Страница 3 из 3 · 67%

– Yaxşı düzəldiblər, — dedi, sanki öz-özünə danışırdı, — çox gözəl düzəldiblər.

—…

– Bu qəbirlərin yerini yaxşı yadında saxla, qızım. Unutma. Nə qədər sağam, nəfəsim gedir-gəlir, səni özüm bura gətirəcəyəm. Mən... mən olmayanda isə... özün gələrsən. Həmişə. Hər il, qızım. Lap qocalanda da... Söz verirsən, can bala?

– Hə, xala. Söz verirəm. Bəs bura — o şəhadət barmağını başdaşılarına, sinə daşına uzatdı. — Nə yazılıb xala?

– Sən hələ məktəbə təzə gedirsən, əlifbanı təzə öyrənirsən, qızım. Hərflərin hamısını keçib öyrənəndə... Özün oxuyarsan, başa düşərsən. Elə bir şey yazılmayıb, qibləgahının, madərinin adlarını yazdırmışam. Qoy itib-batmasın. Qəbri itmək, yaddan çıxmaq dərdlərin ən dəhşətlisidi, qızım.

Bu zaman balaca Əfsanə gündən qamaşan gözünün üstünə əlini qoyub uzağa baxa-baxa:

– Bıy, Şahin əmi gəlir, xala! — dedi.

Şahinin adını eşidən kimi Əfsanənin qəlbi qeyri-adi titrəyişlə çırpındı. Uşaq baxan səmtə boylandı. O idi. Şahin idi. Əlinin birində çəlik vardı — axsayırdı deyəsən. O biri əlilə də sinəsinə qızılgül dəstəsi sıxmışdı.

Elməddinin yasında yox idi — elə o gedən getmişdi. Əfsanə, özündən asılı olmayaraq, qəribə bir nisgillə yoluna baxmışdı hərdən. O ağır günündə — özünə qəsd eləmək istəyən günü, maraqlı idi ki, onu da görmək, onunla da vidalaşmaq istəmişdi nədənsə. Balaca Əfsanə ilə son dəfə şəhərə «gəzməyə» çıxanda da, küçələri fikirli gəzəndə də arzulamışdı ki, nə ola, birdən, lap təsadüfən Şahin qarşısına çıxa, onun gözlərinə son kərə baxa. O da yazıqdı — sabah ya haçansa eşidəndə ki, Əfsanə ölüb, yoxdur, onda o nə hala düşəcək aman allah? Haçansa belə ola biləcək bu faciəni Əfsanə qabaqcadan təsəvvürünə gətirib çox pərişan olmuşdu. Ancaq... Şahin görünməmişdi, gəlməmişdi. Taleyin gərdişi dönmüşdü, Əfsanə sağ qalmışdı, Elməddin, Simin dünyadan köçmüşdü. Sonra da gəlməmişdi. İndi gəlir. Axsaya-axsaya... Yəqin Səur hadisələrində onu da vurublar. Yəqin atışmalarda şikəst olub?.

Bu ara... Əfsanənin... pəjmürdə xəyalının güzgüsündə... Qarabağ qəryəsinin tozlu-torpaqlı yolu canlandı; Şahin, Əfsanə onun alnından öpüb uzaqlaşandan sonra, yerində heykəl kimi, əfsunlanmış kimi donub qalmışdı və dalınca qışqırırdı: «Getmə, Əfsanə!», «harda olsan, gəlib səni tapacağam.» Bu sözlər — neçə il qabaq deyilmiş bu həyəcanlı, yalvarış və məhəbbət dolu sözlər təzədən, tam aydınlığı ilə qulaqlarında səslənirdi. «Getmə, Əfsanə!», «Harda olsan, gəlib səni tapacağam!»

Əfsanə Elməddinin qəbrinə nisgilli bir nəzər saldı. Sanki qəbirdən səs gəlirdi — bu, Elməddinin səsi idi, deyirdi: «Şahin yaxşı oğlandı. Şahin səni çox istəyir, Əfsanə»...

Əfsanə hövllənmişdi. Bayaqdan dolmuş gözlərindən isti-şor göz yaşları axmağa başlamışdı.

Şahin... qəbirlərin arası ilə gəlirdi. Bəli, Şahin gəlirdi...

SON

Kabil – Yalta – Bakı

1967 – 1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, onuncu fəsil

Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?

12 мин
İkinci hissə, on birinci fəsil

Günortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…

16 мин
İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 мин
İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 мин

Стихи других поэтов