Birinci hissə, yeddinci fəsil
Xüsusilə, Tanrıgül dastanı, xüsusilə, mövcud olduğunu belə bilmədiyi oğlunun dastanı… Maraqlı bir nağıla oxşayırdı bütün bunlar.
Amma beyin də canlıdı ⎯ onun ayıq, işləyən vaxtı olduğu kimi, sən istəməsən belə, yatan, susan və dincələn zamanı da olur ⎯ Leylanın beyni yorulmuşdu, Aslanın ömür kitabının bu qədər maraqlı olmasına baxmayaraq, Leylanı mürgü qanadları üstünə alıb insanı bu dünyadan ayırmağa qadir yuxu aləminə apardı və bu yuxu, az qala hər şeyi görən, bilən o dərdli, nisgilli, yatmış qızı bir gözələ döndərdi.
Aslan isə mətbəxdəydi. Leyla səhv eləmişdi. Aslan orada yemək-filan tədarükü görmürdü və bu, heç onun yadına da düşmürdü. Çünki o, o ki, var «yemişdi». Azca əvvəl olan o dəhşətli söhbətdən sonra içini, beynini, ürəyini elə bil qarışdırmışdılar. Heç nə düşünə bilmirdi. İflic olmuşdu sanki. Ağlına təkcə bu gəlmişdi ki, soyuducudakı üç konyakdan birini götürüb qabağına qoymuşdu və keçən həftədən qalmış, üzü əprimiş kəsik yemişi dilimləyib dalbadal içirdi. Leylanın yanında bu qədər içə bilməyəcəyini düşünmüşdü ⎯ yəqin icazə verməyəcəkdi və o da Leylanın sözündən çıxa bilməyəcəkdi. Buna görə, indiki halında qəbul elədiyi ən ağıllı və düzgün qərar bəlkə elə bu idi. İçirdi, içirdi, ürəyində kəsik-kəsik öz-özünə danışırdı.
«Bədbəxt adam! Sən dünyanın ən bədbəxt adamı imişsən, Aslan! Necə də avam olmusan sən! İndiyə qədər elə bilirdin sən çox ağıllı adamsan, xoşbəxt adamsan. Amma sən demə, özün-özünü aldadırmışsan. Vəzifən vardı, pulun vardı ⎯ elə bilirdin hər şeyin var. Elə bilirdin bunlar xoşbəxtlik üçün kifayətdir. Sən eyş-işrət məclisləri qururdun ⎯ gözün tutan, xoşuna gələn qızlarla, qadınlarla keflər çəkirdin ⎯ elə bilirdin dünyanın bəxtəvəri sənsən. Aman Allah, necə də səhv eləyirmişsən, Aslan! Axı mən səni qazdan ayıq bilirdim, kişi! Nə? Kişi? Sən niyə kişi olursan, ay bədbəxt? Kişi bilirsən kimdi? Əsl kişi odu ki, papağı başında salamatdı, yəni bir köpəkoğlu onun anasının, bacısının, arvadının, sevdiyinin namusuna əl uzatmayıb. Anası, bacısı, arvadı, sevdiyi hardasa, haçansa, kimin yanındasa papağını yerə soxmayıb. Bax, əsl kişi odu, Aslan! Sən niyə kişi deyirsən özünə? Yox, daha sənin özünə kişi deməyə haqqın yoxdu, Aslan! Siranuş sənin papağını bir gədənin ayaqları altına atıb tapdamadı? Bir gədənin? Bəs… o birilər?.. Uzun-uzun illər… mən… Gör hələ o zaman Qasan Qasanıç ⎯ gorun çatlasın, o biri köpəkoğlu ⎯ sənin də gorunu… ⎯ mənə necə baxırmışlar, haqqımda nələr düşünürmüşlər, aman Allah! «Mən sənin arvadınla…» Tfu sənin cəmdəyinə! Alçaq, murdar qadın».
Dəli kimi danışırdı öz-özünə. Yanırdı, yaxılırdı. Tüstüsü təpəsindən çıxırdı. Süzür, içirdi. İçdikcə də gözləri qızarır, başı fırlanırdı. Tərləmək adəti yox idi, amma indi bədəni su içindəydi. Yemiş qurtarmışdı. Konyakı elə-belə, su kimi içirdi. Tənbəllikmi eləyirdi, ağlınamı gəlmirdi ⎯ qalxıb soyuducudan mer-meyvə, pomidor-xiyar da götürmürdü. Şüşənin dibindəkini stəkana boşaldıb qızarmış gözlərini yumdu, konyakı başına çəkdi. Çeçəyib stəkanı yerə qoydu. İri, tüklü əllərini mizin üstünə qoyub gözlərini yumdu və başı yavaş-yavaş aşağı endi. Heç bircə dəqiqə keçməmiş xornası eşidildi
Azmı yatmışdı, çoxmu yatmışdı ⎯ bilmirdi. Leyla gözlərini açanda özünü yumşaq divanın üstündə görüb əvvəlcə təəccübləndi, harada olduğunu xatırlaya bilmədi; bir-iki dəfə də kiprik çalıb otağa göz gəzdirəndən sonra bu gün başına gələn macəra yaddaşında canlananda gülümsündü. Divara vurulmuş qədimi saat üçü göstərirdi. Aslan yox idi ⎯ o, tənbəl-tənbəl, yarı yuxulu halda ayağa qalxıb yan otağın açıq qapısından içəri boylandı. Orda da kimsə yox idi. Çölə çıxdı. Ulduzlu göylərə, ayın qabağından cənuba tərəf axıb keçən bulud tayalarına baxdı; eyvanın o başına getdi; dənizin uzaq, mübhəm hənirtisi eşidilirdi. Xeyli dayanıb dinlədi. Dəniz səmtdən axıb gələn sərin meh vücudunun kəsalətini, beyninin dumanını silib apardı sanki bircə anda. Bütün yorğunluğu, gərginliyi yox olub getdi. Aslanla olan söhbətlərini yada salıb bu gün tamam yeni bir aləmə düşüb yeni bir dünyada yaşadığından dərin bir məmnunluq duydu və sinədolusu nəfəs alıb mətbəxə ⎯ xorna səsi eşitdiyi yerə gəldi. Aslan elə mizin arxasındaca başını əlləri üstünə qoyub şirin-şirin yatmışdı.
Birinci hissənin sonu
Bakı, 1990-1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-mocuze-birinci-hisse-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qışın çıxhaçıx vaxtı idi, qar çoxdan ərimişdi, yer-yurd palçıqdı, nəmdi, ayaq dəyməyən yerlərdə körpə otlar baş qaldırırdı. Havaların şaxı sınmışdı. Günortaya yaxın gün üç-dörd saatlığına üzünü göstərirdi, adamların, torpağın canını qızdırırdı. Həyətlərdə alça, ərik ağaclarının tumurcuqları çırtlamışdı. Yazın nəfəsi yavaş-yavaş duyulurdu, təbiət qış yuxusundan oyanırdı. Yaz nazla gəlirdi.Belə xoş, ilıq nəfəsli günlərin birində, aylardan bəri rahat həyatı pozulmuş, şirin yuxusuna haram qatılmış, yeməkdən-içməkdən qalmış, dəli kimi öz-özünə danışan, ağlının-huşunun məntiqini itirən, gah qızmış aslan kimi heç nədən qəzəblənən, gah da körpə uşağa dönüb için-için ağlayan ağayi Nəcməddin Əbdül yanına gələndə zəif, taqətsiz səslə dedi:
Birinci hissə, birinci fəsilBu kitabı sənə, sənin gəncliyinə, gözəlliyinə və böyük məhəbbətinə dərin minnətdarlıq duyğuları ilə həsr edirəm, mənim əvəzsiz ömür-gün dostum.*Müəllif*
Birinci hissə, ikinci fəsilBahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.
Birinci hissə, üçüncü fəsilİydə sovulmuşdu. Ancaq qollu-budaqlı ağacın əl-ayaq çatmayan nazik şaxlarının ucunda qalmış beş-altı iydə yeri-yurdu yandıran isti Gülüstan günəşi altında sarı kəhrəba dənəsi kimi parıldayırdı. İki boz sərçə cikkildəşə-cikkildəşə budaqdan-budağa atılır, iydələri dimdikləyir, həyətdə hökm sürən sükutu pozurdu.Saplağından üzülmüş iydə dənəsi ağacın kölgəsində həsirin üstündə oturmuş, ovduq-doğrama düzəldən Əfsanənin qabağına tappıltı ilə düşəndə gəlin səksənən kimi oldu. Bıçağı kasanın içinə qoyub iydəni götürdü; iydənin göynəyini sərçələr yırtmışdı — qabığını soyub ağzına atdı. Yaxşı yetişmişdi, xarlanmışdı. Tumunu çıxartmamış biri də Əfsanənin önünə düşdü, gülümsünə-gülümsünə onu da götürüb yedi və başını qaldırıb iydə «göndərən» sərçələri görmək istədi, lakin sıx, bozumtul yarpaqlar arasında gözünə heç nə dəymədi. Həsirin üstünə süfrə salınmışdı. Göy soğan, üç-dörd göy xiyar, arpa unundan bişirilmiş təndir çörəyi, üç dənə kasa və qatıq küpəsindən qeyri ortalıqda bir şey yox idi.
Стихи других поэтов
Bir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Nə qala sən-sənSəhərdən şikara çıxsan səhraya,Nə yetiş qəzaya, nə qala, sən-sən.
ÇarpaGet dolanginən, xamsən hənuz,Püxtə olmağa çox səfər gərək.