Başına döndüyüm, ay telli sənəm,Qovma dərgahından, sayılam, məni!Ölləm bu dərd ilə, mən dirilmərəm,Çalıb zülfün kimi say ilan məni.

Tifil fəğan eylər şirin yolunda,Rübah dura bilməz şirin yolunda.Ölsəm Fərhad kimi Şirin yolunda,Adam sayar adam sayılan məni.

Ələsgər, səp dil mürgünə səğər dən,Mövla məhəbbətin kəsməz sağ ərdən.İnşallah, qurtarar nari-səğərdənMərhəməti – “ayın”, sayı “lam” məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов