamısan, padşah deməz mi, balaca oğlum haradadır? Onda nə cavab verim?
Məlik Məhəmməd başına gələn qəza və qədəri açıb, dərziyə nağıl elədi. Dərzi buradan sevinə-sevinə bir baş padşahın evinə getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən ayağı daşa ilişib, yıxıldı. Padşah pəncərədən bunu görcək dedi:
– Yəqin dərzidə bir əhval var, gedək bura gətirək!
Qul, qara baş tökülüb, dərzini padşahın qulluğuna gətirdilər. Dərzi yetişən kimi, padşaha baş əyib, dedi:
– Padşah sənə fəda olum, muştuluğumu ver, balaca oğlun Məlik Məhəmmədin yerini deyim.
Padşah az qaldı özündən getsin. Dedi:
– Məlik Məhəmməd quyuda ölməyibmi? Bəs indi haradan gəldi çıxdı?
Dərzi dedi ki:
– Muştuluq verməsən deməyəcəyəm!
Padşah vəd verdi ki, özü ağırlığı qızıl versin.
Dərzi Məlik Məhəmmədin başına gələn qəza və qədəri nağıl eləyib, indi də ona şagird olmağını dedi:
– Ay məni istəyən, dərziyə xələt!
Dərziyə o qədər xələt verdilər ki, çəkib, apara bilmədi. Vəzir, vəkil tökülüb, Məlik Məhəmmədin dalınca getdi. Əvvəl onu hamama aparıb, şahzadələrə layiq paltar geyindirib, sonra atasının qulluğuna apardılar. Padşah oğlunu görcək, onu duz kimi yaladı.
Məlik Məhəmməd başına gələn qəza və qədəri atasına nağıl eləyib, dedi:
– Ata, böyük qardaşlarımı da öldürən mən idim. Quyuda neçə vaxt divlər ilə əlləşib, üç qız götürmüşdüm. Bəs rəva görülərdimi, onlar mənim kəndirimi kəsib, nişanlımı özlərinə götürə idilər.
Padşah ağlaya-ağlaya oğlunun əlindən öpdü və çox şükr elədi ki, Məlik Məhəmməd sağ-salamatdır.
Yenidən toya hazırlandılar. Böyük qızı vəzirin oğluna, ortancılını vəkilin oğluna, kiçiyini də Məlik Məhəmmədə verdilər.
Qırx gün – qırx gecə toy oldu. Onlar yedilər, yerə keçdilər, siz də yeyin, dövrə keçin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-melik-mehemmed
Другие произведения автора
Usta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi.Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»…
VKərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi:– Usta, axır başıma bir iş gəlib.
VIUsta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…
VIIVeylabad şəhəri elə bil dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmaqda idi; ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fağırlar da damlara doluşub allah sədasını göyə qovzayırdılar.Qoşun kişilik idi. Düşmənlər hər tərəfdən şəhəri ihatə etmiş idi. Şəhər darvazaları təmamən bağlanıb dallarına qalın torpaq çəkilmiş idi. Qoşun fövc-fövc düşmənin hücumunu dəf etməyə çalışırdı. Qalabəndlik ili idi, Usta Ağabala yenicə anadan olmuşdu, bələyinin üstə göz yaşları sel kibi axırdı. Arvatlar buna baxdıqda deyirdilər, «suya dönmüş oldu olmadı, şəhərin nuraqı döndü». Elə arvatların haqları var idi. Ağabala çox ağlağan uşaq idi. Ağlayanda üzünü turşaldırdı. Elə bil mərsiyyə deyəcək idi. Birdə usta Ağabala gördü ki, bunu bələkdə bir biyabana atıblar, qalıb çığıra-çığıra. Səs küy təmam kəsilib; dağlar, daşlar, duman ilə bürünüb, bircə xırda çığır gözə görünürdü. Bu yol ilə bir addım enirdi. Yavıqlaşdıqda Əli-Əsgər-ağa olduğu mə’lum oldu. Axund yetişən kibi ustanı qucağına götürüb bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «al bu kağızı, tapşırdım cənnətin kənarından sənə bir parça yer versinlər orada ye, iç, huri və ğılmanlar ilə axirət ləzzətini apar».
Стихи других поэтов
Gərək oğul olan qorusun dili,Dilə xor baxanın qurusun dili!
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Bayram gəlirEylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,Yoxdu tila kisədə zad-mad alım külfətə.
Гульшан-и раз, глава 36وصال ممکن و واجب به هم چیستحدیث قرب و بعد و بیش و کم چیست