Birinci hissə, üçüncü fəsil
Страница 1 из 2
İydə sovulmuşdu. Ancaq qollu-budaqlı ağacın əl-ayaq çatmayan nazik şaxlarının ucunda qalmış beş-altı iydə yeri-yurdu yandıran isti Gülüstan günəşi altında sarı kəhrəba dənəsi kimi parıldayırdı. İki boz sərçə cikkildəşə-cikkildəşə budaqdan-budağa atılır, iydələri dimdikləyir, həyətdə hökm sürən sükutu pozurdu.
Saplağından üzülmüş iydə dənəsi ağacın kölgəsində həsirin üstündə oturmuş, ovduq-doğrama düzəldən Əfsanənin qabağına tappıltı ilə düşəndə gəlin səksənən kimi oldu. Bıçağı kasanın içinə qoyub iydəni götürdü; iydənin göynəyini sərçələr yırtmışdı — qabığını soyub ağzına atdı. Yaxşı yetişmişdi, xarlanmışdı. Tumunu çıxartmamış biri də Əfsanənin önünə düşdü, gülümsünə-gülümsünə onu da götürüb yedi və başını qaldırıb iydə «göndərən» sərçələri görmək istədi, lakin sıx, bozumtul yarpaqlar arasında gözünə heç nə dəymədi. Həsirin üstünə süfrə salınmışdı. Göy soğan, üç-dörd göy xiyar, arpa unundan bişirilmiş təndir çörəyi, üç dənə kasa və qatıq küpəsindən qeyri ortalıqda bir şey yox idi.
Kasalara çörək, soğan-xiyar doğramış Əfsanə ağacın kötüyünə söykənmiş qulpu qırıq səhəngdən qablara su tökdü və taxta qaşıqla qatığı qarışdırmağa başladı.
Qatığı çaldıqca Əfsanənin sinəsi silgələnir, nazik arxalığının yaxasındakı ağ mis, gümüş pullar cingildəyirdi. Çadrası sürüşüb çiyninə düşmüşdü. Belə istidə çadra altında gəzib-dolanmaq özü də cəhənnəm əzabı idi. Əri, qaynı Elməddin evdə olmayanda, Əfsanə tor duvağı üzündən götürür, çiyinlərini açır, arxayın-asudə işini-gücünü görürdü. Həbsxana barmaqlığı kimi çal-keçir hörülmüş tor örtüyü üzündən kənar eləyəndə gözünün qabağında neçə saniyə çal-keçir millər oynaşır, ətrafındakı hər şey ona tora bürünmüş kimi görünürdü. Az sonra isə, gözləri dincəlir, beynindəki gərginlik elə bil azalırdı.
Nahar hazır idi. Ancaq nə Səbihə, nə də Elməddin gəlib çıxmışdı. Arvad talvarın altında xəmir yoğurur, Elməddin isə bağın ayağında inək qoşulmuş xışla yer şumlayırdı.
– Xala, doğrama hazırdı.
– Nə deyirsən?! — o, dikəlib xəmirin üstünü basdırdı, əlini övkələyə-övkələyə ağacın altına addımladı.
– Deyirəm, yemək hazırdı, gəlin.
Səbihə əlini yuyub balağına sildi. Süfrənin qırağında oturdu.
– Elməddini də çağır, xala! Qoy o da gəlsin, çörəyini yesin.
– Özünün ağzın yoxdur? Çağırsana. Əfsanə astaca söylədi:
– Utanıram, xala.
– Nədən utanırsan, qız? — o, tikəsini tələsik udub davam etdi.
– Qayın, ya qardaş. Heç tafoutu yoxdur. Üç aydı bu evdə gəlinsən, hələ də ağıllı-başlı evə, evin adamına isinişməmisən.
Əfsanənin üzündə xəfif qızartı əmələ gəldi. Başını aşağı salıb həsirin qırılmış sapının ucunu qurdalaya-qurdalaya fikirləşirdi: «İsinişməyibsən. Düz deyirsən, heç cürə isinişə bilmirəm. Neyləyim, bacarmıram. Nə qədər ki Xədicənin cəhənnəmində idim, uzaq, tutqun, şirin bir ümid ürəyimi isindirirdi ki, bir allah bəndəsi tapılacaq, məni əzablar, işkəncələr yuvasından qurtaracaq. Mən də insan kimi rahat nəfəs alacağam. Öz evim, isti ocağım olacaq. Oldu. Ancaq...»
Ay gədə heyyy, — deyə Səbihə kişi səsinə bənzər qalın səsilə Elməddini səsləyəndə Əfsanənin düşüncələrinin bağı qırıldı. — Gəl, çörəyini ye, inəkləri də burax otlasınlar. — Sonra səsini endirib astadan gəlininə söylədi: — Allah Məşədi Səlimin atasına min rəhmət eləsin, qəbrini nurla doldursun. Nə yaxşı ki bir parça torpağı bizim üçün qoyub getmişdi. Yoxsa mən iki uşaqla dörd divar arasında acından ölənin biri idim. Torpaq böyük nemətdi, qızım.
Gülüstanda kimin ki, torpağı var, acından ölməz. Bunu adam cavan olanda, torpağın əlinə göz dikməyənəcən başa düşmür. Sağmal inək kimi bir şeydi torpaq, qızım. Əgər Elməddinin cütə qoşduğu o inəkləri yemləməsək, altının zığını-zımrığını təmizləməsək, elə bilirsən bizə süd verər? Ay verdi ha. Bax, torpağa da gərək qulluq eləyəsən. Məşədi Səlimin kəlamı vardı, deyərdi: Torpaq deyər, öldür məni, dirildim səni.
Mənim uşaqlarım, — Allah-taala heç birini mənə çox görməsin, — atalarından miras qalan bu parça torpağa çox yaxşı, canı-dildən qulluq göstəriblər. İllah da ki, sənin Yusifin. Uşaqcığım qat-qat qabıq qoyub. Bir ayağı şəhərdə olsa da, canı torpağın yanında olub. Amma bu — gözlərini Elməddin işləyən tərəfə dolandırdı, — sən deyən də, quyruq ələ verməyib. Elə uşaqlıqdan fikri dağınıq, üzü bozdur. Şəkilzad çəkmək həvəsinə düşüb, olan-qalan ağlı da zay olub gedib. Bir də görürsən, tək-tənha girib evə, qabağına kağız-qələm qoyub nə isə çəkir. İnsafən, yaxşı şəkil çəkir. Elə oxşadır ki, ayağın yerə yapışır. Amma axır vaxtlar uşaq gözümə birtəhər dəyir?! Fikir veribsən heç!?
– Yox, — deyə Əfsanə doğramanı qarışdıra-qarışdıra cavab verdi. Ancaq yalan söylədiyini o dəqiqə hiss elədi. Elməddinin hərəkətlərindəki anlaşılmazlıq, üzündəki pərişanlıq, fikrindəki pəjmürdəlik Əfsanənin gözündən necə qaça bilərdi?! Elməddin Əfsanənin gözlərinin içinə baxa bilmirdi, çünki o nurlu, uzun kirpikli qara gözlər tor hörkü, tor barmaqlıq arxasında idi. Onları görmək olmazdı, onlara naməhrəm baxa bilməzdi — qaynı da olsaydı. O gözləri ancaq Yusif görə bilər, Yusif öpə bilərdi. Əfsanə ancaq və ancaq ona məxsusdu!
Amma Əfsanə tor barmaqlıq arxasından — qıyıq ucu boyda olan deşiklərdən Elməddini yaxşı görürdü. Üzündəki kədəri də, gözlərindəki sanki əbədilik silinib-getməyəcək qüssəni də, xəlvətdə öz-özünə pıçıldayan zaman asta-asta tərpənən qalın dodaqlarını da.
Əfsanə hələ Elməddinlə üzbəüz dayanıb kəlmə kəsməmişdisə də, onun vəziyyətini başa düşürdü. Bilirdi ki, Elməddin onun ucbatından belə pərişandı. Və bu, ona əzab verirdi. Bu əzabı Əfsanənin Həzrətgülün evində çəkdiyi sıxıntılarla əsla müqayisə etmək olmazdı: bu mənəvi əzab idi, ruhi sıxıntı idi.
– Hə, əşi, Elməddinin işi uzun dəsgahdı, — deyə Səbihə söhbətinin yersiz-yöndəmsiz olduğunu hiss eləyib sözünə xitam verdi, qaşığı doldurub ağzına apardı. Səbihənin qabaqda üç dişi qalmışdı. Əgər onlar olmasaydı, arvadın ağzı qəribə bir boşluğa oxşayardı. Qayınanasının dişlərinin vaxtından əvvəl çürüyüb-töküldüyünü bildiyinə görə Əfsanə onun xörəyinə-yeməyinə xüsusi diqqət verirdi. Çörəyin yumşağını Səbihənin qabağına qoyur, doğramasını yaxşıca qarışdırardı. Səbihə bunu gəlin gətirdiyi dördüncü günü, Əfsanə gərdəkdən çıxandan sonra özü tapşırmışdı: kənara çəkib oğlunun xasiyyətindən tutmuş, özünün dişlərinə qədər hər şey barədə ətraflı danışmış, öz tələblərini bildirmiş, «şərti şumda kəsmişdi ki, xırmanda yabalaşmasınlar».
– Bəs niyə yemirsən, qız?! — Sanki onun doğramaya əl vurmadığını indi görürdü.
– Yeyərəm də.
– Yoxsa Yusifsiz boğazından keçmir?!
Yusif evlənəndən iki həftə sonra Süleymanşəhrə getmişdi. Dükanı başsız qoymaq istəməmişdi. Ancaq hər həftə pəncşənbə günləri kəndə qayıdır, cüməni evdə keçirir, şənbə günü yenə şəhərə yola düşürdü.
– Gördün, mən sənə nə deyirdim? Deyirdimmi ki, öyrəşəcəksən? Yusif yaxşı oğlandı. Mən elə oğul böyütməmişəm ki, pis kişi olsun. Eynən rəhmətlik atasıdı, durub. Arvadcanlıdı. Məşədi Səlim də belə idi — ondan yerdən göyəcən razıyam. Bir dəfə də mənə gül-dən ağır söz demədi rəhmətlik. Allah qəbrini nurla doldursun, bu dünyasından elədi, o dünyasından eləməsin. Məhəbbət-zad boş şeydi. hamısı sonradan peyda olur. Adam bir-birinə öyrəşir, isinişir. Mən özüm heç rəhmətliyin üzünü də görməmişdim, gəlin gətirdilər, — onda səndən də uşaq idim, — zifaf gecəsi kişinin üzünü gördüm. Sonradan öyrəşdik. Sən də heylə. Öyrəşibsən daha. Gözaltı fikir verirəm, Yusif şəhərdən qayıdıb gələndö sənin çiçəyin necə çırtlayır. Utanma, utanma, başını da aşağı salma. Biz də cavan olmuşuq, azdan-çoxdan bilirik.
Əfsanə deyib-danışmağı sevən qayınanasının açıq-saçıqlığından xoşlanmasa da, susub, qulaq asırdı. Acdığına görə yox, söz-söhbətə ara vermək üçün qaşığını götürüb naharını yeməyə başladı. Arxadan Elməddinin öskürəyini eşidəndə yönünü çevirib çadrasını düzəltdi. Elməddin özünü iydənin kölgəsi altına salıb nəfəsini dərdi. Anası tikəsini udub:
– Çalmanı başından aç, əl-ayağına su vur, yorulub həlak oldun! — dedi.
– İstidi, heç nəfəs almaq olmur, — deyə Elməddin çalmasını başından açdı, qara, yumşaq saçları alnına töküldü. Sifəti günün altında yanıb qaralmışdı. İstinin təsirindən qonur gözləri balacalaşmışdı. Şəvə kimi qara, seyrək bığının dibində, alnında tər damcıları görünürdü. Çömbəltmə oturub ayaqqabısını çıxartdı, səhənkcəni götürərək əl-üzünü yudu, ayağına su tökdü.
– Elə bil, adamın başının üstündə tonqal qalayıblar. Günün hərarəti adamın üz-gözünü qarsır. Ala inəyin dili bir qarış çıxmışdı.
Səbihə yelçəyilə üzünü yellədi:
– Ağacın altı sərindi, balam. Elməddin süfrənin qırağında oturdu. Elməddinin yanında çox az danışan Əfsanə sözə qarışıb asta səslə dedi:
– Nə yaxşı ki yay-qış başı qarla örtülü Ağ dağ varmış, yoxsa bu camaat cəhənnəm istisində təngnəfəs olub qırılardı.
Əfsanə düz deyirdi. İstidən nəfəsi tıncıxan adamın nəzərləri Ağ dağın zirvəsindəki qara sataşan kimi istər-istəməz canında sərinlik əmələ gəlir, ürəyinin hərarəti azalır, insan fikrən də olsa, özünü o xarlanmış qarların arasında hiss edərək azca toxtayırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elməddinin sürücüsü yaşı əllini adlamış, olduqca arıq, uzun boğazlı, iri hülqumlu bir kişi idi. Ancaq başı yamanca ağarmışdı, elə ağarmışdı ki, dərdə dərman üçün bir dənə də qara tük tapmazdın. Üzündə iri, uzun qırışlar vardı. Uzaqdan baxanda bıçaq şırımlarına oxşayırdı. Əynindəki rəngini itirmiş nimdaş kostyumu neçə il geydiyini təyin etmək mümkün deyildi.Dindirsən dinərdi, dindirməsən ağzına su alıb susardı. İlk baxışda adama elə gəlirdi ki, onun sürdüyü qara «Mersedes»dən və getdiyi yoldan başqa fikri-zikri yoxdu. Maşını özününkü imiş təki gündə üç dəfə yaxşıca silib təmizlərdi: səhər qarajdan çıxanda, günorta idarənin qabağında və axşam...
Üçüncü hissə, iyirminci fəsilRəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.
Üçüncü hissə, iyirmi birinci fəsilKülək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:
Proloq– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
Стихи других поэтов
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Sənə bu hüsn, xəyal eyləmə müdam qalırSənə bu hüsn, xəyal eyləmə müdam qalır,Çəməndə hansı güli-tər ələddəvam qalır?!
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi