«Aləm olduqca...»
Qara Qarayev vəfat edib...
Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq.
Onun işıqlı və ağıllı gözləri bundan sonra yalnız televiziya və kino ekranlarından bizə baxacaq, o qaraşın, sərt və eyni zamanda mehriban sifəti bundan sonra biz yalnız qəzet və jurnal səhifələrində, kitablarda görəcəyik, dostların, yaxınların, sənətsevərlərin evlərindəki fotolarda, muzey zallarındakı portretlərdə görəcəyik.
Qara Qarayev vəfat edib...
Külək bir də heç zaman o qıvrım, gümüşü saçları qaldırmayacaq. Qarayev bir də heç vaxt paltosunun boyunluğunu qaldırıb, başını da bir balaca çiyninə qısıb, siqaret dalınca siqaret çəkə-çəkə Bakının küçələri ilə addımlamayacaq.
Bu ağır, bu qəmli dəqiqələrdə bizim təskinliyimiz nə ola bilər?
Qoca Dədə Qorqudun əlacsız və müdrik misraları bir daha yüzüncü dəfə, mininci dəfə mənim beynimdə səslənir:
Gəlimli, gedimli dünya...
Son ucu ölümlü dünya...
Və fikir məni qədimlərə aparır. Bizim ulu babalarımız Zərdüştü «böyük səadət və sərvət» sahibi hesab edirdi və bu böyük səadət, mənəvi sərvət «şən həyat, sevinc və əbədi şöhrət»dən ibarət idi.
Qarayev sənəti həyata çağıran, sevinc bəxş edən bir sənət idi. Həyatın mənası barədə düşündürən, yaşayışın fəlsəfəsini ehtiva edən bir sənət idi.
Mən nə üçün bu sənət barədə keçmiş zamanda danışıram?
Qarayev sənəti əbədi sənətdir.
Qarayev sənəti dünən də müasir sənət idi, bu gün də müasir sənətdir və sabah da müasir sənət olacaq.
İllər keçəcək, bizim balalarımız, bizim nəvələrimiz, nəticələrimiz atalarının, babalarının Qarayevlə tanışlıqları ilə, Qarayevlə məktublaşmaları, şəkil çəkdirməkləri ilə, canlı Qarayevi görməkləri ilə fəxr edəcəklər.
Bu gün olduğu kimi, sabah da xalqımız öz sənətkar oğlunun adını uca tutacaq.
Bu gün olduğu kimi, sabah da Qarayev sənətinin ölümsüzlüyü dünyanın ən böyük konsert salonlarından, opera və balet teatrlarından ana Azərbaycanın ölümsüz dühasından xəbər verəcək.
Bu gün olduğu kimi, sabah da Qarayev sənəti düşündürəcək və öyrədəcək, tərbiyə edəcək və yetişdirəcək.
Qara Qarayev vəfat edib...
Bu ağır, bu qəmli dəqiqələrdə elə bil ki, bir təskinlik kimi mən böyük Qarayevin böyük sələfi Sabirin misralarını eşidirəm:
Ölməyimlə sevinməsin əğyar,
Aləm olduqca, mən dəxi duraram!
Və bu misraları ağır, əbədi Qarayev musiqisi müşayiət edir...
14 may 1982.
Bakı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-alem-olduqca
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Paris hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara?O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən?
Üç xatirəI fəsilAxşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf baxdıq. İndi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı.
Birinci hissə, Iİlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı»pyesinin motivləri əsasında yazılmışdır.
Birinci hissə, IINicat səmənd ürgənin cilovunu buraxdı və at elə bil ki, çoxdan belə bir əmin-amanlığın həsrətindəymiş kimi, başını aşağı salıb yavaş-yavaş otlamağa başladı.Şahnaz xanımla Nicat çəmənlikdə salınmış xalçaya tərəf gəldilər və qız gələ-gələ də soruşdu:
Стихи других поэтов
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm