Xarici siyasətimiz
Содержание
Страница 1 из 6
XARİCİ SİYASƏTİMİZ I. QÜVVƏLİ İSTİQLAL
Dünyada hər bir dövləti təşkil edən üç amildir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir. Lakin məmləkətlər arasında fərqlər çoxdur. Məsələn, köhnə Avstriya-Macarıstan dövləti ilə Almaniyanı müqayisə edək. Tövri-idarəsindən başqa bu iki dövlətin əsl mahiyyətində böyük fərqlər görünür. Almaniyanın tam əksəriyyətini təşkil edən alman milləti olduğu halda, Avstriya-Macarıstanda cürbəcür millətlər yaşayırdı. Onun üçün səmaməti-mülkiyyə Almaniyada Avstriya – Macarıstandan çox idi.
Ola bilər ki, bir məmləkətdə daxili musalimət çox millətlərin vücudu ilə də təmin olunsun. Bu halı Şimali Amerika cəmahiri-müttəhidəsində görürük. Dürlü millətlər vətəni olan bu Cümhuriyyət ən sağlam bir idarəyə istinadən xoşbəxt yaşayır və xalqının rahat və istirahətini təmin edərək, rəğbətini qazanır, bunun səbəbi isə uca bir idarə, gözəl bir qanundur.
Bir tərəfdən ədalətli bir idarə, o biri tərəfdən qüvvətli bir mədəniyyət məmləkətdəki bütün millətləri yoğurub, bir qəlibə salır. Hər kəs ümumi vətənini sevir və onun mədəniyyətini qeyri-məcburi bir halda alır.
Türk idarələrində ən qədimdən bəri istila olunmuş millətlərə qarşı bir ədalət yeridilmişdir: heç bir millətin daxili işinə qarışılmamış.
XII əsrdə qərbə doğru axıb gələn tatar qüvvələrinə nə qədər vəhşilik isnad etmək istəmişsələr də, bitərəf müvərrixlər tatarların da idarəsinin ədalətli olduğunu inkar etməyirlər. Neçə əsr Rusiyanı hökmü altında saxlayan tatar rus millətinin daxili işlərinə qarışmadı; dini və milli məsələlər tatar hakimiyyətindən kənarda qaldı.
Eyni halı Osmanlı idarəsində də görürük: ermənilər, bolqarlar, rumlar, qreklər, serblər və başqaları milli və dini məsələlərində asudə idilər. Ancaq Türkiyə Amerika kimi qəvi bir mədəniyyətə malik olmadığı üçün əlinin altındakı millətləri yoğurub bir şəklə sala bilmədi, Türkiyədə sakin bütün millətlər ümumi məmləkət mədəniyyətindən ayrılıb, öz milli mədəniyyətinin inkişafına çalışdılar. Türkiyədən faydalanmaq istəyən avropalılar da bu millətləri tutmağa başladılar. Avropa mədəniyyəti Türkiyəyə ən əvvəl məhkum millətlər vasitəsilə girdi. Müstəbid sultanlar, cahil “alimlər” hürufat müşkülatı, şərq tənbəlliyi Avropa mədəniyyətinə tərəfi-müqabil gəldisə də, yalnız müsəlmanlar bu mədəniyyətdən məhrum qaldılar. Xristianlar isə tərəqqi etdilər. İş bu yerə gəldi ki, xristianlar çürük türk idarəsindən bezməyə üz qoydular. Türkün münəvvər qismi də bunlara qoşulub inqilab doğurdular. Əski Rusiya dövləti də çox millətlərdən ibarət idi, burada əksəriyyət təşkil edən velikoruslardan başqa, finlər, estonlar, latışlar, litvalılar, polyaklar, beloruslar, moldavanlar, ukraynalılar, gürcülər, ermənilər, türklər, tatarlar və yəhudilər də var idi. Rusiya ən fəna bir idarəyə malik idi. Tək velikoruslar hakim millət sanılırdı. Başqaları isə məhkum idilər. Hakim millət öz dini və millətini məhkum millətlərə cəbran istibdad təriqi ilə qəbul etdirmək istəyirdi.
Məhkumlar da bunu duyaraq rus millətinə alışmaqdan çəkinirdilər. Rus idarəsi öz mədəniyyətini sərf etməkdə də xəsislik edirdi. Məhkum millətləri həmişə qaranlıqda saxlamağa çalışırdı. Bunun üçün məhkumlar ilə hakim arasında daimi bir uçurum olduğu hiss olunurdu. Böyük inqilab pərdəni qaldırdı və uçurumu bütün aləm gördü. Uçurumun bu tayında bir Azərbaycan da meydana çıxdı. Bu məmləkət mövhum bir ölkə, süni bir qitə deyil. Bura tarixdə ad qoymuş və istiqlaliyyətini neçə əsr əvvəl qaib etmiş bir dövlətdir. XII əsr miladidə Atabəy Şəmsəddin Eldəniz indiki Qafqaz və Iran Azərbaycanını bitişdirdi, bir məmləkət şəklinə saldı. Atabəy Nəsrəddin Əbubəkr bin Cahan Pəhləvan Aranda, yəni indiki Qafqaz Azərbaycanında və əsl Azərbaycanda 20 il səltənət sürübdür. Bu günkü Azərbaycan ən sağlam vücudə malikdir. Burada tam əksəriyyəti təşkil edən Azərbaycan türküdür.
Bu millətin özünəməxsus bir mədəniyyəti var. Mədəniyyətimiz o qədər qüvvətlidir ki, bizdən başqa qonşularımızı təsiri altında saxlayıb və saxlamaqdadır; dilimiz Qafqazda, Xəzər arxasında və Şimali İraqda ümumi bir dildir. Bu dildə Dağıstan qövmləri, ermənilər, bir çox gürcülər və rus mühaçirləri danışırlar; musiqimizdən və teatromuzdan qonşularımız da faydalanırlar.
Milli operalarımız vətəndən dışarıda da şöhrət tapmağa başladı...
Bu hallar mədəniyyətimizin qüvvətliliyinə dəlildir. İndiyə kimi biz məhkum idik. Lakin mədəniyyətimiz hakim idi. Yəni qeyri-məcburi olaraq qonşularımız arasında yayılırdı. Bundan sonra ehya olunmuş istiqlalımız sayəsində mədəniyyətimiz geniş meydan alacaqdır.
Böyük türk irqinə mənsub olduğumuz üçün türk idarəsinin ədalətini saxladıq. Bu gün vətənimizdəki xırda millətlər bizim ilə bərabər yaşamadadırlar; bunların hüququ heç bir qanun ilə təhdid olunmayıb və olunmayacaqdır. Ədalət hökmranlığını daimi surətdə təmin etməyə çalışacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-xarici-siyasetimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Qoca nənənin ölümü münasibətiləİbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.
Qusar mülkədarlarıXudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi: