Görməmişdik səksən ildəBir belə yaman bahalıq.Dad! Həzər dad! ƏlindənÇəkirik aman bahalıq!Mal satan taxıl satanSatırlar iman bahalıqGen dünya bizim üçünOlubdu zindan bahalıq!Günü-gündən dərdimizEyləyir tüğyan bahalıq!

İndən belə başımızdaNamərdlərin töhmətidiHansı məclisə gedirsənArpa darı söhbətidi:Qartop ilə ayran aşıSüfrəmizin nemətidi:Buraya bahalıq salanQeyri yerin millətidi:Nə işə əl atırıqsaOluruq peşman bahalıq!

Nə mal yoxdu sataq yerdəNə də keçi toğlu qoyun:Əkmədik qardalı darıBaşımıza gəldi oyun:Ağ lavaşı bəyənməyənİndi arpa cadı yeyinƏləsgərin bu dərdiniGedin dərd bilənə deyin:Ac susuz açıq çılpaqSürürük dövran bahalıq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов