Страница 1 из 2

YUSİF VƏZİROVUN MƏRUZƏSİ

Çərşənbə günü təmuzun (iyulun – red.) 29-da axşam saat 7-də türk ədəmimərkəziyyət firqəsi “Müsavat”ın Ukrayna səfiri Yusif Vəzirovun parlaman binasında “Müsavat” firqəsinə məxsus ötədə (iqamətgahda – red.) məruzədə bulundu. İbtida Məhəmməd Əmin Rəsulzadə əfəndi məclisi açaraq məruzəçi Vəzirovu məclisə mərufilik etdilər. Vətənindən uzaq olmaqla bərabər vətən mənafeyi uğrunda çalışmaqdan yorulmaq bilməyən Vəzirov axır zamanlarda İstanbula gedəcəkdir. Ibtida ümumi bir konfrans sürətilə məruzə oxumağı təsəvvür

olunurdu. Lakin havalar sıcaq (isti – A.B.) olduğundan ümumi konfrans vermək mümkün olmadı. Bakı komitəsinin qərarına görə rayon nümayəndələrindən ibarət kiçik bir məclisdə kəndisinə həsbi-hal etmək qərara alındı.

Məruzəçi cənabları alqışlarla məqam xitabətə gələrək bir vəcəatə bəyanatda bulundular:

– Acizləri Odessadan çıxarkən topladığım bir çox məlumat bolşeviklər tərəfindən dərdəst (müsadirə – red.) edilən əmlakımla birgə məhv və tələf edildiyindən məaltəəssüf, sizə müfəssəl məlumat vermiyəcəyəm.

Kiyevdə 1909-cu sənədən başlayaraq müsəlman tələbələrinin bir təşkilatı olmuş; o zamandan türk tələbələri çalışmaya başlamışlar. İbtidada

bu təşkilat din və islamlıq adı ilə fəaliyyətə başlayıb. Rusiya müsəlmanlarının hankı təbəqəsindən hankı tərəfindən olursa-olsun Kiyevdəki müsəlman studentlərini öz ətrafına toplamışdı. Sonra müharibənin ibtidasında studentlər arasında siyasi ruhda gizli bir təşkilat düzəldi. Bunun fəaliyyəti o qədər geniş olmayıb, yalnız Rusiya müsəlmanlarına xitabla bir-iki intibahnamə nəşrilə o vaxtkı Rusiya hökuməti əleyhinə çıxmış idi.

1917-ci ildə Ukraynanın bütün şiddət və həyəcan ilə doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri rus millətlərə bir örnək oldu. Ukraynanın milli hərəkatları hər yerə sirayət etməyə başladı. Krımda və sair Ukraynaya yaxın yerlərdə bu hərəkatın təsiri ilə onlarda da Ukraynadakı şiddətlə olmasa da, yenə milli hərəkatlar görünməyə başladı. Böylə bir halda Ukraynada biz özümüzü yalnız gördük. Heç bir hazırlığımız olmadığı halda Rusiya inqilabını qarşılamağa məcbur olduq. Siyasi təşkilata böyük ehtiyac hiss edildi. Ona görə 1917-ci sənənin noyabrında türk ədəmi-mərkəziyyət firqəsi Müsavatın Kiyev şöbəsni küşad etdik. O zamanlar hər şeyə Ümumrusiya nəzərilə baxdıq. Zata bu zamanın icabı idi. Çünki, o zamanlar biz hələ rusiyalı hesab edilirdik. Son zamanlarda Azərbaycan cumhuriyyəti və istiqlaliyyəti elan olunduqdan sonra bizim qeyri-müəyyən hərəkatımız müəyyən olaraq sərbəst surətdə hərəkət etməyimizə müsaidə verdi. Bu sırada Rusiya daxilində siyasi bir firqə sifətilə deyil, başqa bir yolda çalışmaq lazım gəlirdi. Budur ki, Kiyev müsavat şöbəsi Ukraynada Azərbaycanın siyasi bir nümayəndəliyi təsis etməyi təhdi-qərara alaraq bu gündən etibarən Kiyev şöbəsi bir konsulxana vəzifəsini görməyə başlamışdır.

Sizə məlumdur ki, milli hərəkatlar birinci olaraq Ukraynada başlayıb bütün xırda millətləri öz tərəflərinə çəkməyə başladılar. İbtidai Kiyevdə bir “millətlər qurultayı” dəvət etdilər. Qurultay kəndi qərardadlarını icra etmək üçün bir icraiyyə komitəsi təşkil etdi. Haman icra komitəsinə biz də dörd nəfər nümayəndə verdik. O icra komitəsinin əsl məqsədi bu idi ki, Rusiyada ədəmi-mərkəziyyət fikrini nəşr etsin.

