Birinci hissə, on doqquzuncu fəsil
Qapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.
– Salam, Simin, xoş gəlibsən!
– Sağ olun, ağa.
– Keç içəri, qapıda niyə durubsan?!
Siminin yanaqları qızarmışdı. Qara saçından ayrılmış iki-üç tel alnına düşmüşdü. Əynində qara rəngli nazik palto vardı. Təzə almışdılar deyəsən. Ayaqqabısı da təzə idi. yaylığı da. Simin qətiyyətsiz addımlarla otağa daxil oldu. Ancaq bu zaman Elməddin gördü ki, qızın əlində tor zənbil, içində göy rəngli qazança var. O, qazançanı divarın dibinə qoyub bayaqdan bəri ilk dəfə baxışlarını qaldıraraq Elməddinin üzünə nəzər saldı və utana-utana gülümsündü:
– Sənin üçün düşbərə bişirib gətirmişəm, ağam! — dedi. Səsi titrəyirdi. Bədəninin uçunduğunu Elməddin də hiss eləyirdi.
– Nə əziyyət çəkirdin, Simin?!
– Dedim bu gün istirahət günüdü, evdə olarsan. Bişirdim, gətirdim...
– Çox sağ ol, Simin!.. Elə indicə yadıma düşmüşdün,— dedi Elməddin və özünün də qızardığını duydu. Həyəcanlanmışdı. Heç bilmirdi nə desin, nə eləsin. Deyəsən, qız da çaşıb qalmışdı. Birdən Elməddin xatırladı ki, o, paltosunu soyunmayıb, dedi: — Balapuşunu çıxart, Simin — və özü əl yetirdi, qıza kömək elədi, paltosunu alıb mıxçadan asdı. Simin altdan qırmızı jaket geymişdi. Əyninə kip oturduğundan balaca, daş kimi döşləri qabarıq görünürdü. Elməddin qızın sinəsinə baxmamağa çalışaraq geri çəkildi, onu yuxarı başa dəvət elədi.
– Gəl otur, Simin. Evdə nə var, nə yox? Anangil, uşaqlar necədi, balaca Vətənyar neyləyir?! Qız oturmadı, ayaq üstə cavab verdi:
– Hamısı yaxşıdı, ağam.
– Əhədulla evdədi?
– Yox, sübhdən gedib. Maşın alandan sonra daha qibləgahımın üzünü az-az görürük, ağam. Səhər gedir, bir də gecəyarısı qayıdır.
– Neylək, qoy işləsin. Gəzən ayağa daş dəyər. Qoy qazansın...
– Dilindən düşmür sənin adın qibləgahımın, ağam... Elməddin onun sözünü kəsdi:
– Simin!
– Nədi, ağam?
– Səndən bir xahişim var...
– Xahiş? — Simin nazik qaşlarını çatdı. — Nə xahiş, ağam?
– Mənə «ağam» demə, olar?
– Deməyim?
– Hə!
– Bəs nə deyim, ağam? Elməddin ürəkdən güldü:
– Əcəb yerinə yetirdin xahişimi! Mən deyirəm mənə «ağam» demə, sən yenə deyirsən «ağam». Simin də güldü:
– Dilim öyrəşib, a… E, yenə çaşmışdım... Yaxşı, bəs nə deyim?
– Elə-belə, adımı de, Elməddin... Yaxşımı?..
– Baş üstə... Ancaq çaşanda məni qınama... Yaxşı?
– Yaxşı... Gəl otur, sənin üçün çay hazırlayım...
– Yox, yox, nə danışırsan? Mən... sən otur... mən xörəyi də qızdırım... çay da qoyum...
– Sən qonaqsan axı... Ev yiyəsinin borcudur ki, qonağına qulluq eləsin...
– Mən elə qonaq deyiləm, a... Elməddin... — dedi və az qala çaşacağına yenə güldü. Sonra evə göz gəzdirdi, soruşdu:
– Xoşuna gəldi? Yaxşı bəzəmişik evi?
