Birinci kitab, ikinci hissə
Страница 11 из 14 · 71%
Qız Rüstəmbəyin sözlərini lazımınca anlamadı, onun halını kefliliyə yozdu.
Yenə şərab içilirdi. Məclisdə iştirak edənlərin adları bir-bir yad olunurdu. Çoxları bir-biri ilə “bruderşaft” içirdi. Onların içində Rüstəmbəyin nəzərini cəlb edən Qulu ilə Çingiz oldu. Bunların üz-üzə içib öpüşmələri Rüstəmbəyi tamam dilxor elədi. Ürəyində qalan az-çox şadlıq əsəri büsbütün itdi. O baxdı, gördü vəziyyəti dəniz ortasında qalmış bir xırda adaya bənzəyir, ətrafını qaplayan yalançılıq, ikiüzlülük dalğaları onu da qərq eləmək istəyir.
– Tamada, mənə izin ver, danışmaq istəyirəm, – deyə Rüstəmbəy ayağa qalxdı. Simasından zəhər yağırdı, hirsli gözlərində ildırım parlayırdı.
Rəngi tamamilə qaçmışdı.
– Əfəndilər, – dedi, – nitq nə üçün söylənər – bilirsinizmi? Bir adamın fikir və əqidəsini ətrafdakılara nəqş etməkdən ötrü. Ona görə nitq natiqin iztirab və həyəcanının tərcümanı olar. Onu dinləyənlər də natiq kimi ürəklərində bir yanğı duyarlar. Bizim aramızda isə nitq bu məqsədi daşımır, sözümüz əqidəmizə tərcüman olmaqdan, pərdə olub əqidəsizliyimizi gizləyir. Hər kəsin nə xəyanət və tərbiyəsizliyi varsa, nitqlə yola verir. Ona görə, gəlin, millət və İnsaniyyəti kənara qoyaq, onların sağlığına badənuş olmaq bizim kimi sözü ilə feli bir olmayanların işi deyildir. Belə olduqda nitqimizin təsirsizliyi saxta qəlbimizi büruzə verir. Yaxşısı budur, qədəhlərimizi götürək və islah olmamızı diləmək şərəfinə içək. Şəxsiyyətimiz islah olunmasa, doğruluğu dərk eləməyə müqtədir olmaz və millət qeydinə də qala bilmərik. Yaşasın islah olunmuş şəxslər! Sağ olsun qəlblərində həqiqət atəşi yananlar! Yox olsun saxtakarlar!
Rüstəmbəyin nitqi məclisə ağır bir təsir bağışladı. Hamı heyrət içində bir-birinin üzünə baxdı. Tamada nitqin nə qədər yersiz olduğunu işarə ilə Rüstəmbəyə bildirdi. Qulu incidi. Nitqin Qulu ilə Teymurbəyə işarə olduğu hamıya bəlli idi. Bununla belə Rüstəmbəyə həmrəy tapıldı: Salman, Pərviz, Xəlil, İsgəndər, Kaspar və rus qızı qədəhlərini qaldırıb, Rüstəmbəylə çaqqaşdılar. Rüstəmbəy oturdu. Rus qızı onun əlini sıxdı:
– Yoldaş, – dedi, – fikrinizə şərikəm, sağ olun! Təşəbbüsün əsası islah olunmuş şəxsiyyətdir.
Qızın sözləri Rüstəmbəyin ürəyinə su səpirdi. Yaraları təzələndi.
Məclisi bilmərrə yaddan çıxardaraq, onunla şirin müsahibəyə girişdi:
– Görürsünüz, nitq söyləməklə özlərini İnsaniyyət dostu kimi göstərirlər. Bunların hamısı yalançıdır, məktəbi ikmal edən kimi tamam bir ayrı dona girəcəklər. Məvacibləri xatirəsinə ağaları nə təhər çalsa, bunlar da elə oynayacaqlar. Rüstəmbəy bu sözlərdən sonra başını aşağı salıb, daha dinmədi.
Hamı ayağa durdu. Yavaş-yavaş salona keçdilər. Yemək otağı tamam boşaldı. Rüstəmbəy başını üsulluca qaldırdı. Qorxunc gözlərini ətrafa gəzdirdi, durdu. Salonun qapısına yavıqlaşdı, tar şirin çalınırdı. Tamadanın əmri ilə əl çalırdılar, Pərviz “Tərəkəmə” oynayırdı. Keflər duru idi.
Rüstəmbəy bu büsata bir azca tamaşa elədi. “Mən niyə şad ola bilmirəm?” – deyə öz-özündən sordu. Ürəyi sıxıldı. Vücudu təklik hissi ilə doldu. “Hamı məndən uzaqlaşır, – dedi, – məni anlayan yoxdur!.. Mən təkəm! Mən yazığam...”.
Rüstəmbəyin könlü ağlamaq istədi. Birdən geri döndü, çöl qapıya tərəf getdi. Səssizcə, heç kəsə bildirmədən, paltosunu götürüb yola düşdü.
14
Ziyafət gecə saat dördə qədər çəkdi. Qonaqlar Xəlildən razılıq edib getdilər. Cəfər Qulamrza ilə sözləşmişdi, küçəyə bərabər çıxdılar.
Sonra Kasparı və İsgəndəri də kənara çəkdilər. Kefləri bir az duruidi. Qulamrza Kasparın şapkasını çıxarıb əyri qoydu:
– Kaspar, – dedi və əlini uzatdı, – dəysin!
Kaspar gülümsündü, lakin Qulamrzanın əlinə vurmadı. Qulamrza Kasparın bu hərəkətindən inciyən kimi:
– Kaspar, sən əgər ömründə kabab yeyib kef eləmisənsə dəysin!
Kaspar Qulamrzanın əlinə şəstlə vurdu və dedi;
– Məzhəb haqqı, sənnən dostam, nə desən elərəm. Qulamrza Kasparı qucaqlayıb öpdü.
– Kaspar, bu gecə sabaha qədər kef eləyirik. Denən, sən öl, eləyəcəyəm.
– Sən öləsən ki, eləyəcəyəm.
– Di gəl. Cəfərlə İsgəndər necə oldu?
– Odu, orada.
– Di gəlin fayton tapaq.
Cəfərlə İsgəndərə yanaşdılar. Qulamrza İsgəndərə tərəf yönələrək:
– Allah, – dedi, – atam-anam sənə fəda olsun. Ömrü bir tərəfdən dadlı, o biri tərəfdən də çox gödək yaratmısan. O gödək həyatın yarısı da yuxuda keçir. Müsaidə et də, bu gecə yatmayıb, sabaha qədər kef eləyək.
İsgəndər vüqarla:
– Hazıram! Yaratdığım gödək həyatdan özüm də razı deyiləm.
Cəfər:
– Uzatmalı, – deyə bağırdı.
– Uzatmalı! – deyə səs-səsə verdilər.
Qulamrza başa keçib Kasparın qoluna girdi. İsgəndər də o biri tərəfdən
Kaspara yanaşdı. Cəfər də ondan yapışdı. Qaldırımın eni qədər yayıldılar. Qulamrza əmr verdi:
– Bir, iki, üç – yürü!
İntizamlı əsgər kimi yürüməyə başladılar. Dalandar qaldırımın qarını təmizləyirdi, ona rast gəlib dayandılar, yavaş-yavaş onu qavramağa başladılar. Dalandar hiddətlənib, süpürgəni yuxarı qaldırdı.
Qulamrza:
– Atın, tutun! – deyə əmr verdi,
Tələbələr bir dəqiqədə dalandarı əllərinə alıb qaldırdılar:
– Məhv olsun qar, yağış, zibil! – deyə bağırışdılar. Gənclərin nəşəsi dalandara da təsir etdi, atılıb-tutulduqca qəhqəhə ilə gülürdü.
Küçənin başında bir fayton durmuşdu, tələbələr yanaşdılar:
– Müştərin yoxdur ki?
Faytonçu diksinib mürgüdən ayıldı:
– Yox, – deyə cilovları topladı.
– Bizi apar!
– Hara?
Kaspar:
– Qulamrza, cavabını ver, – dedi. Qulamrza:
– Yamaya3 gedəcəyik. Bu Kasparı evləndirmək istəyirik.
Faytonçu gülümsündü:
– Yaxşı, minin!
Qiymət danışıldı. Tələbələr oturdular. Qulamrza qozlaya çıxdı:
– Sür! – dedi.
Atlar götürüldü. Gecənin sükutunda atların ayaq səsləri evlərə düşürdü. Yama şəhərin kənarında idi. On beş dəqiqə sonra palçıqlı bir küçəyə girdilər, nəhayət, fayton artırmasından iri qaz lampası asılmış bir evin qarşısında dayandı. Qapıçı təzim etdi, koridordan keçib, böyük bir salona girdilər. Vals çalınırdı. Qızlar və oğlanlar rəqs edirdi. Ucuz ətir və tər qoxusu damağa çökürdü. Tələbələr divarların dibində düzülmüş qırmızı məxmərli sandalyalarda yerləşdilər. Qulamrza paltosunu və şapkasını çıxarıb, bir tərəfə atdı və salonu gözdən keçirdi, boş qız yox idi. Sonra gözləri qapının ağzında oturan yoğun vücudlu, çopur sifət və süni qaşlı ekonomkaya sataşdı. Gedib onu rəqsə çağırdı.
Ekonomka gülümsündü və papirosunun külünü kənara töküb, xırıltılı səslə:
– Olmaz, – dedi, – qızlardan götürün.
– Boşu yoxdur.
– İndi olar: ya kabinələrdən çıxarlar, ya buradakılar boşalar.
Qulamrza:
– Mən səni istəyirəm, – deyə təklifsiz bir halda ekonomkanın qolundan yapışıb qaldırdı. Yoldaşları əl çaldı.
Vals qurtardı, oynayanlar oturdular. Salonun baş tərəfində qambur bir məmur məktəbli qız paltarı geymiş bir qadına tam mənasilə qur yapırdı: bir dəstə çiçək gətirmiş, arabir şokolad təklif edir, lətif söhbətlərlə onu əyləndirirdi. O biri tərəfdə matros geyimli bir qız bir gənclə oturmuşdu. Qarşılarında bir ayrısı saçlarını darayıb, çiyinlərinə tökmüşdü. Bunun da yanında bir pirkeşik var idi.
Ekonomka papirosu tüstülədə-tüstülədə ayağa durdu.
– Oturmaqdan fayda çıxmaz, qız götürün! – deyə salondakılara müraciət etdi. Tələbələrə yanaşdıqda Cəfər dedi:
– Kimi götürək? Burada qız azdır.
– Əfəndilər, gec gəlmişsiniz, qızların çoxunu götürmüşlər. Bir az gözləyin, kabinələrdən çıxacaqlar.
Qambur məmur pul verib musiqi çaldırdı. Rəqs başlandı. Bu əsnada yan qapıdan salona gözəl bir qızla bir tələbə girdi. Oğlan qızın belini qucub, rəqsə başladı.
Qızı görcək tələbələrin içinə vəlvələ düşdü, hər biri ona müştəri çıxdı. Cəfər sakit bir səslə:
– Yoldaşlar, atalar “yol böyüyündür” demiş. Böyüyə hörmət lazımdır.
– Təbii, təbii, – deyə hər kəs onunla razılaşdı. Qulamrza əlini qulağına qoyub, segah deyə-deyə ekonomkaya yanaşdı:
– Bu gələn yaxşıdır. Ancaq o tələbə işi əngəl edir. Ekonomka sakit səslə:
– Əngəl olmaz. O hər axşam burada olur: aralarında eşq məsələsi var... Bir az sonra gedər.
Qulamrza heyrət edərək ekonomkanın yanında oturdu və əlini əlinə qoyub dedi:
– Eşq nədir, canım? Burada eşq olurmu?
– Bu qızın tarixi başqadır!
– Necə?
– Bu qız yüksək bir ailəyə mənsubdur. Çox ərköyün saxlanılmış, özü də nəcib qızlar institutundan məzundur. Atasına darılmış, acığa düşmüş... axırda buraya iltica etmişdir.
– Bu tələbə buradamı tanış olmuş?
– Yox, köhnədən evlərinə gedib-gələnlərdən imiş...
Qulamrza qalxıb, məsələni yoldaşlarına anlatdı. Qıza qarşı olan maraq bir qat daha artdı.
Rəqs qurtardı. Hər kəs yenə oturdu. Tələbə isə qızla qol-qola qapıya doğru getdi. Qapının yanında durdular, əl-ələ verdilər, qucaqlaşdılar, öpüşdülər. Aralandılar, bir də öpüşdülər. Sonra oğlan qapıdan çıxdı, qız da həyəcanla dönüb, salondan keçdi; yan qapıda qaib oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-birinci-kitab-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Bir neçə söz“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?
Стихи других поэтов
کار دلم شد عشق تو، دل چون کند کاری دگر
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.