Bu məqsədlə bir jurnal da nəşr edildi. Biz də şu jurnalda tamam ciddiyyətlə çalışmaya başladıq. O vaxta qədər Rusiyada Azərbaycanı tanımazdılar. Azərbaycanı yalnız İranın bir hissəsi bilirdilər. Bizim vəzifəmiz və qayəmiz bu oldu ki, birinci olaraq əvvəl Rusiya əfkariümumiyyəsinə Azərbaycanı tanıdaq. Odur ki, Azərbaycan üçün ibtida bir Azərbaycan xəritəsi cızdıq. O zamandan Azərbaycan haqqında, onun tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarət və iqtisadiyyatı barəsində bir çox məqalələr yazdıq. Yavaş-yavaş Azərbaycan şöhrət tapmağa
başladı.

Hər kəsdən artıq Ukrayna Azərbaycana əhəmiyyət verirdi. Onlar deyirdilər, biz hər xüsusda Azərbaycana kömək edəriz. Onların bizdən bir çox ümidləri var idi. Onlar öz əsgərlərinə bir o qədər inanmayırdılar, biz onlara müraciət etdikdə Ukraynanın hərbiyyə naziri Juqofski vəd etdi ki, hər bir barədə o, azərbaycanlılara müavinət etməyə hazırdır. O, bizim nə kibi bir xahişimiz olursa, ona əməl edəcəyini vəd etdi. Bizə iki vaqon verirdilər ki, onunla Ukraynadan istədiyimiz hər qisim şeyləri Azərbaycana gətirək. Odur ki, biz nümayəndə sifətilə o zaman

Bakıya iki tələbə göndərdik. Onlar Bakıya gəldilər. Lakin özlərinin fəaliyyətsizliklərindənmi, yaxud o zaman Bakının bolşeviklər əlinə keçdiyindənmi və yaxud başqa səbəblərdənmi bilməyirəm, bir xəbər

çıxmadı. Ən nəhayət, Gəncədən bir məktub aldıq ki, o zaman Ukrayna hökuməti dağılmış, bolşeviklər orada hökmran olmuşlardı. Təbii böylə bir zamanda heç bir şey yapmaq olmazdı.


Ukraynanın Rusiya xırda millətlərinə böyük xidməti olmuşdu.
Odur ki, biz daimi surətdə Ukraynanı tuturduq. Hətta məclisi-məbusan seçkilərində bir xitabnamə ilə Ümumukrayna daxilində yaşayan müsəlmanlara tövsiyə elədik ki, səslərini ukraynalılara versinlar. Bunun üçün Ukrayna ilə aramızda bir müddət səmimi dostluq zühur etdi.

Bunun da Ukraynada yaşayan azərbaycanlılara böyük xidmətləri oldu. Evləri hicz etdikdə azərbaycanlılara toxunmadılar, əsləhələrini almadılar. Azərbaycanlılar ilə sair xarici təbəələr kimi müamilədə bulunurdular. “Müsavat” adı da Ukraynada böyük rol oynayırdı. Ukrayna “Müsavat”ı tanıyırdı. Hətta əsgərlər tərəfindən tutulan bir musəlmanı müsavatçı olduğunu bildikdən sonra buraxmışlardı.

Ukraynada “Müsavat” firqəsi bir siyezd təşkil etdi. Siyezd Ukraynanın xariciyyə sekretariatına Ukraynada yaşayan 60-70 bin müsəlman namından müraciət edib onların siyasi və ictimai ehtiyaclarını təmin üçün bir məmurluğun lazım olduğunu qandırdı. Bu məmurluq vəzifəsi “Müsavat” şöbəsinə həvalə edildi. Rəsmi surətdə tanınan “Müsavat” şöbəsinin Rusiya müsəlmanları hərəkatında bir çox xidmətləri oldu.

Krım məsələsi meydana gəldikdə anlaşıldı ki, Ukrayna Krımı ilhaq etmək istəyir. Bu xüsusda etiraz etdik. Krım məsələsində biz laqeyd qala bilməzdik. Çünki bizim proqramımızda açıqdan-açığa Rusiya daxilində yaşayan türk və islamlar üçün məhəlli və milli muxtariyyət tələb etmək var idi. Komitənin qərarı ilə Krıma getdim. Məqsədim orada parlaman çağırıb hökumət təşkil etmək idi. Ayın 4-də Krıma varid olub, səkkizində parlaman küşad edildı. Krım ziyalıları parlaman ətrafına toplandı, milli hərəkat orada böyük bir meydan aldı. “Müsavat”ın fəaliyyəti burada tamam olur. Sizə imdi Krım hərəkatından bir qədər məlumat vermək istəyirəm.

Krımda bir müdiriyyət təşkil edildi. Müdriyyət ibarət idi bir baş müdirdən, ədliyyə, maarif, xariciyyə mövqufat, ədyan kibi beş müdirlərdən ki, hərəsi müstəqil öz idarələrini dolandırmaqda idilər. Bu mü-

dirlər üç yüz binə baliğ olan Krım türklərini idarə ediyordular. Bununla bərabər Krımın bir də məclisi-məbusanı var idi.

Krım müdiriyyəti maddi cəhətdən təmin idi. Zira Krımda mövqufat adı ilə millətin böyük bir sərvəti var ki, onunla bütün Krım türklərinin mədəni və ictimai işlərini idarə etmək olar. Krımın 89 bin desyatinlik bir mövqufatı var ki, bu böyüklükdə yer tamama abad olub, onda böyük məhsuldar bağlar və binalar vardır.

Krımlılar kəndilərinin nüfuzca azlıqlarını nəzərə almayaraq köhnə tatar xanlığını təşkil etmək fikrinə düşdülər. Hər yerdə olduğu kibi qeyri-müsəlman ünsürlər bunun əleyhində idilər. Hələ Krımda ki, əksəriyyət orada müsəlmanlarda və tatarlarda deyil, krımlılar istəyirdilər ki, Osmanlı şahzadələrindən birisini özlərinə xan təyin etsinlər. O zamanlar Krımda bulunan almanlar da buna müvəffəqiyyət etdiyindən qeyri-müsəlmanlar açıqdan-açığa müsəlmanlar ilə ədavətə başladılar.

Krımlılar bu fikirləri ilə bütün Krımda məskun olanları öz əleyhlərinə qaldırdılar. Halbuki, tatarlar xanlıq təşkil etmək qüvvəsində deyillər. Krımlıları əski rus istibdadı və siyasəti bir hala vəz etmiş ki, məhəlli istiqlaliyyətini idarə edəcək bir halda deyillər.

Krımlılar bizim qan qardaşlarımızdır. Onların səadəti bizim səadətimiz, fəlakəti bizim fəlakətimizdir; biz hər xüsusda krımlı qardaşlarımızı hürr və sərbəst görmək istəyiriz. Lakin burası da etiraf edilməlidir ki, Krımın qüvvəsi qayət azdır. 150 sənədir ki, onlar Rusiya mədəniyyətindən layiqincə istifadə edə bilməmişlər. Krımda yalnız bir nəfər mühəndis, iki nəfər hüquqşünas və beş nəfər doxtur vardır ki, müstəqil yaşamaq istəyən bir millət üçün bu qayət az bir şeydir. Milləti və ümuri-məmləkəti (dövləti – red.) idarə etmək üçün Yevropa elmləri ilə müchəz ziyalılar lazımdır. Orta sinif bir millətin müqəddəratını kəndi əlinə alıb idarə etmək səlahiyyətində deyildir. Idarə üçün çoxlu qüvvələr lazımdır ki, məaltəəssüf, Krımda bu yoxdur.

Bunun üçün onlara söylədim:

– Məqsədim hər xüsusda sizə müavinət etməkdir. Lakin sizdə qüvvə yoxdur. Xanlıq fikrini təqib etməklə yalnız siz başqalarını öz əleyhinizə qaldırırsınız..

Bir də İsmayıl bəy Qaspirinski vətənini siz öylə təsəvvür etməyiniz ki, mədəni bir ölkədir. Bununla bərabər Ismayıl bəyin işdə, dildə, fikirdə birlik şüarı Krımda kəndisinə hazırkı halda bir çox tərəfdar deyil, əleyhdar qazanmışdır. Demək olar ki, bütün Krım tatarları İsmayıl bəyin əleyhinədir. Onlar deyir ki, Ismayıl bəy doğrudan-doğruya krımlıların fikrini azdırır. O, Turan fikrini təqib etməklə nəinki krımlıları Turanla birləşdirə bildi, bəlkə onları tatarlıqdan da uzaqlaşdırdı. Bunun üçün “Tərcüman” qəzetəsi qapanıb, əvəzinə “Millət” qəzetəsi çıxdı. Krımlılarda qızğın bir tatar cərəyanı var. Bu xüsusda onların bir çox yazıları və mənzumələri var. Bir şeirləri var ki, məaltəəsüf onu fəramuş etmişəm, orada şair qayət həyəcanlı bir surətdə deyir:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qeyd

Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...

1 мин
Üç gecə

Mir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»

6 мин
Bir qəpik

Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.

3 мин
Kənddən şəhərə göndərilən bir kağız

Nuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.

2 мин

Стихи других поэтов