Görmədim
Bivəfanın,müxənnəsin, nakəsin,Doğru sözün, düz ilqarın görmədim.Namərdin dünyada çox çəkdim bəhsinNamusun, qeyrətin, arın görmədim.
Namərdi özümə mən dost eylədim,Yolunda canıma çox qəsd eylədim.Söyütdən bağ saldım, peyvəst eylədimAlmasın, heyvasın, barın görmədim.
Nəfs aldatdı, hər yetənə xan dedim,Bihuda kollara gülüstan dedim,Əbəs yerə bivəfaya can dedim,Zəhmətin çox çəkdim, karın görmədim.
Huşum çaşdı, düşdüm olmaz oyuna,Yetmədim gözəlin əsli soyuna,Aşiq oldum simasına, boyuna,Hayıf ki, kamalda dərin görmədim.
Ələsgər, elmində olma nabələd,Doğru söylə, sözün çıxmasın qələt.Şahiddə iman yox, bəydə ədalət,Qazıların düz bazarın görmədim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-gormedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dağlar sinəsində lalə seyr edər,Səri səcdə qılar ayaq- ayağa.
Ay eylər qıj-qıjQeyz eyləyər, çən çəkilər dağlara,Qəhrindən yelləri ay eylər qıj-qıj.
ÇataçatEl yeridi, yalqız qaldın səhrada,Çək əstərin, çal çatığın çata-çat.
Nədi adı (dodaqdəyməz təcnis)Şəriətlə təriqəti seçənlər,Təriqətlə həqiqətin nədi adı?