Страница 1 из 3

I

Yəqin, Samurun bəxti orda gətirməmişdi ki, qardaşı Haşım ondan böyük idi, çox böyük idi. Samur məktəbə gedəndə Haşım o məktəbin direktoru idi. Haşım o məktəbdə Samura beş-altı il dərs demişdi: evdə dərs, çöldə dərs... Üstəlik, Haşımın beyninə möhkəm yerləşmişdi ki, Samur oxuyan deyil. Haşım qət eləmişdi ki, məhz onun direktor olmağının sayəsində o məktəbdə müəllimlər Samura yaxşı qiymətlər yazırlar, amma, əslində, belə deyildi. Bunu onların anası Şövkət arvad hamıdan yaxşı bilirdi. Şövkət arvadın sağlığında, Haşım hər dəfə Samuru danlayanda, evdə bu barədə mütləq söhbət olurdu. Ana Samurun tərəfini saxlayırdı. Böyük oğluna: "Samur səndən ağıllıdır – deyirdi. – Bunun ürəyi səninkindən safdır"...

Şövkət arvad rəhmətə gedəndən sonra da qardaşlar iki il bir yerdə yaşadılar. Onda Haşım məktəb direktoru deyildi, kənd kosetinin sədri idi. Onda Samur da uşaq deyildi, yekə oğlan idi, səkkizinci sinfə keçmişdi. Qardaşı məktəbin direktoru olmasa da, yenə Samur əvvəlki qiymətlərini alırdı, amma Haşım Samuru yenə danlayırdı, indi daha tez-tez danlayırdı... Görünür, Samurun bəxti bir də orda gətirməmişdi ki, qardaşı Haşımın övladı olmurdu və onun arvadı Nübar cavan idi, çox cavan idi...

Bir axşam, çaydan-çörəkdən sonra, Haşım ayrılmaq söhbəti saldı. Dedi: ev sənin, eşik sənin, mən sabah Nubargilə köçürəm... Dedi: hələ ki, evlənməmisən, arvadım paltarını da yuyacaq, xörəyini də bişirəcək... Dedi: qurtardıq, daha mən sənə heç bir öyüd-nəsihət verməyəcəyəm, kefin necə istəyir elə də yaşa... Dedi: Hələ ki, əlin bir yerə çatmayıb, mən sənə həm qardaşam, həm atayam... Çörəyini də verəcəyəm, dedi, paltarını da alacağam... Papiros çəkirsən, dedi, bilirəm, ancaq onu bil ki, mən sənin papirosuna pul verməyə borclu deyiləm. Bir də onu bil ki, səndən adam olmayacaq, səndən heç vaxt adam olmayacaq, – dedi...

Onlar bu söhbəti eləyəndə qış idi. Bayırda şaxta vardı, qar vardı. Və bu söhbətdən sonra o qarlı-şaxtalı gecədə Samur çıxıb həyətdə oturub uzun müddət fikirləşdi ki, görən qardaşı ondan ayrılmağa niyə birdənbirə belə tələsir? Görən qışın bu soyuq vaxtında, bu qarda-qırğında Haşım niyə köçüb gedir, heç olmasa yazın açılmağını niyə gözləmir?.. O gün o həyətdə, o qarlı-şaxtalı gecədə Samur fikirləşdi ki, bəlkə onun özü bu evdən çıxıb getsin – elə bu saat, bu dəqiqə çıxıb getsin. Samur hara gedəcəyini də fikirləşdi, necə gedəcəyini də fikirləşdi. O, bircə Haşımın bu tələsik köçhaköçünün səbəbini ağlına gətirə bilmədi. Bu səbəbi Samur bəlkə heç vaxt ağlına gətirməyəcəkdi, bunu Samura dedilər, buna Samuru inandırdılar. Dedilər ki, qardaşın Nubarı qısqanır sənə. Haşım xəbisdi, dedilər, qəlbiqaradır. Və Nubar Samur üçün xörək bişirməyə gələndə, paltar yumağa gələndə Haşımın da hər dəfə onun dalınca düşüb bu evə gəlməyinin səbəbini kiçik qardaş yalnız bundan sonra başa düşdü. Samur bu barədə Haşıma heç nə demədi, çünki o hirsi, o hiddəti ifadə eləmək üçün söz az idi, söz heç nə idi, əgər ixtiyar özündə olsaydı, buna görə Samur Haşımı öldürərdi...

Bir dəfə, bircə dəfə onlar toqquşmaq dərəcəsinə gəldilər: Nubar evi yığışdırırdı. Haşım eyvanın məhəccərinə söykənib dayanmışdı, Samur yolun qarını kürəyirdi və Haşımın acığına qəsdən hüştürək çalırdı. Samur ona görə hüştürək çalırdı ki, Haşım hirslənsin, bir söz desin, ancaq böyük qardaş nə hirslənirdi, nə də bir söz deyirdi, məhəccərə söykənib lal-dinməz dayanmışdı və aşağıda cani-dildən hüştürək çalan Samur Haşımı o eyvandan götürüb kəlləsi üstə aşağı tullamağı, bir Allah bilir ki, nə qədər və necə arzu eləyirdi. Samur hüştürək çalırdı, qar kürəyirdi və eyni vaxtda da xəyalında qardaşını o eyvandan götürüb dalbadal yerə çırpırdı; Samurun xəyalında Haşımın başı əzilirdi, qolu-qıçı qırılırdı; Haşım it kimi zingildəyirdi və bu xəyali zingiltiyə qulaq asmaq Samura ləzzət verirdi... Böyük qardaşı olan yerdə o, ömründə hüştürək çalmamışdı. O heç vaxt Haşımın yanında papiros çəkməmişdi. O gün ilk dəfə Samur, qarı kürəyib qurtarandan sonra, gəlib eyvanda, qardaşının lap böyründəcə məhəccərə söykənib papiros yandırdı. O papirosun tüstüsü Haşımın nəfəsinə dəydi, Haşım öskürdü, ancaq yenə dinmədi, Samura heç nə demədi – ya qardaşının niyyətini başa düşmüşdü, ya da o gecə dediyi sözün üstündə Haşım axıracan möhkəm durmaq fikrində idi: “Qurtardıq, daha mən sənə heç bir öyüd-nəsihət verməyəcəyəm...” Nubar ev-eşiyi silib-süpürüb sahmana salandan sonra o gün də onlar həmişəki kimi dinməz-söyləməz çıxıb getdilər. O gün Samur hirsindən nə gündüz soba qaladı, nə axşam çıraq yandırdı; səhərisi Nubarı küçədə yaxalayıb dedi ki, bundan sonra onun evinə onlar bir də gəlməsinlər, ancaq elə həmin günün axşamı evə qayıdanda Samur Haşımı eyvanda gördü; Haşım orda hirsli-hirsli var-gəl eləyirdi: – Burda mənim ata-anamın ruhu var, – deyirdi. – Sən bunu bilməlisən. Nə qədər ki, mən sağam, gərək bu evdə çıraq yansın, qazan qaynasın. Gərək burda hər şey yerində olsun, çünki bir övlad kimi bu, mənim borcumdur... Bir də mən ölüm qabağında o arvada söz vermişəm. Demişəm ki, əlin çörəyə çatanacan baxacam sənə, səni ac-susuz qoymayacağam. Az qalıb, məktəbi qurtararsan, baxarıq. Kişi olsan, gərək özün özünü dolandırasan...

Sözünü deyib qurtarandan sonra da Haşım o axşam o eyvanda bir müddət var-gəl elədi, ancaq o axşam Samur qardaşına heç nə demədi, çünki daha söz deməyə Samurun heç bir həvəsi yox idi, çünki Samurda ogünkü hirsdən, ogünkü hiddətdən heç bir əsər-əlamət də qalmamışdı; elə bil Samur haçansa Haşımı bir dəfə doğrudan da bu eyvandan aşağı tullamışdı və indi bunu bir də eləməyə onun nə istəyi, nə ehtiyacı vardı...

Haşım köçüb gedəndən sonra Samur təklikdə-tənhalıqda, xüsusən gecə vaxtları, hərdən darıxırdı, sıxılırdı. Hərdən yatdığı yerdə Samuru qara basırdı və bunun dərdindən Samur çox vaxt çırağı səhərəcən yana-yana qoyurdu. Heç onu qara basmayanda da, gecələr çıraq işığında bəzən otağın hər yerində Samur anasının gözlərini görürdü: bir cüt göz eyni vaxtda min yerdən mehribanca Samurun üzünə baxırdı və onda Samur yorğanı başına çəkib, için-için ağlayırdı. Belə vaxtlarda, yalnız belə vaxtlarda hərdən Haşım da onun nəzərində birdənbirə doğmalaşırdı, əzizləşirdi; anasının gözlərinə baxa-baxa Samur hərdən Haşımın da gözlərini görürdü; Haşımın gözləri hərdən anasının gözlərinə yaman oxşayırdı – belə vaxtlarda Samurun Haşıma bərk yazığı gəlirdi və onda Samur, anasını unudub, Haşımı haçansa eyvandan baştüstə yerə salmağına ağlayırdı... Amma bütün bunlar yaxşı ki, yalnız gecədən-gecəyə baş verirdi. O, gündüzlər yenə azad olurdu, xoşbəxt olurdu və papirosunu damağına qoyub, hüştürək çala-çala məktəbə gedəndə Samur bu azadlığı – xoşbəxtliyi kənddə yol boyu nümayiş elətdirirdi.

II

Haşım sözünün üstündə axıracan möhkəm durdu. Hətta Samur məktəbi qurtarıb, instituta girmək üçün Bakıya gedəndə də böyük qardaş Samura heç bir öyüd-nəsihət vermədi. O, Samurun cibinə bolluca pul qoyub:

– Get, – dedi, – get baxtını sına, amma mən heç inanmıram ki, sən o instituta girə biləsən.

Ancaq instituta girmək, sən demə, ondan-bundan arayış almaqdan, gedib yayın istisində rayon mərkəzində şəkil çəkdirməkdən, məktəbin, bir ayağı kənddə, bir ayağı Bakıda alış-verişdə olan, direktorunu tapıb, attestata qol qoydurmaqdan qat-qat asan imiş. Samur nə imtahan verəndə bir damcı təlaş keçirdi, nə də qəbul kağızını alıb cibinə qoyanda zərrəcə sevinə bildi. O kağız cibində, Samur institutdan birbaş bazara yollandı, çünki Samurun bu şəhərdə tanıdığı yeganə adam (məktəbi Samurdan bir il qabaq qurtarıb, indi Bakı bazarlarından birində alver eləyən Ələkbər) o bazarda idi; onlar o bazarda, Samurun Bakıya gəldiyi birinci gündəncə tapışmışdılar, bir yerdə qalırdılar və qaldıqları evin yaxınlığındakı pivəxanada hər axşam adama bir krujka pivə içib, kəndqaydası saat doqquzda-onda gedib yıxılıb yatırdılar. O gün Ələkbər bazarda Samurun qəbul kağızına çox baxdı; axşamüstü həmin o pivəxanada da, Samur Ələkbərin təkidi ilə o kağızı bir neçə dəfə cibindən çıxarmalı oldu. Samurun qəbul kağızına Ələkbər işıqda, qaranlıqda, bu üzdən, o üzdən – hər tərəfdən dönə-dönə baxdı. O kağız elə bil qəbul kağızı deyildi, pul idi və Ələkbər o pulun qəlp olub-olmadığını yoxlayırdı...

Üç-dörd gün də Ələkbərin yanında yaşayandan sonra Samur instituta gedib, yataqxanada qalmaq üçün yer istədi, kağız istədi və o kağızı da Samura asanca yazıb verdilər. Həmin kağızla Samur yataqxanada asanca da yer alacağını zənn eləyirdi, bunun ayrı cür ola biləcəyi Samurun heç ağlına da gəlmirdi, ancaq yataqxananın komendantı Samuru başqa bir kağız dalınca yolladı – hamam kağızı, sanitar kağızı – guya bunsuz mümkün deyildi. O kağızın verildiyi yeri axtarıb tapanacan Samur, günortanın dəhşətli istisində, şəhəri ayaqdan saldı. O kağızın verildiyi yeri Samur axır ki, axtarıb tapa bildi, ancaq oradan kağız almaq Samurun işi deyildi, görünür, o yataqxanada yaşamaq Samurun alnına yazılmamışdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 мин

Стихи других поэтов