– Hə, Simin. Əladı. Xoşum gəldi. Hər şey öz qaydasındadı, yerindədi. Ancaq o şəkli, — divara işarə elədi, — mən sənə bağışlamışdım axı. Bura niyə gətirib vurmusan?
Simin indiyənəcən görmədiyi bir şəklə baxırmış kimi, gəlib qənşərində duraraq öz əksinə xeyli tamaşa elədi va asta səslə dedi:
– Onun yeri elə burdadı... O sənin əsərindi, mənə həsr eləsən də, gözünün qabağında olmağı yaxşıdı, Elməddin. Qonşumuzun qızından bir kitab alıb oxumuşdum, orada yazırdı ki, sənətkarın əsəri onun ömrünün, ürəyinin bir parçasıdı, ona görə o əsərlər övlad kimi yaradanı üçün əziz olurlar. Yəqin bu da sənin üçün əzizdi, Elməddin...
– Düzü, çox əzizdi, Simin. Ona görə əzizdi ki, orda sən varsan, Simin!..
Yeniyetmə, dünyanı təzə-təzə dərk eləməyə başlayan, qızlar bulağından yenicə su içib sonalanan Simin üçün bu anlar çox şirin idi, fərəh, sevinc dolu anlar idi bu anlar. Hələ heç kəslə oturubdurmayan, kimsədən belə sözlər eşitməyən bakirə xəyallı qız üçün; dumanlı da olsa, bu səadət böyük və unudulmaz səadət idi. Bunu dərk eləyirdi, bədəni, bütün vücudu od içində yanırdı. Yerindən tərpənməyə qorxurdu, elə bilirdi, hərəkət eləyərsə, bir söz deyərsə, o xoş, sevinc dolu anlarla bəzənmiş səadət dünyasını uçura bilər...
Sükut davam eləyirdi, Elməddin isə düşünürdü ki, gör Simin necə də başa düşəndi; kitab oxuyub, sənətkarın əsərinin onun üçün necə əziz olduğunu anlayıb və şəkli gətirib bura, Elməddinin gözünün qabağına vurub. Bunu şübhəsizdi ki, Zərrintac eləməzdi. O, birgə yaşadıqları müddət ərzində laqeydliyi, kobudluğu, qanmazlığı üzündən Elməddinin çox fikirlərinin—yaşamağa, yaşatmağa qadir olan çox fikirlərinin qatili olub onları doğulmamış, kağız üzərində dünyaya gəlməmiş məhv edib, öldürüb, boğub. O, Elməddinin ürəyini də, qələmini də öldürmək istəyirdi. Ancaq, xoşbəxtlikdən, bacarmadı, gücü çatmadı. Nə yaxşı ki, bacarmadı, gücü çatmadı. Nə yaxşı ki, o təslim olmadı, ürəyini, qələmini, azadlığını, süslü həyata, milyonların göz qamaşdıran işığına qurban vermədi. Onun qəlbində yatan sərvət hara... Zərrintacların, Nəcməddinlərin sərvəti hara? Şairanə hisslər, məhəbbət dolu duyğular aləmində o parıltılı sərvət necə də sönük görünür.
Simin o sözlərdən sonra Elməddinin üzünə baxmağa cəsarət eləməyərək yan otağa sivişib keçdi. Xörəyi qızdırdı. Stolun üstünü qaydaya saldı. Çörək, boşqab, duz, istiot qoydu. Sonra Elməddini səslədi:
– Gəl, hazırdı, Elməddin... Elməddin süfrəyə nəzər saldı:
– Bəs boşqab niyə birdi, Simin? Axı biz iki nəfərik?
– Yox, mən yemirəm, Elməddin. Evdə yeyib gəlmişəm.
– Elə şey yoxdu, sən yeməsən, mən də yeməyəcəyəm.
