Страница 2 из 2 · 50%

Əbdül Heyranla Dünyadan danışarkən həmişə gərginlik içində olurdu. Çaşıb bircə dəfə «rəhmətlik Dünya xanım!» — desəydi, kifayət idi. Onda Heyran hər şeyi başa düşəcəkdi, sonra isə sorğu-suallar başlanacaqdı. «Niyə?», «Nəyin üstündə?», «Qəbri hardadı?» Bunu isə Əbdül istəmirdi. Bu, həm Heyran üçün ağır zərbə olardı, həm də ağayi Nəcməddinin adının-sanının üstünə kölgə salardı.

– Deyirəm yəni heyf ki, çıxıb getdi.

– Amma heç ola bilməz ki, sən bilməyəsən nəyin üstündə ər-arvadın arasında söz-söhbət oldu, niyə getdi bacım?

– Bilmirəm, xanım. Bilsəydim deyərdim sənə.

– O gedəndə ərinə bir söz deməzdi. Bəs sənə? Sənə də heç nə söyləmədi? Hara gedir? Kimlə gedir, ya kimin yanına gedir?

– Yox, mən onda ayıldım ki, artıq Dünya xanım... uçub getmişdi.

Heyran daha sual verməmişdi, öz-özüylə danışırmış kimi astaca demişdi:

– Hara getsə axırı qayıdıb gələcək. Bu körpə — o, əlini uzadıb Nəcməddini Əbdüldən alıb bağrına basıb öpmüşdü,— bu körpə gec-tez hayanda olsa Dünyanı çəkib bu xanimana gətirəcək, ağa, buna mən inanıram, vallah inanıram!

Əbdül ah çəkib başını aşağı salmışdı.

Birinci günün axşamı, hələ Heyran mətbəxə, qab-qazana alışmadığından, Əbdül öz səliqəsi ilə onun gəlişi münasibətilə yaxşı bir süfrə açmışdı: böyük otaqda çilçırağı yandırmışdı, ev nura qərq olmuşdu. Ortalıqda, miz üstündə toyuq qızartması, şərbət, göy-göyərti, üç-dörd cür meyvə var idi. Balaca qazanda bişirilmiş zəfəranlı plovun ətri içərini doldurmuşdu.

– Sən bu gün qonaqsan, otur bax, ye, dincəl. Sabahdan, inşallah, bu işləri özün görəcəksən! — deyə-deyə Əbdül süfrəyə göz gəzdirib yaddan çıxan bir şey olub-olmadığını yoxlayırdı. Heyran gün ərzində ona xeyli isinişmiş balaca Nəcməddini dizi üstə oturdub ortalığa düzülmüş naz-nemətə iştahla baxır, ömründə belə müzəyyən bir otaqda bu cür zəngin süfrə arxasında oturmadığını acı təəssüf hissilə düşünür və Əbdülün bu mehmannəvazlığından mütəəssir olurdu.

Əbdül mətbəxdəki soyuducudan indiyə qədər görmədiyi bəzəkli, qəşəng bir şüşə və iki də balaca qədəh gətirib ortalığa qoyanda qadının qaşları çatılmışdı. Əbdül işgüzar əda ilə əlini əlinə sürtüb əyləşəndən sonra əvvəlcə Heyranın qabına xörək qoymuş, sonra öz boşqabını doldurmuşdu.

– Hə, bismillah, — demişdi. — Mən yaman acmışam. Yeməyə başlamışdılar. Heyran uşaq üçün də azca xörək çəkmişdi. Nəcməddin toyuğun budunu sümürürdü.

– O şüşədəki nədi, ağa? Əbdül ağzındakı tikəsini udub:

– Çox xahiş eləyirəm, mənə ağa demə. Eləcə adımı de, yaxşı? Adam-zad yanında deyərsən, ancaq ikimiz olanda nə ağabazlıqdı. Mən Əbdüləm, bu bir. İkincisi, şüşədəki viskidi, Heyran.

– Viski nədi, ağa? Yəni şərabdı da?

– Hə də, bir növ şərabdı.

Heyran matı-mutu qurumuş halda xeyli susub handan-hana:

– Vay, ağa, Əbdül ağa, sən şərab da içirsən? — demişdi. — Axı sən müsəlmansan, Əbdül? Bu, günahdı axı. Əbdül şüşənin qapağını aça-aça:

– Hə. Düzdü. Müsəlmanam. Bir vaxt mən də elə sənin kimi fikirləşirdim. Ancaq rəhmətlik ağam məni öyrətdi. — Bundan sonra o, ağayi Nəcməddinin ilk dəfə necə tapança gücünə onu içirtdiyini gülə-gülə danışmışdı, üstəlik əlavə də eləmişdi: — Hələ Dünya xanım özü də içirdi, desəm, yəqin inanmayacaqsan.

– Dünya da içirdi?

– Hə.

– Elə şey olmaz, Əbdül!

– Vallah.

– Vay, vay. Ta denən ona görə yurdu-yuvası belə viran qalıb da!

– Yox, Heyran. Ondan deyil yurd-yuvasının viran olması. O kişi, — deyə Əbdül başı ilə yuxarı işarə eləmişdi, — o kişi necə məsləhət bilirsə, elə olur. Bəs Cabbar içməmişdi, onunku niyə belə oldu, Heyran?

Heyran bu sual müqabilində çiyinlərini çəkib susmuşdu.

– Ye, ye, hər şeyin dərinliyinə getmə, onda tez qocalarsan. Bu dünyada sənin, mənim başa düşmədiyimiz şeylər çoxdu, Heyran!

Sonra Əbdül ona da içmək təklif eləmişdi, ancaq Heyran daş atıb başını tutmuş; imtina eləmiş və hətta hədəyəbənzər bir tərzdə:

– Bir də mənə belə şeylər demə, Əbdül! — demişdi. Özünü incik kimi göstərsə də, əslində bu, Əbdülün ürəyincə olmuşdu. İki qədəh içmişdi. Heyrana «xoş gəldin!» — eləmişdi.

Gecə saat on ikiyə qədər oturub söhbət eləmişdilər, yatanda isə Heyran kəllə otaqda, uşağın çarpayısı qoyulan otaqda yatmışdı. Özü də qapını içəridən cəftələmişdi. İpək yorğan-döşək ona elə ləzzət eləmişdi ki, iki-üç saat yerinin içində gözünə yuxu getməmiş, o üz bu üzə çevrilmiş, bütün bunları bir yuxu hesab eləmişdi.

O biri otaqda da Əbdülün gözünə yuxu getməmişdi. Qadın onun qəlbinə yatmışdı. Gözəlliyindən, iş-gücündən də çox, Heyranın əxlaqı Əbdülü valeh eləmişdi. Heyran bütün həyatını ona danışmışdı; əgər dedikləri düz idisə, onun Cabbara — öz xəstə ərinə belə sədaqətlə, fədakarlıqla qulluq göstərməsi, ac-susuz, odunsuz-paltarsız qalıb pis yola getməməsi (bundan asan şey yox idi indi şəhərdə, ən çətin şey isə namusla, təmiz adla dolanmaq idi) kifayət idi ki, Heyrana hər cür təhsin deyəsən. Əri ölüb gedəndən sonra da onun xatirəsini uca tutmuş, dərhal Əbdülün yanına gəlməmişdi. Əbdül buna da xüsusi məna verirdi: əsl arvad belə olmalıdı. Bax, ondan Əbdülə yaxşı arvad olardı!. Bu fikir sonrakı günlər də Əbdülün başından çıxmamışdı. Onun evdə, həyətdə yerişinə, bədəninə, saçlarına gizli bir istəklə baxmış, ancaq qəribə bir vahimə də bu istəyin üstünə su çiləmişdi dərhal. Birdən o da bacısı Dünya xanım kimi gözüdağınıq oldu, onda necə? O da xudanəkardə, Dünya xanım kimi, Əbdülə xəyanət elədi, yazıq Nəcməddinin çəkdiyi əzabları o da çəkməli oldu, onda necə? Yox, o əzablar dəhşətli əzablar idi. O əzablara Əbdül dözə bilməz. Yox, hələ tələsmək lazım deyil, tələsmək lazım deyil.

Beləcə on doqquz gün yaşamışdılar, iyirminci günü Əbdüd axşamtərəfi Heyranı öz otağına çağırıb demişdi:

– Heyran, sən yaraşıqlısan, gözəlsən. Əynindəki paltar da sənə çox yaraşır. Ancaq bilirsən nəyin çatmır?

– Yox! — deyə Heyran üst-başına baxmışdı. — Yox!

Bu zaman Əbdül çarpayısından qalxmış, irəli yeriyib qabağında dayanmış və ovcundakı brilyant qaşlı qızıl zənciri Heyranın boynuna taxmışdı. Qadın əvvəl hürküb geri çəkilmiş, qızılı görən kimi dayanmışdı. Əbdülün nəfəsi onun nəfəsinə toxunmuş, o, kişinin titrəyən əlinə baxıb uçunmuşdu. Əbdül sonra Heyranın sol əlini ehmalca tutub barmağına naxışlı, qaşı par-par yanan bir üzük də taxmışdı.

– Sən neyləyirsən, Əbdül? — deyə o, dodaqları təpimiş halda güclə dillənmişdi.

– Heç nə. Qulağını bəri elə, Heyran!

– Qulaqlarım deşik deyil! — demişdi və səsindəki təəssüf hissini Əbdül də duymuşdu.

– Ba, bu olmadı ki... Eybi yoxdur, al, apararam səni şəfaxanaya, deşərlər qulağını, salarsan. Gözəl sırğalardır.

– Sən neylirsən, Əbdül? — Sanki Heyran ayrı söz bilmirmiş.

– İndi dön belə, güzgüdə özünə bax, Heyran!

Heyran onun sözünə bənd imiş kimi, nazla çevrildi, bədənnüma güzgüdə əksini görəndə dodaqları qaçdı, yaxasındakı zəncirə baxdı, gözlərinə inanmırmış təki əlini qaldırıb zəncirə toxundurdu, bu zaman barmağındakı üzüyün də şövqü güzgüdə alışıb-yandı. O işıq gözlərinə də qondu, bütün sifətinə nur çilədi. Qayıdıb minnətdarlıqla dolu baxışlarını Əbdülə zillədi. Əbdülə elə gəldi ki, ömründə heç vaxt belə xoşbəxt olmayan Heyran indicə qollarını açıb onun boynuna sarılacaq, «sağ ol, əzizim!» — deyib dodaqlarından öpəcək. Bax, indicə öpəcək. Bax, bədəni irəli meylləndi. Amma yox. O dayanmışdı. Bu zaman Əbdül, özündən xəbərsiz halda, qollarını qaldırmış, onu qucaqlamaq istəyəndə, Heyran əlini onun sinəsinə dirəmişdi:

– Yox, yox, Əbdül. Səni and verirəm o bir olan Allaha, mənə toxunma, toxunma mənə. Yoxsa, gedərəm. Yoxsa, Dünya gələndə səndən şikayət eləyərəm, səni qovar Dünya burdan. Eləmə belə, Əbdül. Mənə indiyənəcən naməhrəm əli toxunmayıb. Çıxarıb ataram bunların hamısını, mənə sənin heç nəyin lazım deyil.

Əbdül süstəlmiş, qolları yana düşmüşdü. Özünü ələ alıb:

– Sağ ol, Heyran! — demişdi, — Ananın südü sənə halal olsun. Bax, buna görə mən səni xoşbəxt eləyəcəyəm, Heyran. Özün nə vaxt razı olsan, kəbinini kəsdirəcəyəm, halalca arvadım olacaqsan.

