Страница 1 из 3

Bu kitabı sənə, sənin gəncliyinə, gözəlliyinə və böyük məhəbbətinə dərin minnətdarlıq duyğuları ilə həsr edirəm, mənim əvəzsiz ömür-gün dostum.

Müəllif

Günəş, zirvəsində yay-qış qar ağaran Ağ dağın arxasında yenicə gizlənir, şər yavaş-yavaş qarışırdı. Uzaqda, göylərə dirənmiş kimi görünən dağın nəhəng, tutqun kölgəsi hələ də aydın seçilirdi. O, ancaq bir azdan qaranlıqlar içərisində əriyib gündüzlər adamı valeh eləyən əzəmətini itirəcək, sabah dan yeri ağaranadək gözə görünməyəcəkdi.

Ağ dağ gündüzlər məğrur görkəmi ilə gözləri oxşayırdısa, gecələr, qaranlığın qucağında gizlənəndən sonra da soyuqluğu ilə öz varlığını hiss etdirirdi: axşam düşən təki şaxtasını, ayazını üzüaşağı – bir-birindən azca aralı yerləşən kəndlərin üzərinə səpələyir, mülayim bahar gecələrini, hətta isti yay axşamlarını belə soyudub buza döndərirdi. Yaz öz ilıq nəfəsilə yeri-yurdu isidəndən ta yayın axırınadək ağ dağın qarları əriyib selə-suya dönür, kəndlərin yaxınlığından burula-burula axıb gedən Daşlı çayı ilə qıjıltı, hay-haray sala-sala uzaqlara—susuz səhralara, bomboz çöllərə axıb getsə də, dağın başındakı qurd salmış qar qurtarmaq bilmir, bəyaz örpək altında yuxuya getmiş torpaq günəş üzünə, bahar nəfəsinə həsrət qalırdı.

Dəli-dolu Daşlının uzaq, tutqun şırıltısı cəmi-cümlətanı səksən səkkiz irili-xırdalı damdan ibarət olan Ədnan kəndinə bəzən layla çalır, bəzən də dağlardan, qayalardan qoparıb gətirdiyi iri daşları şaqqıldadaşaqqıldada adamların yuxusuna haram qatır, camaatı vahiməyə salırdı. Sahilə yaxın yuxarı kəndləri, daş görpüləri gətirdiyi vaxtlar da az olmurdu. — Ədnan camaatı dəfələrlə çayın qırağından, gilə-palçığa batmış, parça-parça olmuş neçə meyit tapmış, sahibi peyda olanacan «əmanəti dəfn» eləmişdi. Belə hallar əsasən yazbaşı, dağların qarı təzə-təzə əriməyə, güclü selləmə yağışlar yağmağa başlayanda olurdu. Yayda isə sanki çayın hirsi-hikkəsi yatır, quzuya dönür, dar məcrasına sığınıb həzin nəğməsini oxuya-oxuya axıb gedirdi.

Ədnan kəndi çayın sol döşündə salınmışdı. Orda-burda, gildən, palçıqdan tikilmiş irili-xırdalı evlərin dövrəsinə hündür, hörmə hasarlar çəkilmişdi. Yaşıl meyvə bağları, gömgöy üzümlüklər, əkin-biçin torpaqları camaatın yeganə ruzi mənbəyi idi. Hər kəsin özünə görə, kiminin az, kiminin çox, bir parça torpağı, mal-qarası vardı. Əlbəttə, bu, kəndin köklü-kötüklü sakinlərinə aid idi. Gəlmələr özünə kənarda balaca daxmalar tikib yerlilərin qapısında nökərçilik, icarədarlıq eləyirdilər. Bunlar əsasən qəryədar Qulamın, kənd imamı Seyid Həsənin həyət-bacasında, təsərrüfatında çalışırdılar. Qalan camaat özü əkir, özü biçir, dövlətin vergisini, qəryədarın, imamın payını, xumsünü , zəkatını verəndən sonra, yerdə qalan taxılını, meyvəsini, üzümünü, kişmişini istədiyi kimi sərf eləyirdi. İl faraş gələndə Ədnan camaatı torpağının məhsulundan vilayət mərkəzinə, Süleymanşəhrə satmağa da aparırdı. Əlbəttə, bu, nadir hallarda olan hadisə idi.

Mal-qara, qoyun-quzu örüşdən gəlmiş, kəndi səs-küy başına götürmüşdü. Bərk keçən qışın dəhşətli soyuğunun büküb-burub yumağa döndərdiyi adamların qırışığı açılmış, bozarıb-saralmış üzlərdə şadlıq, qızartı əmələ gəlmiş, uşaq da, böyük də gümrahlaşmışdı. Bu gün qışın son, baharın ilk gününün görüşüb ayrıldığı gün idi — novruz bayramı axşamı, gecə ilə gündüzün bərabərləşdiyi gün idi. Qış son nəfəsini çəkir, sovuşub getmək istəmir, bahar isə öz qüdrətini göstərirdi.

