Yaradar məni
Xudam məni, səni yoxdan yaradıb,Sən də bircə milçək yarat, ərməni!Bir qönçə bitəydim dostun bağında,Dilimlə deyəydim yara: dər məni!
Tutmuşam dəstimdə gözəl nizamı,Firdovsi, Füzuli, gözəl Nizami.Təqdiri-qüdrətin gözəl nizamıMana dərdi verib, yara – dərməni.
Hilal qaşın bənzətmərəm dər yaya.Yazıq Ələsgər, dastan elə, dər yaya.İstəsə, kül eylər, qatar dəryaya,Yaratsa, təzədən yaradar məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-yaradar-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zər-ziba xələti pünhan eylədin,Biçdirdin qəddimə nəs ağı belə.
Sarı, görəndəТворец тебя создал в прекраснейший день,Мечты о тебе я на сердце ношу,
Sayılam, məniBaşına döndüyüm, ay telli sənəm,Qovma dərgahından, sayılam, məni!
Sini-sinHicran düşgünüyəm, gözəl müştağı,Axtarıram bu dünyanı sini-sin.
Стихи других поэтов
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Atamın dərdiAtamın böyükdü dərdi,Deyərdi: