İnsan qüdrəti
Deyirlər hər nə varsa – səma da, ay da, gün dəYaranıb ki, sınasın insan iradəsini.Uca dağlar yaranıb zirvə olsun üstündə,İnsanlar fəth eləsin dağların zirvəsini.
Uca dağlar yaranıb obaların, ellərinSədd olsa arasında insanlar yarsın onu.Çay yaranıb dodağı yanan zaman çöllərinİnsanlar məcrasından çölə aparsın onu.
Çay yaranıb, görsün ki, insanlar bir-birinəHəsrət qalsa, üstündən körpü sala bilirmi.İnsan düşsə zamanın zülmət gecələrinə,Onun büllur suyundan işıq ala bilirmi.
Sonsuz fəza yaranıb sınasın insanları,Görsün insan quş kimi qanad aça bilirmi.Yalan, riya yaranıb sınasın insanlarıGörsün bəd əməllərdən insan qaça bilirmi.
Despotlar yaranıb ki, məhbəs tiksin insana,Görsün daş zindanları insan yıxa bilirmi,İnqilablar yaranıb nur gətirsin cahana,Görsün insan hər şeyə açıq baxa bilirmi.
Dünya qara geyinər insan müti olarsa,Ətalət nəğmə deyər insan qıssa səsini.Təbiətdə, həyatda əzəl gündən nə varsaYaranıb ki, sınasın insan iradəsini.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-insan-qudreti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Cücələrim birər-birər,Suyu görüb yavuq gələr,
AktyorDünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül