Sini-sin
Hicran düşgünüyəm, gözəl müştağı,Axtarıram bu dünyanı sini-sin.Mürği-ruhum getməz səndən irağa,Qonşun ollam, qəbul etsə sini sin.
Dost bağında bülbül qonmuş a dala,Nazlı dilbər zülfün töküb a dala.Mərd istər ki, çörək verə, ad ala,Namərd gözlər mərd iyidin sinisin.
Ələsgərəm, mən də içdim badə hey,Əbcəd hesabıyla seçdim “ba”də “hey”.Xəstə cismin tab eyləmir bada hey,Heç demirsən: “Gir qoynuma, sin, isin”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-sini-sin
Клавиши ← → для перехода, R — случайное стихотворение