Hesab 803 manat elədi.

Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

Züleyxa redükülünü açıb onluq çıxartdı və xörəkpaylayana verdi.

Xörəkpaylayan pulun artığını qaytarmaq üçün ciblərini qurdalayanda Züleyxa:

– Artığı lazım deyil... – dedi.

Əlipaşa hamı ilə, hətta, o professor qadın ilə də qucaqlaşıb, öpüşüb Züleyxa ilə birlikdə «Sağlamlıq» restoranından çıxmaq istəyəndə müdir Əlimuxtar müəllim onlara yaxınlaşıb:

– Bütün ömrüm boyu... – Amma dodağı qaçdı, qəhərləndi və sözlərinin dalını deyə bilmədi.

İçəridə isə, bufetdə yazıq Mürsəlin gözləri eləcə bərələ qalmışdı.

Klarnetçalan şair Səlim Sürəyyadan sonra, bir az dincəlirdi, orkestr isə asta-asta «Yar bizə qonaq gələcək»... havasını çalırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов