Содержание
  1. Iı. beynəlmiləl əlaqə
  2. Iıı. elçilər göndərməlidir
  3. Iv. istanbul səfarəti
  4. V.əfkari – ümumiyyə
  5. Vı. ingiltərə ilə dostluq
  6. Vıı. iran və biz
  7. Vııı. ermənistan və biz
  8. Ix. gürcüstan və biz
  9. X. denikin qorxusu
  10. Xı. bolşevik qorxusu

Страница 2 из 6 · 17%

Iı. beynəlmiləl əlaqə

Avropa mədəniyyəti yer üzünə yayıldıqca millətlər arasında sırf bir mədəni yavuqluq ehtiyacı duyuldu. Bu yavuqluq insanların bir-birindən asılı olduğunu qarşı ehtiyac və qarşı fayda məsələsini doğurdu. Millətlər və dövlətlər bir-biri ilə əlaqələrini qanuni şəklə salmağa çalışdılar.

Beynəlmiləl hüquq meydana çıxdı. Dövlətlər faydalarını nəzəri- etibarə alaraq, hər kəs beynəlmiləl qanunu öz xahişi ilə tanımaq istədi. Dövlətlər arasında əlaqə başlandı: elçilər göndərdilər, müahidələr əqd olundu, məmləkət qapısı əcnəbilərə açıldı, mənəvi və maddi məhsullar mübadiləsi başlandı.

Böyləcə sırf bir fayda və mədəni məsələlərdən doğaraq bir qanun əmələ gəldi və bu qanunu tanımaq ilə millətlər bir-biri ilə əlaqəyə girişdilər.

Lakin beynəlmiləl əlaqəyə girənlərin hamısı hüquqda bərabər olmadılar. Bunun üçün də şərtlər lazım gəldi. Əvvəlcə sırf xristian dövlətlərinə aid olan bu əlaqə və hüquq sonra başqalarının da malı olmağa başladı. Paris konqresinin yeddinci maddəsi Osmanlı dövlətini “Avropa konserninə” qəbul etməklə hüquqda başqa dövlətlərlə bərabər etməli idi. Lakin bir çox maniələr göründü. Şərq üsulu ilə idarə olunan bir məmləkəti avropalılar öz aralarında həmhüquq olaraq görməyi istəmədilər. Beynəlmiləl əlaqə rabitəyə tam hüquq ilə girməyi üçün məmləkətdə islahat lazım idi. Ələlxüsus qanunları və məhkəməni düzəltməli idi. Şəriət işlərini mülki qanunlardan aralamalı idi.

Türkiyə bu barədə ağır tərpəndiyi üçün Avropa Paris əhdnaməsinə əməl etmədi və Türkiyənin bütün hüquqlarına təcavüz etməyə başladı.

Yaponiya belə səbr etmədi. Avropa təcavüzündən qurtarmaq üçün Avropanın fənn və idarəsini əxz etmək lazım gəldiyini anladı. Keçən əsrin ortasından başlayaraq islahat başlandı və bununla bərabər əcnəbilərə qapıları açdı və əhdnamələrlə əlaqələrini təmin etdilər. Qanunlar və məhkəmələr islahı dünyada Yaponiyanın köhnə vəziyyətini dəyişdi. Çin- Yapon müharibəsi yaponların qüvvət və qüdrətini aləmə bildirdi. Və bundan sonra böyük dövlətlər yaponların hüququnu tanımaq istədi. Vekonsulus məhkəməsi kimi məmləkətin daxili işinə qarışan şeylər ləğv olundu. Halbuki, Iranda və Osmanlıda vekonsulus məhkəməsi son vaxta kimi davam etmədədir.

Keçək Azərbaycana...

Azərbaycan birinci islam məmləkətidir ki, qanunlarının və məhkəməsinin islaha ehtiyacı yoxdur. Burada rusun Avropada məşhur qanun və məhkəməsi daha da ədalətli bir şəklə qoyuldu. Millətlər, cinslər və siniflər bərabərliyi balfel tanındı.

Azərbaycan birinci islam cümhuriyyətidir. Demokratik bir idarəs ilə islam tarixinə yeni səhifələr əlavə edir. Əcəba tam mənası ilə bir Avrona tərzi-idarəsində təşəkkül edən bu dövlətin beynəlmiləl münasibətdə vəziyyəti nə təhər olacaq? Bu hamımızı maraqlandıran bir məsələdir.

Təbiidir ki, sağlam bir vücuda malik, ədalətli bir idarəsi, məclisiməbusanı, gözəl qanunu və Avropa üsulunda məhkəməsi olan dövlət beynəlmiləl münasibətdə avropalılarla həmhüquq olmalıdır.

Ölkəmizin sərvəti çoxdur. Faydalanmaq istəyən dövlətlər bizə əl uzatsınlar, müahidə yapaq. Bizim də bir çox ehtiyacımız var. Bunları da dəf etmək üçün xaricə müraciət edəcəyik.

Iıı. elçilər göndərməlidir

Beynəlmiləl münasibətdə bulunmaq üçün dövlətlər bir-birinə elçilər (səfirlər) göndərirlər. Bu adət qədimdən var idi. Vestfal sülhündən sonra ümumiyyət qazandı. Elçi onu göndərən məmləkətin bütün hakimiyyətini təmsil etdiyi üçün əhəmiyyəti çox böyükdür. Onun üçün elçinin hörmət və hüququ da böyükdür. Onu tutmaq, axtarmaq kimi həqarətamiz şeylər yasaqdır. Çünki elçiyə qarşı bəslənən hisslər elçi təmsil etdiyi dövlətə qarşı sanılır. Elçi göndərmək məmləkətin istiqlaliyyətini göstərir. Doğrudur, nimmüstəqil məmləkətlərin də elçi göndərməsi tarixdə görünmədədir. Məsələ, köhnə Bolqariya Türkiyədən asılı olduğu halda, səfir göndərmək hüququna malik idi. Bu günkü İran, Çin və Siyam dövlətləri elçi göndərirlər. Deməli, elçi göndərmək mədəni və qeyri-mədəni millətlər arasında adətdir.

Avropa müharibəsindən sonra meydana çıxan yeni dövlətlər elçilər göndərməklə istiqlaliyyətə birinci addımlar atdılar. Məsələ, Ukrayna ilə Gürcüstan bu yolda çox ciddiyyət göstərirlər. Hətta, balaca Krım da Almaniya istilasından özünü qurtarmaq üçün İstanbula elçi göndərdi və alman qəsbkarlarını əmri-vaqe qarşısında bulundurdu.

Türklərlə dostluğu pozmağa cəsarət edə bilməyən almanlar qəsb nəşəsini pozdular. Yeni vücuda gələn məmləkətlər elçi göndərməklə beynəlmiləl əlaqəyə girişirlər. Özlərinin müstəqil yaşamaq meyllərini və istedadlarını göstərirlər. Bu gün gürcü siyasi müməssilləri hər bir yerdə var. Bunlar Gürcüstanın tam mənası ilə istiqlala müstəhəqq olmalarını aləmə bildirirlər. Elçi hökumət yanına göndərilir. Elçidən başqa bir də şahbəndər (konsul) göndərilər. Konsulun sayı bir məmləkətdə birdən artıq da ola bilər. Konsulun sayı ehtiyaca bağlıdır.

Məsələ, Ukraynada Azərbaycan təbəələrinin tüccari və başqa ehtiyaclarını dəf etmək üçün üç konsul kifayət edər; Kiyevdə, Odessada və Xarkovda, elçi isə bir nəfər olmalıdır.

Bir məmləkətdəki konsullar elçiyə tabedirlər və onun təlimatı ilə iş görürlər.

Azərbaycan hələ bir çox yerlərə elçi və konsul göndərməyib. Halbuki, ehtiyac çox-çox böyükdür. Indiki zamanda vətənlərindən ayrı düşmüş bir çox təbəələr var ki, konsul köməyinə möhtacdırlar. Yollar xarab, evdən pul gətirmək mümkün deyil. Sonra, himayə lazımdır ki, təbəə etinasızlıq zəhmətini çəkməsin. Indi başqa məmləkətlərdən viza alıb Qafqaza qayıtmaq üçün minlərcə manatlar və aylarca vaxt itirirlər. Bu da xalqımızı incidir və ticarətimizi öldürür. Bu gün bir çox təbəələrimiz var ki, Istanbuldan çıxıb, vətənlərinə qayıda bilmirlər. Əvvəla, viza ala bilmirlər; ikinci, pulları yoxdur ki, gəmiyə iki-üç min manat versinlər. Istanbuldakı təbəələrimizin çoxları əcnəbi ölkələrində siyasi qarışıqlardan zərər görmüşlərdirlər.

Xaricdə olan təbəələrimizin çoxu dil bilmir və vətənə qayıtmaq üçün izni bilmir nərədən alsın. Onun üçun xırda məmurlar çəngəlinə duşüb, böyük rüşvətlər vermək məcburiyyətində bulunur. Elçilər və konsullar göndərməklə həm vətənimizi tanıdarıq, həm də təbəələrimizin zəhmətlərini azaldarıq. Bundan başqa, bir ticarət məsələsi də var. Konsul təyin olmasa, ticarət genişlənməz. Çünki bazarın övzaini xəbər verən, milli ticarəti himayə edən konsul olur. Konsul olmasa, ticarət kor və başsız olar. Məsəla, İstanbul bazarından xəbərsiz bir çox azərbaycanlılar oraya neft gətirdilər. Qrek tüccarı bunu eşidərək, sindikat yapdılar və Qafqaz neftini almamağa qərar verdilər. Təbiidir ki, böyləliklə, malı qiymətdən saldılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 мин
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 мин
Qoca nənənin ölümü münasibətilə

İbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.

6 мин
Qusar mülkədarları

Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi:

4 мин

Стихи других поэтов