İkinci hissə, on yeddinci fəsil
Ətiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.
Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı
– Əgər buna yaşamaq söyləmək olardısa. Ətiqulla yuxarıdakı mərtəbədə idi, Zəhra aşağıdakı mərtəbədə. Zəhra xanım o biri arvadlardan yaşca böyük idi, həm də bu evin birinci gəlini idi. Sonrakı arvadların hamısı onun üstünə gəlmişdi. Zəhra xanım əvvəllər Ətiqullanı çox sevmişdi. Elə Ətiqullanın da ilk sevgisi o olmuşdu. Ancaq sonralar, Ətiqulla bir-birinin dalınca evləndikcə aradakı məhəbbət parçalanmış, xırdalanıb cılızlaşmışdı. Son vaxtlar isə, təqribən iki il olardı ki, Ətiqulla Zəhra xanımı tamam gözdən salmışdı, elə quruca yemək-içməyini, paltarını verməklə kifayətlənmiş, onu arvad saymamış, yorğan-döşəyinə yaxın düşməmişdi. Əlbəttə, bu, Zəhra xanıma çox böyük dərd olmuşdu, üzünə heç nə deməsə də, aşkarda o biri arvadların yanında özünü sındırmasa da, bir qadın kimi qürurunun rəhmsizcəsinə sındırıldığını görüb xəlvətdə az göz yaşı axıtmamışdı. Səbirlə, mətanətlə bu dözülməz dərdə dözmüş, canını dişinə tutub yaşamışdı, uşaqlarını böyütmüşdü. Hərdən hissiyyatını cilovlaya bilməyib asiləşəndə, əlindən heç nə gəlməsə də, üzünü Allahın dərgahına tutub Ətiqullaya qarğış-nifrin eləmişdi, bununla da ürəyini soyutmuşdu. Ətiqullanın xəstəliyi məlum olanda, o biri arvadlar kimi, onun da canına vəlvələ düşmüşdü, o da «neynim, necə eləyim, bu nə müsibət idi başımıza gəldi?» — deyə sızıldayıb sıtqamışdı. Ancaq az sonra o, birdən başa düşmüşdü ki, Ətiqulla həmin mərəzə tutulmamışdan da qabaq onun qapısını açıb içəri girmirdi, keçələrini onun yanında keçirmirdi. Bu onu toxtatmışdı da, açığı, lap sevindirmişdi də. «Allah məni istəyirmiş!» Yalnız bu həqiqəti dərk eləyəndən sonra Zəhra xanım, özünə xas təmkin və tədbirlə, heç nəyi açıb-ağartmadan, aralarına çaxnaşma düşmüş gəlinlərin pərişan və pəjmürdə halına baxıb təskinlik tapmışdı. Çünki onlar Zəhra xanımla pis rəftar etmişdilər. Ətiqullanın onun yanına getməməsini, arada kiçik söz-söhbət olan kimi, başına qaxmış, yanıq vermişdilər. Bu isə onun yaralı qəlbini bir az da qanatmış, cırmaqlamış, yandırmışdı. Ancaq onlar başlarını və uşaqlarını götürüb fəlakətdən qaçırmış kimi öz ataları evlərinə gedəndə Zəhra xanım qadınlara heç nə deməmişdi. Sadəcə: «Bədbəxtlər, elə bilirsiniz qaçmaqla canınızı qurtaracaqsınız? O mərəz sizin artıq canınızdadı, qanınızdadı!» — deyə təəssüflə düşünmüşdü. Əhvalatdan xəbərdar olan qonum-qonşu, qohum-əqrəba, xüsusilə ağayi Mümtaz xan, Zəhranın getməməsini dəyanət, mərdlik, vəfa kimi qiymətləndirmişdi. Zəhra ilə Ətiqullanın ər-arvadlıq münasibətlərindən xəbərsiz olduqlarına görə!.. Ona görə Mümtaz xan əvvəldən də, ilk gəlini və ilk nəvələrinin anası kimi xatirini çox istədiyi Zəhra xanıma olmazın hörmət bəsləməyə başlamışdı. Zəhra kişinin gözündə çox ucalmışdı. Yeganə oğul övladının taleyinin belə bəd gəlməsindən, özünün var-dövlətinin onu sağaltmaqda aciz qalmasından yana hədsiz kədərlənən, xiffət eləyən ağayi Mümtaz xan belə çətin ayaqda ərini qoyub qaçmadığı üçün Zəhra xanıma