Görürsənmi oğrun baxan gözəli
Görürsənmi oğrun baxan gözəli,Tərlan kimi necə cilvələnibdi?!Öz nurundan xəlq eyləyib ilahi,Gözləri qüdrətdən sürmələnibdi.
Xoş saatda xoş gəlibdi cahana,Yoxdu gözəlliyə qüsur, bəhana,Qənd əzilib dilə, dişə, dəhana,Qaymaq dodaqlara bal bələnibdi.
Ələsgər qurbandı belə gəlinə,Sona kimi cumub eşqin gölünə,Gümüş kəmər xub yaraşır belinəYaxası qızıldan düymələnibdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-gorursenmi-ogrun-baxan-gozeli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Olsun
"Çəkildi" deməkdə sözün qələtdi,Kalamın özünə aşikar olsun.
SığışmazBaxtım tərəqqidə, işim tənəzzül,İki sifət bir iqbala sığışmaz.
Şair NağıQarışdırma Şəmşəddini, Göyçəni,Kəndindən kəndimə yaz, Şair Nağı!
Uzaq vilayətdən qız sevən oğlanUzaq vilayətdən qız sevən oğlan,Yaxın qonşusundan soruş halını.