Ukrayna müsəlmanlarının nəzər diqqətinə
UKRAYNA MÜSƏLMANLARININ NƏZƏR-DİQQƏTİNƏ
Necə ki, məlumdur, Ukrayna cümhuriyyətində Ukraynada sakin qeyrimillətlərin işlərini idarə etmək üçün generalnı sekretarlar təyin olunub. Polyak, yəhudi və velikorusların işlərinə baxmaq üçün belə sekretarlar var.
Ukraynada müsəlmanlar az olduğu üçün işlərinə baxmağa əlahiddə sekretar təyin olunmayıb. Lakin milli bir idarəyə ehtiyac çoxçoxdur. Bunu nəzərə alaraq Kiyev türk ədəmi mərkəziyyət firqəsi “Müsavat”ın idarəsi Ukrayna millətlər işi generalnı sekretarı Şulgin cənablarına müraciət edib müsəlmanlar barəsində bu qərarı hüsula gətirdi:
Müsəlmanların cəmi dini, milli və mədəni məsələləri Kiyev “Müsavat” idarəsinin vasitəsilə əmələ gəlir.
Deməli, Ukraynada sakin və ya gəldi-gedər müsəlmanların Ukrayna hökumətinə işi düşsə, Kiyevdə türk ədəmi mərkəziyyət firqəsi “Müsafat” idarəsinə müraciət eləyir və idarə vasitəsilə müsəlmanların işləri Ukrayna hökumətinə çatdırılır. Kiyevdə “Müsavat” dəftərxanasının adresi bu:
Kiev jılxovskaya ul. dom №-51, kv. 1, kanselyarıya
“musavat”.
Ukraynanın qeyri yerlərində sakin olan müsəlmanların, ələlxüsus, xarkovluların nəzərlərini bu nöqtəyə cəlb edirik. Ümumukrayna müsəlmanlarına xəbər çatmaq üçün qeyri qəzetlərin də yuxarıda yazılanları dərc eləməyi rica olunur.
Kiyevdə “Müsavat” sədri:
Yusif VƏZIROV.
1917
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-ukrayna-muselmanlarinin-nezer-diqqetine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Qoca nənənin ölümü münasibətiləİbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.
Стихи других поэтов
Gül bülbüle müsellem ola hâr eğer çıhaDünyâ münevver ola bize yâr eğer çıha
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Az gəlirSənin eşqin üçün inan, ey mələk,Ölməyə hazıram mənə az gəlir.
شمارهٔ ۲لاله ز رخسار تو گل چیده استغنچه به امید تو خندیده است