Şair
Şair Rəsul Rzanın 50 illiyi münasibətilə
Dünyada çoxdur şair,Necə sayım onların hamısını birbəbir.Şair var ki, ömrünüBaşlamamış bitirir.
Cansız əsəriylə bir,Ömrünü də itirir.Şair var ki, ümidiQafiyəyə, vəznədir.
Şair var ki, özünüBaşqasına bənzədir.Amma şair də var ki,Zamanın doğma oğlu;İdrakın zirvəsindən,Hissin yanğınlarındanKeçir şeirinin yolu.Əsrin ahəngi - vəzni,Müqəyyəd qafiyəsi.Gah qovuşan cüt ürək...Gah da ki orkestrinToqquşub şaqqıldayanQoşa zərb alətitək...Misraları gah AyınDənizə salladığıNur zolağıtək oynaq.Gah da ağır qatarlıQoşa rels kimiDümdüz,Qüdrətli, güclü, parlaq,Gah qısayol...Məqsədə tez yetirənkəsə yol...Gah da ki, bu dünyanınSinəsinə dolananEkvatorlaMeridian.Belə şair də vardır:Onun ömrünün yoluBir əbədi yazadır.O, sözlər sərkərdəsi,Fikirlər qəhrəmanıŞair Rəsul Rzadır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-sair
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
MəhəbbətNeçə qərinə görmüsən,Kimə şadlıq,
Mollanın yuxusuGecə yatmışdı bir nəfər molla,Yuxuda gördü bir qısa rö’ya:
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.