gözlərinin yağını da yedirtməyə hazır idi. Kişinin mehribanlığı, şirin sözlər deməsi Zəhranı qanadlandırırdı, Ətiqullanın vaxtilə ona elədiyi zülmləri unutdururdu, ona yazığı gəlirdi. Çayını, xörəyini vaxtlı-vaxtında, gündə üç dəfə hazırlayıb yuxarı qalxırdı. Ya çarpayıda uzanan, ya otaqda var-gəl edib siqaret çəkən Ətiqullanın üzünə baxmamağa çalışaraq (baxanda ürəyi pis olurdu) yeməyini stolun üstünə qoyur, yeyibsə boş qabları, yeməyibsə elə-eləcə dolu qabları götürüb gedirdi. Ətiqulla onu dindirəndə cavab verirdi, dindirməyəndə yox. İki aydan çox idi ki, beləcə yaşayırdılar. Ancaq son günlər Zəhra xanım görürdü ki, Ətiqulla getdikcə əriyir; çünki gətirdiyi xörəklərə əl vurmurdu, ancaq çay içirdi, siqaret çəkirdi. Daha deyəsən gəzə də bilmirdi, çünki Zəhra gələndə çox vaxt onu çarpayıda uzanmış görürdü. Şərəşür, qayır-qayır qaynayan, yoruldum deməyən Ətiqulla indi yorğan-döşəkdən dura bilmir — bu, Zəhranın ürəyini ağrıdırdı. Son günlər o, Ətiqullanın yeyib-içmədiyini hiss eləyib yalvarırdı ki, yesin. Heç olmasa, bir-iki tikə yesin.
Ancaq Ətiqulla danışmırdı, gözlərini tavandan ayırıb Zəhraya baxır, ah çəkib susurdu. Çünki görürdü ki, Zəhra bu sözləri ona deyəndə üzünə baxmır, qab-qaşığa baxır. Dünən Ətiqulla zəif səslə:
– Deyirsən ye, amma heç üzümə baxmırsan, Zəhra, — dedi.
– Yəqin iyrənirsən məndən, eləmi?
—…
– Hə, iyrənirsən. Baxma, baxma mənə, Zəhra! Mənim baxılası halım qalmayıb daha. Baxma. İstəmirəm mənə kimsə baxsın. İstəmirəm, başa düşürsən, istəmirəm! — Son sözlərini o, demək olar ki, qışqıra-qışqıra söylədiyindən yəqin ki, özü də xəbərsiz idi. Və Zəhra xanım onu başa düşürdü. Onunla keçirdiyi xoş günlər: sonrakı əzablı günlərin kölgəsində itib-batır, unudulurdu, qəlbini təəssüfqarışıq bir nifrət yandırırdı. Zəhra xanım, yenə onun üzünə baxmamağa çalışaraq, söylədi:
– Başa düşürəm, Ətiq. Ancaq bircə bunu başa düşmürəm ki, kimdi günahkar?
—…
– Mən azlıq elədim sənə! Gedib Hürünü aldın. O da az oldu. Nisəni də aldın. Yenə gözün doymadı. Gedib o qarazırtdığı da aldın. Dörd arvad sənə kifayət eləmədi. Ac qurd kimi, hara gəldi özünü toxudun, bu da nəticəsi... Özünü də bədbəxt elədin, bizi də!!! Hələ uşaqların da hansı, haçan, harda bədbəxt olacaq — bunu bir olan Allah bilir! — deyib Zəhra göz yaşlarını saxlaya bilmədi.
Bayaqdan Zəhranın dediklərini key kimi dinləyən Ətiqulla «uşaqlar» sözünü eşidəndə tamam ayıldı elə bil. Uşaqlar da? Aman allah! Bu, indiyənəcən heç onun ağlına da gəlməmişdi. Hə, Zəhra düz deyir, uşaqlar da, hardasa, haçansa... Lap gələn nəsildə, üçüncü nəsildə... haçansa beləcə, onun kimi, göz baxa-baxa, ayaq üstə çürüyən bir kişimi, qadınmı olacaq dünyada. Onun nəslindən, onu lənətlə yad eləyə-eləyə diri gözlü öləcək kimsə! Çürüyəcək!
Ətiqulla bu dəhşətli fikirdən silkələndi, qalxıb yerində oturdu. Qıçlarını aşağı sallayıb yırğaladı. Zəhra onun tüklü, arıq ayaqlarını görüb dəhşətə gəldi: «Biçarənin bədənində heç əti də qalmayıb» — dedi ürəyində.
Ətiqulla üzün müddət gözlərini döşəməyə zillədi, düşündü və nəhayət:
– Səndən iki xahişim var, Zəhra! — dedi.
—…
1 2
– Əvvəl get mənə dərməltundan həbi-xab alıb gətir! Sonra da kişiyə xəbər ver, qoy uşaqların hamısını yığıb bura gətirsin. Özləri də gəlsin — qibləgahım, anam. Arvadlardan da kim istəyir gəlsin, istəmir heç... Zəhra xanım şübhə ilə soruşdu:
– Həbi-xabı neynirsən?
– Mən yuxusuzluqdan ölürəm, Zəhra! Görürsən neçə vaxtdan bəri yata bnlmirəm, nə gündüz, nə gecə. Ölürəm yuxusuzluqdan, ölürəm. Bir saat, cəmi bircə saat yata bilsəm, ölmərəm, Zəhra.
Zəhra heç nə deməyib çıxdı. Yuxusuzluğun necə ağır əzab olduğunu Zəhra yaxşı bilirdi. Çünki Ətiqulla ondan üz döndərən vaxtlar gecələri səhərəcən az oyaq qalmamışdı: Zəhra «Elədiyin zülmlər qabağına çıxır bir-bir» — deyə düşündüsə də, aşağıdan zəng eləyib Mümtaz xana oğlunun arzusunu yetirdi, özü isə geyinib «Darüləman» dərməltunundan Ətiqullanın köhnə dostlarından biri olan qoluyox dərməltunçudan dərman almağa getdi.
Gün günortadan keçmişdi. Ətiqullanın nə vaxtdan bəri sükunətə qərq olmuş həyətində bir qələbəlik vardı. Hava elə də soyuq deyildi. Yuxarıdakı mərtəbədən ata-anasının, uşaqlarının gəldiyini görən Ətiqulla güc-bəla ilə də olsa geyinib aşağı, birinci mərtəbəyə düşdü, ağır ləngərli addımlarla qapının ağzında göründükdə uşaq da, böyük də susdu. Ətiqulla şərflə ağız-burnunu bağlamışdı. Təkcə qara qaşları altından gözləri görünürdü.
Ağayi Mümtaz əlilə yanaşı dayanmış və maraqla tamaşa eləyən, xırdaları irəli — atalarının yanına cummaq istəyən uşaqlara susmaq işarəsi verdi, özü irəli çıxdıqda Ətiqulla başının hərəkətilə «gəlmə» dedi. Ağayi Mümtaz dönüb böyründə dayanan arvadına baxdı. Arvad səssiz-səmirsiz ağlayırdı. Ağayi Mümtaz xan qəhərlənmiş halda:
– Necəsən, bala? — dedi.
Ətiqulla yenə başını tərpətməklə «yaxşıyam!» — söylədi. Sonra boyda-boyda düzülmüş uşaqlara baxdı, baxdı. Böyükləri kədərli idilər, kiçikləri isə, görünür, heç nə bilmədikləri üçün elə-belə — kimisi gülə-gülə, kimisi sakitcə atalarına tamaşa edirdilər və onlara təəccüblü gəlirdi ki, niyə onları öz evlərinə buraxmırlar, ataları niyə ağzını-burnunu bağlayıb qapının astanasında dayanıb? Ətiqulla görürdü ki, arvadları gəlməyib! Qayıdıb arxasında dayanan Zəhraya mənalı-mənalı baxdı. Ağayi Mümtaz xan bu dəqiqə oğlunun nə düşündüyünü anladı və söylədi:
– Onlar naxoşdular.
Ətiqulla heç nə demədi. Eləcə ucdantutma əvvəlcə anasının, atasının, sonra uşaqlarının sifətlərinə, boy-buxununa diqqətlə, sanki hərəsini ayrı-ayrılıqda yaddaşında saxlamaq istəyirmiş kimi baxdı, baxdı və gözləri yaşla dolub onu görməyə qoymayanda o, əlilə «hə, gedin!» işarəsi verdi və özü gəldiyi kimi, ağır addımlarla qayıdıb içəri girdi.
Anasının hıçqırığını eşitdi, istədi qayıdıb nə isə təsəlliverici bir söz desin, ancaq fikrini dəyişdi, dayanmadı. İkinci mərtəbədən aşağı baxanda onların hamısının Zəhranın başına yığışdığını gördü və pəncərənin qabağından çəkildi.
...Səhəri Ətiqulla ölmüşdü. Çoxlu yuxu dərmanı atmış və əbədi yuxuya getmişdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.
Üçüncü hissə, dördüncü fəsilHökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:
Üçüncü hissə, beşinci fəsilHəmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.
Üçüncü hissə, altıncı fəsilAxşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?
Стихи других поэтов
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,