Ədnan kəndində də əziz bahar bayramını qarşılamaq üçün ciddi hazırlıq görülmüşdü. İmkanı olan qoyun kəsmiş, olmayan plov qazanını asıb dəmə qoymuşdu. Pəncərələrin ağzına səmənilər düzülmüş, içinə yer-yemiş yığılmış sinilərin böyrünə rəngbərəng şamlar yapışdırılmışdı. Kimi təzə bayram paltarı, kimi də bayır-bacaqlığı olmadığından köhnəsini yuyub-qurutmuş, yırtıq-söküyünü yamamış, əyninə geymişdi.

Küçələrdə, evlərin qabağında tonqal yandırıb üstundən atılan, «ağırlığım-uğurluğum burda qalsın» deyən, lopa yandırıb göyə atan kənd uşaqlarının səsi hələ də eşidilirdi.

Əyninə uzun tuman geyib başına çarqat atmış, ovcunun içinə xına qoymuş Səbihə arvad axşamın düşdüyünü hiss edib evdə qərar tuta bilmir, tez-tez doqqazın qabağına çıxıb oğlunun yoluna baxırdı, Yusifdən əsər-əlamət görməyib təzədən həyətə qayıdır, eyvanda oturaraq səssiz-səmirsiz nəsə düşünən kiçik oğluna — Elməddinə üz tutub deyirdi:

– Ürəyim hövlümdən az qalır ağzıma gəlsin. Bu uşaq hayanda qaldı, bala?!

Elməddin fikrini cəm eləyib bir yerdə dayana bilməyən nigaran anasına baxır, onu təskin eləmək üçün:

– Gəlib çıxar, darıxma, ana, —deyirdi.

– Axşam düşdü. Özü də bilir ha. bayram axşamıdı bu gün. Külfət gərək bir yerdə olsun. Yox, uşağın başında bir iş var ki, gəlib çıxmadı. Yusif harda olsa, özünü bayrama evə yetirərdi. Həmişəki kimi.

Elməddin anasına cavab vermir, öz daxili aləminə qapılıb susur, arvad səsini alçaldıb dodaqaltı mızıldamağa başlayır, doqqazın ağzına gedib artıq nurunu itirməkdə olan gözlərini azca əvvəl mal-qaranın tozanaqladığı yollara zilləyir, ürəyində danışırdı.

Yusif Səbihənin ilki idi. Oxumamışdı, o vaxt kənddə məktəb yox idi. Açılanda isə onun məktəb yaşı çoxdan keçmişdi. Atası Səlim kişi vərəm xəstəliyindən öləndən sonra o, evin yeganə, ağlıkəsən başıpapaqlısı olduğuna görə ailənin bütün ağırlığı Yusifin boynuna düşmüş, Süleymanşəhrdə atasından qalan «çubfüruş» dükanında odun-kömür, şalban satmağa, günlərini şəhərdə keçirməyə başlamışdı. Evi də bu dükan idi, iş yeri də. Atasından qalan bir dəst yorğan-döşəkdə yatır, elə burada da yeyib-içirdi. Ayda, iki ayda bir dəfə üç-dörd günlüyə kəndə gəlir, anasını, qardaşını görür, xırda-para xərclik verir, yenə şəhərə qayıdırdı. Beş ildən çoxdu ki, o, Süleymanşəhrdə yaşayırdı. Enlikürək, boylu-buxunlu bir cavan olmuşdu—atası Səlim kişi kimi bığ qoyur, çərs çəkirdi. Yusif bir növ evdən, kənddən uçub getmişdi; onun yenidən ailəyə, kəndə qayıdacağına Səbihə arvadın ümidi azalmışdı. Bu müddət ərzində o, analıq mehrini-məhəbbətini yanındakı oğluna—

Elməddinə salmışdı. Səbihənin ağır günləri artıq dalda qalmışdı. — Oğlanlarının ikisi də böyüyüb qazanc gətirən olmuşdu. Elməddin on ikinci sinfi bitirəndən sonra təhsilini davam etdirmək üçün çox can atmışdısa da, maddi imkanları olmadığına görə, bu arzusunu ürəyinin dərinliklərində həmişəlik dəfn edib, qəryədar Qulamın yanında katibmünşi vəzifəsində işə düzəlmişdi. Yaxşı xətti olması onun dadına çatmışdı. Hər gün bir neçə saatlığına qəryədar Qulamın yanına gedir, lazımi sənədləri tərtib edir, hökumətin vergisini verənlərin adını siyahıya yazır, vilayət mərkəzinə — Süleymanşəhrə, hakimə və qaziyə göndərilməli məktubları xoş xətlə yazır, qəryədar Qulama ucadan oxuyur, kişi ağ, uzun saqqalına sığal çəkə-çəkə barmağındakı üzük-möhrlə təsdiq edəndən sonra onları namərəsana verib şəhərə göndərirdi. Evə gələndən sonra bağ-bağçada işləyir, yer şumlayır, boş saatlarını da vaxtilə mərkəzə köçüb getmiş müəlliminin ona bağışladığı kitabları oxumağa sərf edir, şəkillər çəkirdi.

Səbihə onun şəkil çəkməsini xoşlayırdı. Bir də görürdün Elməddin xəmir yoğuran, tikiş tikən, paltar yuyan, keçi sağan anasının şəklini bir vərəq kağızda çəkib özünə göstərir, gülə-gülə soruşur:

– Bu kimdi, ana?

– Bıy, ay uşaq, bu mənəm ki? — deyə ana rəsmə diqqətlə baxır, sevinc hissilə əlavə edirdi, — gör necə də oxşayır ey, sən allah.

Elməddinin iyirmi iki yaşı üç ay bundan qabaq tamam olmuşdu. O, sir-sifətdə Yusifə çox bənzəyirdi—ikiyə bölünmüş bir alma kimi. Amma bir az arıq-arğaz idi, rəngi də solğuntəhər görünürdü. Ciddi, az deyib, az danışan, nəsə həmişə fikirli-qayğılı görünən bir cavan idi. Əynindəki köhnə büzmə, genbalaq tumban , başına doladığı parça-papaq onu adi kənd adamına oxşadırdı.

Elməddini indi Yusifin gəlib çıxmaması az maraqlandırırdı. Ona görə yox ki, qardaşını sevmirdi. Yox, o, qardaşını çox istəyirdi, anası qədər istəyirdi. Ancaq bu saat onun barəsində düşünə bilmirdi. Çünki fikri tamam ayrı adamın yanında idi: o indi sevincin qanadlarında göylərdə uçurdu. İyirmi üç illik həyatına xəyalən nəzər salır, heç vaxt indiki kimi sevinmədiyini xatırlayıb yerə-göyə sığmırdı. Bəlkə bu, baharın gəlişindən doğan sevinc idi? Bu gün o, çoxdan bəri gözaltı elədiyi qızı üzü açıq, yaxından görmüş, gəlmə kəsmiş, hətta novruz bayramını da təbrik eləmişdi. Qızın dayısı, kənddə dükandar adı ilə məşhur olan Həzrətgül axşam namazını qılmağa gedəndə Əfsanəni dükanda qoymuşdu. Şam almaqdan daha çox, Əfsanəni görmək ümidi ilə evdən çıxmış Elməddin gözləmədiyi halda qızla — gecə-gündüz onu düşündürən, gözəl, uzun qatlama kirpikli qara gözlərini, ağ, xallı üzünü heç vaxt unuda bilmədiyi Əfsanə ilə üzbəüz dayananda sinəsində ürəyi quş kimi çırpılmışdı. Heyran baxışlarını onun ağ sifətinə zilləyib mat-mat baxmış, buraya nə üçün gəldiyini də yadından çıxartmışdı. Elməddinin hisslərini, duyğularını yaxından-uzaqdan başa düşən Əfsanə şirin bir təbəssümlə ona gülümsünmüş və onu xoşbəxt eləmişdi.

Əfsanənin on altı yaşı təzəcə tamam olmuşdu. On il əvvəl Həzrətgülün qonşu kənddə yaşayan bacısını, iki bacısı uşağını və yeznəsini sel aparmış, dayısıgilə gəzməyə gəlmiş Əfsanə isə sağ qalmışdı. Atasının, anasının, iki qardaşının faciəsini anlamayan altı yaşlı qızcığaz Həzrətgülün evinin bir güncünə qısılıb yaşamış, darıxanda, ata-anası yadına düşəndə gözlərinin yaşını gildir-gildir töküb «məni evimizə aparın» — deyə fəryad eləmişdi. Ancaq onun ah-naləsi, yalvarışları nə dayısının, nə də dayısı arvadı Xədicənin ürəyini «yumşaltmamışdı». Əsl qəziyyədən, böyüyüb ağlı kəsəndə xəbərdar oldu. Bunu ona Həzrətgülün böyük qızı Rəxşanə söylədi. Soyuq bir qış günündə. Ailəsinin başına gələn fəlakəti düşünür, yanaqları aşağı ixtiyarsız yaş axırdı. Ötən illəri o, ümidlə yaşamışdı; atası, nəhayət, bir gün onun dalınca gələcəkdi. Gəlməli idi. Hələ imkanları yoxdu yəqin. Amma bütün bu ümidlər bu gün alt-üst olub dağıldı, sapı qırılmış mirvari kimi. Atası da, anası da, qardaşları da — onun üçün bu gün öldülər; həmişəlik. Əfsanə tövlədə başını bulaya-bulaya yem yeyən, fınxıran qoyun-keçinin arasında ona görə ağlayırdı. Bu, təkcə bir də heç vaxt görə bilməyəcəyi əzizləri üçün axıdılan göz yaşı deyildi, bu, həm də indiyə qədər ürəyində yığılıb qalmış nisgilin, əzabəziyyətin ağrısı-acısı idi ki, gözlərindən axırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, yeddinci fəsil

Nadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»

7 мин
İkinci hissə, səkkizinci fəsil

Orxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:

5 мин
İkinci hissə, doqquzuncu fəsil

İlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».

11 мин
İkinci hissə, onuncu fəsil

Salman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.

6 мин

Стихи других поэтов