—…

...Bir ay sonra Heyran Əbdülün yatağında idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on ikinci fəsil

Salman işdən çıxıb bağa getmişdi, şənbə, bazar günləri orada qalacaqdı: nə qədər təkid eləmişdisə, Nadirə xanım boyun qoymamışdı, evdə qalacağını, yır-yığışla məşğul olacağını bildirmişdi. Yır-yığış deyəndə o, otaqları silib-süpürməyi, səliqə-sahman yaratmağı nəzərdə tutmurdu, haçandı ürəyində gəzdirdiyi, Salmana da açıb demədiyi bir işi görmək istəyirdi; Ceyhunun otağının bütün dər-divarını şəkilləri ilə bəzəmişdi, çarpayısını düzəltmişdi, kitab-dəftərini mizin üstə qoymuşdu; elə bir şərait yaratmışdı ki, sanki Ceyhun harasa getmişdi, haçansa gələcəkdi və bu otağa baş çəkən hər kəs belə düşünə bilərdi ki, bu otağın sakini olduqca səliqəli, hər şeyinin öz yeri olan bir adamdı. Nadirə xanım bütün bu səliqə-sahmanlı otağa bir ziynət də vermək istəyirdi; Ceyhunun müxtəlif illərdə, lap dili təzə söz tutandan son günlərinə qədər maqnitofon lentlərinə yazılmış — özü bilən, özünün xəbəri olmadan səbt olunmuş — səsini, sözlərini az qala üç-dörd qutunu dolduran kasetlərdən axtarıb tapmaq, hamısını bir lentə köçürmək və yadigar saxlamaq istəyirdi. Qış vaxtı da, istirahət zamanı da, yuxularında da heç cür yadından çıxara bilmədiyi yeganə ciyərparasının bir növ «mənzil muzeyinə» çevirdiyi bu kiçik otağa, gələnlərə gözlərinin qorasını sıxa-sıxa danışan Nadirə xanım, Ceyhunun sözləri, gülüşləri, çox sevdiyi mahnılarla da bəzək vermək arzusunda idi. Əslində o, oğlu haqqında başqalarına yox, özü üçün danışırdı və hər şəkil, hər söz Ceyhunu onun gözündə yoxluq, heçlik aləmindən geri, həyata qaytarır, dirildib canlandırırdı; yalnız bu zaman o, qəlbinin atəşinə su çiləyə bilirdi.Ceyhun maqnitofon «xəstəsi» idi. İndiyə qədər çıxmış bütün maqnitofonların — istər yerli, istər xarici olsun — elə bir markasını göstərmək olmazdı ki, lap təzə yayılan vaxtı almasın, istifadə etməsin və bir az sonra, yenisi şəhərdə peyda olan kimi, dəyər-dəyməzinə yoldaşlarından birinə sataraq təzəsini almasın. Xüsusilə Yapon maqnitofonlarını çox xoşlardı. Anası bu «xəstəliyinə» görə onu danlayıb-dansayanda, «bunun əvəzinə dərslərinə baxsan, heç də pis olmaz» — deyəndə, Salman, «dəymə, Nadirə, hərə bir şeyin bazı olduğu kimi, o da maqnitofon bazıdı, qoy uşaq kefini çəksin!» — deyib oğluna qahmar çıxırdı və çox vaxt, təzə maqnitofon almaq istəyən, ancaq pulu çatmayan Ceyhuna Nadirədən gizlin pul da verərdi. Ceyhun sevinə-sevinə gedib həmin maqnitofonu alıb gətirəndə birinci Salmanın kabinetinə keçərək kişini işdən ayırar, onun texniki məziyyətlərindən, başqa maqnitofonlardan fərqli və üstün cəhətlərindən böyük həvəslə, özü ixtira edibmiş kimi, ən azı yarım saat danışardı, atasının, özünün səsini yazardı, lenti geri hərləyib yazdıqlarına təzədən qulaq asardı. Bu hal, Ceyhun hər dəfə təzə maqnatofon alanda təkrar olunardı. Nadirə xanım belə hallarda narazılıqla başını tərpədərək Salmana deyərdi: «Bunda texniki sahəyə böyük maraq var, Salman. Deyəsən injinerdən-zaddan olacaq». O zaman Salman adəti üzrə əlini sinəsində gəzdirə-gəzdirə: «Hələ bilmək olmaz, Nadirə. Adicə maraqdı bu. İndi texnika əsridi, belə-belə işlərlə indi hamı maraqlanır» — söylərdi.

7 мин
İkinci hissə, on üçüncü fəsil

İltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.

17 мин
İkinci hissə, on dördüncü fəsil

Gülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:

7 мин
İkinci hissə, on beşinci fəsil

Xəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.

4 мин

Стихи других поэтов