– Vallah, toxam.
Elməddin başını buladı, heç nə demədən mətbəxdən boşqab, qaşıq gətirdi, özü qazançadan iki çömçə xörək çəkdi, stolun üstünə qoydu. Stulu irəli itələdi, pəncərənin qırağına söykənib dayanmış Siminbərin əllərindən tutub stulda oturtdu:
– Sən burda, mən orda... Yeyəcəyik, Simin. Simin ona baxıb yenə gülümsündü:
– Sən ye, mən sənə baxım.
– Yox, sən ye, mən sənə baxım.
– Onda gəl belə eləyək; ikimiz də yeyək, ancaq bir-birimizə baxmayaq...
– Hə, o da olar.
İkisi də qaşığı götürdü, yeməyə başladılar. Lakin Simin ikinci qaşıqda hiss elədi ki, Elməddin ona baxır. Kirpiklərini qaldırmaq istəyəndə Elməddin boşqaba nəzər saldı. Bir azdan sonra isə gördü ki, Simin baxır ona bu dəfə. Və ikisini də gülmək tutdu. Simin çeçədi. Elə çeçədi ki, gözləri yaşardı. Elməddin onun yaşarmış gözlərinə fikir verdi: indi o gözlər daha da qəşəng idi.
Sonra çay içdilər. Zərrintacdan danışdılar. Sən demə, o uğursuz gecə, Zərrintac Elməddini evə buraxmayanda Simin səhərəcən yata bilməyib. Zərrintaca elə nifrət eləyib ki... Elməddinin ondan tamam-kamal ayrıldığını eşidəndə çox sevinib Simin. Elməddinə hədsiz yazığı gəlirmiş, sən demə. Elə arvada rast gəldiyinə görə... İndi ondan uzaqlaşdığına çox şaddı.
Axşamçağınacan oturdu Simin. Evi sildi-süpürdü. Qab-qaşığı yuyub yerinə qoydu.
– Hə, indi mən gedim!—dedi. Ancaq bu sözləri dili deyirdi, əslində heç getmək istəmirdi. Lakin getməli idi.
– Gedirsən?.. — Elməddin onun hazırlaşdığını görüb kədərləndi.
– Hə.
– Simin! — deyə o, ani sükutdan sonra çətinliklə dilləndi. — Sənə bir söz demək istəyirəm.
– De, nədi ki?
– İstəyirəm... Sən... mənim yanımda qalasan...
– Bu gecə?..
– Yox, həmişə...
– Qulluqçu?
– Yox... İstəyirəm ki, bəzəyib düzəltdiyin bu evin... xanımı da özün olasan...
—…
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-on-doqquzuncu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
Birinci hissə, beşinci fəsilKimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
Birinci hissə, altıncı fəsilAraya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Birinci hissə, yeddinci fəsilXüsusilə, Tanrıgül dastanı, xüsusilə, mövcud olduğunu belə bilmədiyi oğlunun dastanı… Maraqlı bir nağıla oxşayırdı bütün bunlar.Amma beyin də canlıdı ⎯ onun ayıq, işləyən vaxtı olduğu kimi, sən istəməsən belə, yatan, susan və dincələn zamanı da olur ⎯ Leylanın beyni yorulmuşdu, Aslanın ömür kitabının bu qədər maraqlı olmasına baxmayaraq, Leylanı mürgü qanadları üstünə alıb insanı bu dünyadan ayırmağa qadir yuxu aləminə apardı və bu yuxu, az qala hər şeyi görən, bilən o dərdli, nisgilli, yatmış qızı bir gözələ döndərdi.
Стихи других поэтов
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
GörmənəmEy ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
Ənbərin, zülfinmidir, ya müşki-tatarın dururƏnbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
Üç il, beş il, on beş ilYaxşı dostun mən sirrini açmaram,Assalar da üç il, beş il, on beş il.