Gəlir
Müjdə verdilər ki, mənə el oğlu,Yarın gör nə işvə, naz ilə gəlir.Gah yeriyir, gah da dönüb boylanır,Xumar, xallı ala göz ilə gəlir.
Dərdi deyim hansı qardaş, bacıya,Yanan tüstüm qalxır mənim bacaya.Yarım baxmaz nə cavana, qocaya,Vardır ürəyində söz ilə gəlir.
Əfqan aşiqindir, nəzər sal ona,Qulac qollarını dola boynuna.Gölündən ayrılmış yaşılbaş sona,İtirib ördəyi qaz ilə gəlir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/coban-efqan-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Yeri
Gözəl, sən ki seyrangaha çıxıbsan,Gəl belə sallanma, yolu düz yeri.
Eşitdim ki, yazıb FitrətEşitdim ki, yazıb Fitrət təzə bir şeri-nab indi¹,Cavan şairlərə söylər ki, versinlər cavab indi.
شمع رویت صفت نور تجلی داردبوی جان پرور زلفت دم عیسی دارد
Xoş xəbərdimiAğrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?