Aysunun adı Aysu idi, amma güllər, çiçəklər, yaşıl, yamyaşıl otlar öz aralarında Aysuya «Gilas qız» deyirdilər, öz aralarında pıçıldayırdılar:

– Gilas qız gəldi...

– Gilas qıza bax...

– Oy, qıza bax...

– Oy, Gilas qızın bantı nə qəşəngdi!..

Əhvalat isə belə olmuşdu... Mən danışım, siz qulaq asın.

Aysugilin kənddəki evlərinin həyətində güllərin, çiçəklərin, yamyaşıl otların arasında böyük bir gilas ağacı var və həmin yay o gilas ağacı o qədər bar gətirmişdi ki, ağırlığından budaqlarının ucu sallanıb, az qala, torpağa dəyirdi. Amma gilaslar hələ yetişməmişdi.

Aysu hər gün səhər tezdən yerindən duran kimi evlərinin pəncərəsindən o gilas ağacına baxırdı ki, görsün, gilaslar yetişib qıpqırmızı qızarıb, yoxsa yox?

Aysu tələsirdi, gilasların yetişib qızarmağını gözləyirdi. Gilaslar isə tələsmirdi, çünki atalar deyib ki, tələsən tələyə düşər. Düzdü, bunu atalar deyib, amma Aysuya bunu Aysunun nənəsi demişdi. Tələsmək lazım deyildi, Aysu bunu bilirdi, amma Aysu çox tələsirdi, çox istəyirdi ki, o gilaslar tez yetişsin, tez qızarsın, qıpqırmızı olsun.

Nəhayət, günlərin bir günündə səhər Aysu yenə də yuxudan oyandı, pəncərədən o gözəl gilas ağacına baxdı.

Oy!.. Gilas ağacının üstündə qırmızı gilaslar var idi. Bir gilas... İki gilas... Üç gilas...

Aysu daha böyük qız idi, daha iki yaşı tamam olmuşdu, üç yaşına – üç e! – keçmişdi, ona qədər saya bilirdi.

Bax, dörd qırmızı gilas... Beş qırmızı gilas...

Aysu qaça-qaça həyətə çıxdı və qaça-qaça da həyətdəki güllərin, çiçəklərin, yamyaşıl otların arasından keçib gilas ağacının yanına gəldi.

Bir... iki... üç... dörd...

Dörd qırmızı gilas da, yox, yox, ode, biri də var... beş qırmızı gilas da ağacın lap aşağı sallanmış budaqlarında idi və Aysu ayaqlarının ucuna qalxsaydı, əli o gilaslara çatardı.

Bax, bax, bu... bu bir qırmızı gilas!..

Aysu tək o gilası dərdi, tez də ağzına qoyub yedi.

O biri gilaslar qoşa saplaqlarda idi, ikisi bir, ikisi də bir.

Aysu yenə ayaqlarının ucuna qalxdı, əlini uzatdı, başını uzatdı, axır ki, o iki cüt gilası da ağacdan dərdi.

Bu gilaslar elə iri idi, qırmızı idi, günün altında elə par-par parıldayırdı ki!..

Əlbəttə, Aysu o gilasları da yemək istəyirdi, çünki Aysu gilası çox xoşlayırdı, ona görə də o gilası da çox yemək istəyirdi, amma o gilaslar elə gözəl idi!..

Aysu o dörd gilası yemədi, qoşa saplaqların birini bir qulağından, o birini də o biri qulağının üstündən keçirtdi və o gözəl gilaslar iri, qırmızı sırğalar kimi Aysunun qulaqlarından sallandı...

Həmin səhər çağı Aysugilin həyətindəki güllər, çiçəklər, yamyaşıl otlar da yuxudan təzəcə oyanmışdılar və gilas ağacından bir az kənarda bitmiş ağ çiçək də ləçəklərini tamam açmışdı.

O çiçək əvvəlcə Günəşə baxdı, sonra gilas ağacına baxdı, sonra da gilas ağacının yanında dayanmış Aysuya baxdı. Baxdı və təəccübündən donub qaldı: axı, ağ çiçək bilirdi ki, gilas, ancaq ağacda bitər, amma indi bu qızın xurmayı saçlarının altında, hər iki qulağında gilas bitmişdi.

Ağ çiçək heyrətlə pıçıldadı:

– Vay!.. Gilas qız!..

O gündən də həyətdəki bütün güllər, çiçəklər, yamyaşıl otlar Aysunu «Gilas qız» çağırdılar, Aysunu görən kimi pıçıldaşırdılar:

– Gilas qız gəldi...

– Gilas qıza bax...

– Oy, Gilas qızın bantı nə qəşəngdi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

X fəsil

Əhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna, səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin

6 мин
XI fəsil

Kolxoz kişinin yaşı altmışı hələ keçməmişdi, saç-saqqalı isə ağappaq idi, amma məsələ saç-saqqalın ağlığında deyildi, onda idi ki, Kolxoz kişi cavan vaxtlarından özünü ağsaqqal kimi aparırdı, duruşunda, oturuşunda, danışığında elə o vaxtlardan ağsaqqallıq ədası var idi və elə ki, üzünə-başına dən düşməyə başladı, şəstlə özü özünə ağsaqqal dedi, az qala, özündən böyük kişilərə: «– Ə, a bala!..»– deyə müraciət etdi və Azərbaycanda, o cümlədən, gözəl Şuşada müstəqillik və ərazi bütövlüyü uğrunda xalq hərəkatı başlayanda, bu hərəkatın fəal üzvlərindən biri oldu, Kommunist partiyasının əleyhinə hansı sənəd yazılırdısa, Mixail Qorbaçovun Dağlıq Qarabağı Ermənistana vermək istəyinə hansı etiraz bəyanatı qəbul edilirdisə, özü öz adını çəkib:– Kolxoz kişinin adını birinci yaz! – deyirdi, boylanıb öz adını kağızda birinci görməyəndə də narazılıq edirdi: – Ə, adam ağsaqqalın sözünə baxar!

1 мин
XII fəsil

Şuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsindən üzü-yoxuşa qalxırdın – Azərbaycan yazıçılarının dördmərtəbəli gözəl bir Yaradıcılıq Evi (şuşalılar ora «Yazıçılar Evi» deyirdi) var idi və elə ki, yay başlayırdı, yazıçılar Bakıdan ailələri ilə ora gəlirdilər, dincəlirdilər və yaradıcılıqla məşğul olurdular.Arsen Allahverdiyan uzun illər idi ki, o Yaradıcılıq Evinin həm komendantı idi, həm təsərrüfat müdiri, həm də gözətçisi, bir sözlə, yay-qış ailəsi ilə birlikdə o Evin birinci mərtəbəsində daimi yaşayan, həm Azərbaycan Yazıçılar İttifaqından aldığı maaşla, həm də Yaradıcılıq Evinin həyətində əkdiyi kartofun qazancı ilə ailəsini dolandıran bir erməni idi.

3 мин
XIII fəsil

Əvvəllər – Buzovna Fəhlə Yataqxanasında təzəcə məskunlaşdıqları vaxtlar – onda hələ məktəbə getmirdi – Əbülfət fəhlə yataqxanasının həyətinə düşüb uşaqlarla futbol oynayanda bu qıvrımsaç, qarabuğdayı, amma göy gözlərindən cin yağan uşağın oyunu hamını məəttəl qoymuşdu və illər keçdikcə, onun şöhrəti bütün Buzovnaya yayıldı. Buzovnalı cavanlar, ümumiyyətlə, futbol həvəskarları Yataqxananın həyətinə yığışıb onun oyununa tamaşa edirdi.Yataqxananın həyətinin bir böyrü gedib Buzovnadakı Beynəlxalq «Gənclik» Düşərgəsinin hasarına dirənirdi və orada dincələn xaricilər də hərdən gəlib Əbülfətin futbol oynamağına tamaşa edirdilər və deyirdilər bu uşaq böyüyəndə, Fransa, İngiltərə, lap elə Amerika onun üstündə bir-biri ilə dava edəcək, o deyəcək ki, mənim komandamda oynasın, bu deyəcək ki, yox, mənim komandamda oynasın, özü də milyonçu olacaq və bu «milyonçuluq» söhbəti gedib Səyyarəyə çatanda, arvadın içinə bir şəst dolurdu ki, elə bil, elə indi, Buzovnadakı bu Fəhlə Yataqxanasındaca milyonçu olublar və elə o zaman da xüsusi gəlib Yataqxananın həyətində bu şuşalı balasının futbol oynamağına baxan Bolelşik Bufetçi İbadulla onun adını «Eysebio» qoydu və o vaxtdan da Əbülfət bütün bu tərəflərdə Eysebio kimi məşhurlaşdı, onun sorağı gedib Bakıya çıxdı və Əbülfəti Bakıya apardılar, futbol təmayüllü internat məktəbdə oxudu və çox çəkmədi ki, onu Azərbaycanın gənclərdən ibarət yığma komandasına daxil etdilər.

2 мин

Стихи других поэтов