O cəllad qaşların qəhri, qəzəbiQəsd eylər cismimdən canı dağıtsın.Gözün talan salar Azərbaycana,Dilin istər, Alosmanı dağıtsın.

Sürahi gərdənli, qəddi mötədil,Zəbərcəd kəlməli, misali-bülbül.Allahı sevərsən, bircə danış, gül,Dərdi, qəmi, bu sevdanı dağıtsın.

Uruhum, cismanım, nəbzim, həyatım,Zinətim, zivərim, adım, isbatım.Lisanından gəlməyəndə baratım,Naləm istər bu dünyanı dağıtsın.

Ələsgərəm, yandım, aman, əl-aman!Belə mürvət olmaz, ay qaşı kaman!Hər kim dostdan dosta qandırsa yaman,Tufanasın kərəm kanı dağıtsın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе